Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Gədəbəydə yol qəzası olub

1651944139 d5da28d4155090836493725485010635950

Gədəbəy rayonunda ağır yol qəzası baş verib. “Qərb Xəbər”in məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Əli Abbaslı, 1964-cü il təvəllüdlü İlqar Abdullayev və 1977-ci il təvəllüdlü Fəxrəddin Qələndərov xəsarət alıblar. Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Ukrayna müharibədəki itkilərini açıqlayıb

Images (16)

Ukraynanın Rusiya ilə 6 aydır davam edən müharibədə itkilərinin sayı açıqlanıb. “Qərb Xəbər” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib. Onun sözlərinə görə, müharibədə 9 minə yaxın hərbçi həlak olub. V.Zalujnı bildirib ki, müharibədə nəinki hərbi qulluqçular, hətta azyaşlı uşaqlar da iştirak edirlər: “Bizim balaca övladlarımızın … Read more

Sertifikatlaşdırmanın nəticəsinə görə müəllimlərin maaşlarına əlavələr təsdiqlənib

Images (15)

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. “Qərb Xəbər” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir. Dövlət … Read more

İlham Əliyev: “Bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, əbədi dalğalanacaq”

54254ecb 562c 31a5 92e8 be256799ac6d 850 (2)

“Bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq” Bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib. “Bir daha sizi ürəkdən təbrik edirəm – bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman … Read more

İlham Əliyev: “Əminəm ki, Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəyik”

083941a1 3df5 3b27 8c78 097275143035 850 (2)

“Əminəm ki, Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəyik”. “Qərb Xəbər” bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə deyib. “Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi … Read more

Azərbaycanın şimal bölgəsindəki bütün yanğınlar tam söndürülüb

E1ee9576 a0ba 3dfd a5bb 00105fc0a4f8

Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar … Read more

Azərbaycanın iki hərbçisi Laçında minaya düşüb

Mina

Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb. Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. “Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”, – məlumatda bildirilib.

40 minə yaxın abituriyent ixtisas seçimi edib

1661149131 3abituriyent

Hazırda oxunan: 40 minə yaxın abituriyent ixtisas seçimi edib İxtisas seçimi bütün qruplar üzrə 2022-ci il 28 avqust saat 23:59-dək internet vasitəsilə aparılır. “Qərb Xəbər” bildirir ki,  Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 22 avqust saat 09:30-a olan məlumata əsasən 39110 ixtisas seçimi ərizəsi təsdiq edilib. Bildirilir ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər … Read more

Yumurtanın qiymətinin qalxması ilə bağlı rəsmi açıqlama

Taze ve bozuk yumurta nasil anlasilir a060acf9 0979 48a7 9faa f964ce6dcdc3

Hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib: “Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər … Read more

Əbülfəz Elçibəyin vəfatından 22 il ötür

Elcii33

Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının liderlərindən biri Əbülfəz Elçibəy vəfatından 22 il ötür.  Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası … Read more

Ermənilər Zabux kəndini tamamilə tərk etdi

1661142689 photo 2022 08 22 00 54

 Zabux kəndinin bütün sakinləri evlərini tərk ediblər.  Bu barədə “Demokratik Birlik” partiyasının sədri, kənddə qanunsuz yaşayan Suren Petrosyan öz Facebook səhifəsində yazıb. Xatırladaq ki, avqustun 25-də Zabux və Sus kəndləri, eləcə də Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək. Azərbaycan ən qısa müddətdə Laçından yan keçərək Qarabağı Ermənistanla birləşdirəcək yol çəkib.

