Bu gün Avropa Parlamentinin plenar sessiyasında Gürcüstanla bağlı müzakirə aparılacaq.
Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, debatda Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel bəyanatla çıxış edəcək.
Qeyd olunub ki, debatın mövzusu Gürcüstanda demokratik geriləmədir.
Sabah isə müzakirələrin yekunu olaraq qətnamə səsə qoyulacaq.