Dünya

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox azaldıb

19 iyul / 13:35 1 dəq
669a2f3545a0f669a2f3545a101721380661669a2f3545a0d669a2f3545a0e
19 iyul / 13:35
Burada sizin reklamınız ola bilər

Gürcüstan 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 120,69 milyon dollar dəyərində 6 335 ədəd avtomobil ixrac edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 7 871 ədəd və ya 2,24 dəfə, dəyəri isə 105,4 milyon dollar və ya 1,87 dəfə azdır.
Ötən ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 226,1 milyon dollar dəyərində 14 206 ədəd avtomobil ixrac edib.
Cari ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac istiqaməti olub. Bu ilin birinci yarısında Gürcüstan ümumilikdə 933,93 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 5,7% azdır.

Paylaş
Burada sizin reklamınız ola bilər