“Mançester Yunayted” Upamekano ilə maraqlanır

8fc731d6 2bf1 3cc0 9a9c 032f28c6217d 850

İngiltərənin “Mançester Yunayted” kollektivi Almaniya təmsilçisi “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır. Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır. Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək. D.Upamenkonun özü də … Read more

Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı

Bayramov mirzoyan

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam … Read more

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 nəqliyyat vasitəsi növbədədir

Qırmızı korpu

Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb. Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Gürcüstanla sərhəddə “Qırmızı Körpü” gömrük postunda 300, “Mazımqara” gömrük postunda isə 8 yük nəqliyyat vasitəsi növbədədir. Rusiya ilə sərhəddə “Xanoba” gömrük postunda növbə qeydə alınmayıb, “Samur” gömrük postunda isə 85 yük maşını gözləyir. İran … Read more

Türkiyə və Ukrayna Prezidentləri arasında telefon danışığı olub

689b44eb52263689b44eb522641755006187689b44eb52261689b44eb52262

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Qerbxeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq mövzular haqqında fikir mübadiləsi aparılıb. Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında liderlər səviyyəsində sammitə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. O, ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə … Read more

Duqin:Vaşinqton sazişi Rusiyanın Cənubi Qafqaz siyasətinin iflasıdır

Duqin

“Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişi şərh edərək bu hadisəni “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb. Qerbxeber.com bildirir ki, bu barədə   Bakupost.az  xarici KİV-ə istinadən xəbər verir. “Rusiya regiondakı nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri qəbul edib böyük dövlət statusunu bərpa etmək vaxtıdır”, – deyə … Read more

Pezeşkian İranda Türk adlarına qoyulan qadağa ilə bağlı göstəriş verdi

Pezeskian 1750529269 full (1)

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları “Balamın adı” kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib. Qerbxeber.com Bakupost.az –a istinadən xəbər verir ki, bu haqda “Balamın adı” kampaniyası məlumat yayıb. Məlumata görə, prezident 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə … Read more

Serbiya hökümətində Rusiyayönlü siyasətçilər istefaya göndərilir

Masut serbİa premİer

Serbiya Baş naziri Duro Masut bir sıra rusiyayönlü siyasi rəsmiləri istefaya göndərməyi planlaşdırır. Teleqraf xəbər verir ki, bu barədə Serbiya mənbələrinə istinadla TASS məlumat yayıb. “Serbiya Baş naziri Duro Masut Qərbin təzyiqi altında gələn həftənin əvvəlində kabinetində dəyişiklik etməyi və aparat rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri Miloş Andziç, xarici siyasət üzrə baş müşaviri Aleksandra … Read more

ABŞ-ın bu addımı Putini təşvişə saldı-Bütün yollar Alyaskaya gedir

Qrem senator

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə razılıq verib, çünki Amerika lideri ona təsir edə bilib”. Bu sözləri ABŞ Senatının üzvü Lindsi Qrem deyib. “Putinin Alyaskaya gəlməsinin səbəbi Prezident Trampın Ukraynaya kömək üçün Avropaya silah satışını elan etməsi və bunun Putini təşvişə salmasıdır”, – senator bildirib. Qremin iddiasına görə, Ukraynada atəşkəs üçün Putini … Read more

ABŞ müdafiə naziri: Alyaska danışıqlarından kimsə məmnun olmayacaq

Heqset

“Danışıqlar mərhələsində bəlkə də ərazilərin mübadiləsi, güzəştlər olacaq. Heç kim məmnun qalmayacaq”. Qerbxeber.com Bakupost.az-a  istinadən xəbər verir ki, bu fikirləri ABŞ müdafiə naziri Pit Heqset Fox News-a müsahibəsində bildirib. “Amma bunu edə biləcək biri varsa, o da Prezident Trampdır”, – deyə Heqset vurğulayıb.

Erməni müxalifəti Vaşinqton sazişinə qarşı çıxdı

Sarkisyan

Ermənistanın Respublika Partiyası Vaşinqtonda imzalanan sənədlə bağlı bəyanat yayıb. Bu barədə Bakupost.az  erməni KİV-ə istinadən xəbər yayıb. Bəyanatda qeyd edilir ki, imzalanan sənəd kapitulyasiya xarakteri daşıyır və Ermənistanın maraqlarını nəzərə almır. Partiya iddia edib ki, memorandum Artsaxda “etnik təmizləmə”ləri legitimləşdirir, erməni əsirlərin azad edilməsini nəzərdə tutmur, ölkənin təhlükəsizliyinə zəmanət vermir və erməniləri geri qayıtmaq hüququndan məhrum … Read more

