Son Xəbərlər
PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək. PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək.
Maraqlı

Avtomobil üçün etibarnamə aradan qaldırılır?

10 oktyabr / 09:20 2 dəq
Etibarnamə
10 oktyabr / 09:20
Burada sizin reklamınız ola bilər
Azərbaycanda avtomobilə etibarnamə sisteminə ehtiyac məsələsinə yenidən baxılmalıdır. Çünki bu gün ölkədə “car-sharing” (avtomobilin birgə istifadəsi) sistemi uğurla fəaliyyət göstərir və vətəndaşlar heç bir notarial etibarnaməyə ehtiyac qalmadan avtomobili icarəyə götürüb idarə edə bilirlər.
Qerbxeber.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobilə etibarnamə sisteminin ləğvi məsələsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar mobil tətbiq vasitəsilə, onlayn qaydada avtomobili istər bir saatlıq, istərsə də bir günlük icarəyə götürə bilir və bu zaman heç bir notarial təsdiqə ehtiyac yaranmır:
“Avtomobil icarəyə götürüldükdən sonra onu rahatlıqla idarə etmək, sonda isə istənilən yerdə saxlayıb şirkətə təhvil vermək mümkündür. Əgər bu sistem ölkədə, xüsusilə paytaxtda uğurla işləyirsə, deməli, etibarnamə mexanizminin saxlanılmasına da ehtiyac qalmayıb”.
Eldəniz Cəfərov əlavə edib ki, mövcud qaydaların əksəriyyəti hələ də keçmiş sovet hüquq sisteminə əsaslanır və bu, artıq müasir şəraitə uyğun deyil:
Əslində, bizim “Yol hərəkəti haqqında” Qanunumuz və İnzibati Xətalar Məcəlləmiz əsasən Rusiya qanunvericiliyindən götürülmüş müddəalardan ibarətdir. Rusiyanın qanunvericiliyi isə Sovet İttifaqı hüquq sisteminin davamıdır. Bu qaydalar köhnəlib və müasir şəraitə uyğun yenilənməlidir”.
Paylaş
Burada sizin reklamınız ola bilər