BMT sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı – Ölənlər var
Konqoda BMT-in sülhməramlılarına məxsus helikopter qəzaya uğrayıb. “Qərb Xəbər” məlumat verir ki, qəza nəticəsində göyərtədə olan 8 nəfərdən heç kim sağ qalmayıb. Onlardan 6-sı pakistanlı, biri serbiyalı, digəri isə rusdur. Məlumata görə, qəza Şimali Kivu əyalətində helikopter yerə enərkən baş verib. Qrup Rutşuru şəhərinin cənub-şərqindəki Tşanzu bölgəsində kəşfiyyat missiyası aparırmış. qerbxeber.com