Dünya

Avropa ölkələrinin Gürcüstan səfirlikləri etiraz bəyanatı yaydı

24 sentyabr / 14:18 2 dəq
Gürcüs avr
24 sentyabr / 14:18
Burada sizin reklamınız ola bilər

Biz Gürcüstandakı bəzi diplomatik nümayəndəliklərin rolu və fəaliyyəti ilə bağlı əsassız və zərərli ittihamları qətiyyətlə rədd edirik.

Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı və 26 Avropa ölkəsinin Gürcüstandakı səfirliklərinin yaydığı birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, bu cür dezinformasiya ictimaiyyəti çaşdırır və diplomatik nümayəndəliklərin üzərinə düşən vəzifələri yerinə yetirməsi imkanlarını sarsıdır.

Bəyanatda vurğulanıb ki, diplomatlar üçün hökumət, müxalifət, vətəndaş cəmiyyəti və ümumilikdə vətəndaşlarla görüş diplomatik işin normal hissəsidir və Vyana Konvensiyasına tam uyğundur.

“Biz heç bir siyasi partiyanı dəstəkləmirik, zorakılığı və ekstremizmi dəstəklədiyimizlə bağlı iddialar sadəcə olaraq doğru deyil. Biz bütün aktorları zorakılığın istənilən formasını rədd etməyə və pisləməyə çağırırıq.”, – sənəddə deyilir.

Bəyanatı Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, İspaniya, Böyük Britaniyanın səfirlikləri imzalayıb.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqı və bir sıra Avropa ölkələrinin Gürcüstandakı səfirlərini ölkənin daxili işlərinə müdaxilədə və radikallaşmanı gücləndirməkdə ittiham edir.

Paylaş
Burada sizin reklamınız ola bilər