Trampdan Əliyevlə bağlı açıqlama: Ən yaxşı dostumdur

Tramp eliyev ilham yeni

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla avqustun 8-də keçirilən görüşü barədə paylaşım edib. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, paylaşımda deyilir: “Uzun illər müharibə və itkilərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə sülhə dair sənəd imzalamaqda iştirak … Read more

Türk analitikdən ABŞ nəzarətində Zəngəzur dəhlizi barədə açıqlama

Zengezur koridoru

“Amerikalıların Zəngəzura gələcəkləri bizi bir qədər narahat etsə də, yolun açılması ilə Türkiyənin türk dünyasına birbaşa çıxışının təmin olunacağını nəzərə aldıqda, baş verənlərin müsbət tərəflərini də görmək olar”. Bunu türkiyəli analitik Hasan Öztürk deyib. “Türkiyə bu dəhlizlə türk dünyası ilə birləşəcək. Amerikanın həvəsini görüb onu da söyləyə bilərik ki, bu, həm də qlobal ticarətdə mühüm … Read more

Avropa ölkələri Ukraynanın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir

Avropa parlamenti

Avropa Ölkələri müştərək bəyanatla çıxış edərək, Ukraynanın öz gələcəyini təmin etmək hüququnun vacibliyini vurğulayıb və hər hansı bir diplomatik həll yolunun Ukrayna, həmçinin Avropanın maraqlarını qorumalı olduğuna diqqət çəkib. Qerbxeber.com bildirir ki,APA Reuters-ə istinadən xəbər verir ki, yayılan bəyanat Macarıstandan başqa bütün Aİ ölkələri tərəfindən təsdiq olunub. “Mənalı danışıqlar yalnız atəşkəs və ya zorakılıqların azaldılması kontekstində … Read more

Senator Qrehem: Ukrayna ordusu Avropanın ən güclü ordusudur

Qrehem

Üçüncü Dünya müharibəsindən qaçmaq üçün yeganə ümid Ukraynaya silah tədarükünü davam etdirməkdir. Rusiyanın təcavüzünü ancaq Ukraynaya dəstək verməklə dayandırmaq olar. Bunu amerikalı respublikaçı senator Lindsi Qrehem deyib. Amerikalı senator bəyan edib ki, Ukrayna ordusu hazırda Avropanın ən güclü ordusudur. Onun sözlərinə görə, məhz bu, Rusiyanı qorxu içində saxlayır və növbəti təcavüzün qarşısını alan əsas amildir. … Read more

Mixeil Kavelaşvili Türkiyəyə gedir

Gurc prezident

Seçki Kollegiyası tərəfindən prezidentliyə seçilmiş Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə rəsmi səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində Türkiyə – Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr … Read more

Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin detalları-ASİF NƏRİMANLININ təhlili

Asif nerimanlı

Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətni yayımlandı. 17 maddədən ibarət mətnin detalları diqqətçəkəndir. I maddədə qeyd olunur: “Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və … Read more

Azərbaycan və Ermənistan arasında paraflanan Sülh Sazişi açıqlandı-TAM MƏTN

Az erm

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında paraflanmış Sülh Sazişinin mətnini yayıb. Teleqraf xəbər verir ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası … Read more

Kaya Kallas Bayramov və Mirzoyanla danışdı

Download (3)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən məlumat verilib. Kallas Ermənistan və Azərbaycan arasında sazişin həyata keçirilməsinə dəstək verib. Bundan başqa, AB diplomatiyasının rəhbəri Ermənistan xarici işlər naziri Ararat … Read more

“Traktor” İran Superkubokunun sahibi oldu

Traktor

İran Superkubokunun qalibi bəlli olub. Qerbxeber.com Apasport.az-a istinadən xəbər verir ki, final matçında çempion “Traktor”la kubokun qalibi “İstiqlal” qarşılaşıb. Görüş Təbriz klubunun qələbəsi ilə başa çatıb. “Traktor” 87-ci və 90+2-ci dəqiqələrdə fərqlərək 2:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan “Traktor” tarixində ilk Superkubooka yiyələnib.

Tramp: Yaxın vaxtda Rusiyaya səfər edəcəm

Tramp putin

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i görüşməyi gözlədiyini təsdiqləyib. Qerbxeber.com bildirir ki,bu barədə TASS-a xəbər yayıb. Tramp görüş üçün Rusiya Federasiyasına səfər edəcəyini bildirib. Amerika lideri təfərrüatları açıqlamayıb. Trampın görüş üçün Rusiyaya səfər edəcəyini söyləməsi maraqla qarşılanıb. Onun bu ifadəni yanlışlıqla səsləndirdiyi ehtimal olunur. Qeyd edək ki, bundan əvvəl Rusiya və … Read more