Azərbaycan Laçına yanğınsöndürənlər göndərib

Lachin ermeni barbar1661020787

Azərbaycan FHN Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib. Bu barədə videomateriallar Ermənistanın Telegram kanallarında yayılıb. Videodan və şərhlərdən belə anlaşılır ki, Azərbaycan bu cəsur addımı yaxın günlərdə ordumuza təhvil veriləcək Laçını qəsdən yandırılmaqdan qorumaq üçün atıb. Erməni Telegram kanalları bu barədə yazır: “Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq … Read more

Azərbaycanda quzu əti də bahalaşdı

4d270475 ac64 362c 9b87 75ea7566e81b

Quzu ətinin qiyməti bahalaşıb. Artım daha çox 8-11 kiloqramlıq əmlik quzu ətində özünü göstərir. Satıcılar deyirlər ki, indi 1 kiloqram əmlik quzu əti 17 manatadır. Çəkisi 14 kiloqramdan ağır olan quzu ətinin qiyməti isə nisbətən aşağıdır. Satıcıların sözlərinə görə, ölkədə quzu qıtlığı var. Üstəlik, bütün sahələrdə baş verən bahalaşma də quzu ətinin qiymətinə təsir edib. … Read more

Müəllimlərin maaşları belə hesablanacaq

Manat5(1)

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında fərman təhsil sisteminə müsbət təsir edəcək. “Qərb Xəbər” bildirir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, birinci qrup təhsil işçilərinə veriləcək əlavələr təhsil alanların sayına görə müəyyən ediləcək. Buraya direktor və müavinləri aiddir. Onun sözlərinə görə, sözügedən fərman təhsilin keyfiyyətinə … Read more

Şimaldakı yanğınla bağlı son vəziyyət

1660976857

Hazırda Siyəzən rayonunda yanğın davam edir.   Rayon İcra hakimiyyətindən verilən məlumata görə, dağlıq Yuxarı Ələz istiqamətində kol-kos və meşə ərazisi yanır. Yanğın nəticəsində Siyəzən rayonunda 30 hektar meşə və kolluq ərazi yanıb. Yanğının kəndlərə keçməsinin qarşısı alınıb. FHN-nin bir helikopteri və 8 yanğınsöndürən avtomobili ərazidə işləyir. Quba və Şabranda isə bu gün tüstülənmə ocaqlarının tam … Read more

Şəmkirdə ərinin döydüyü qadına valideynləri sahib çıxmayıblar

FotoJet (4)

Şəmkirdə itkin düşdükdən sonra Bakıda tapılan, ailəsinin yanına qayıtmaq istəməyən qadın valideynləri ilə görüşüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən gün sığınacağa yerləşdirilən Asimə Məmmədovanın yaxınları ilə görüşü təşkil olunub: “7 avqust tarixində yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə … Read more

Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib

59e9a5ad 7e8a 3d31 9373 38eb56b483ee 850 (3)

Azərbaycan Argentina, Koreya və Braziliyaya yeni səfirlər təyin edib. Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Belə ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib. Bundan başqa, Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib. Eyni zamanda Rəşad İntiqam oğlu Novruz Azərbaycanın Braziliyadakı, Emil Zülfüqar oğlu Kərimov Küveytdəki, Ruslan … Read more

Texnologiya Universitetinin professoru vəfat edib

6873163c d48b 3f93 83f7 fc82e08a57df

Azərbaycan Texnologiya Universitetinin professoru Bayram Əliyev vəfat edib. “Qərb XCəbər” məlumat verir ki, fizika və riyaziyyat elmləri doktoru, professor B.Əliyev 81 yaşında vəfat edib. Qeyd edək ki, Bayram Zeynal oğlu Əliyev universitetin Ümumi və tətbiqi fizika kafedrasının müəllimi olub. O, 160-dan çox elmi әsәrin müәllifidir. Allah rəhmət eləsin!

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb

E5e8f21e f6bb 3a05 a9c2 812ad4af1bcf

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz … Read more

MN ehtiyatda olan polkovnik-leytenantın vəfatı ilə bağlı məlumat yayıb

Mn

MN ehtiyatda olan polkovnik-leytenantın vəfatı ilə bağlı məlumat yaydı “Qərb Xəbər” məlumat verir ki, bu gün mətbuatda polkovnik-leytenant Seymur Ənvər oğlu Zülfüqarovun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb. Müdafiə Nazirliyindən  bildiriblər ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb. Allah rəhmət eləsin!