Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Tehranda “3+3” formatında danışıqlar çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü barədə məlumatı təsdiqləyib.
“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
“Tehranda qeyri-rəsmi ünsiyyət olub. Bu, belə platformalar üçün adi haldır”, o deyib.
Qeyd edək ki, ötən gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “3+3” regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib ki,
Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.