Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Tovuzda gənclərin “Yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilib

Ddc58334eeb91fdf728b7d15c3e768c7

Tovuz rayon Nizami adına Mədəniyyət evində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şuşa ili” və Tovuz “Gənclər Paytaxtı” Tədbirlər Planlarına müvafiq olaraq gənclərin “Yaradıcılıq emalatxanası” layihələri həyata keçirilmişdir.

“Qərb Xəbər” bildirir ki, “Şuşa yaradıcılıq emalatxanası”nda gənclər incəsənətin foto, rəssamlıq və telejurnalistika sahələri üzrə, “Tovuz yaradıcılıq emalatxanası”nda isə kino, teatr, rəqs və estrada ifaçılığı sahələri üzrə təlimlərdə iştirak etmişlər. Layihələrdə ümumilikdə 80-dən çox gənc iştirak etmişdir.

Layihələrin bağlanış konserti zamanı gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdirmişlər.

Ağstafada “Tarix-mədəniyyət abidələrinin qorunmasına dair konfrans keçirilib

4f8d49af1564f2f998dce3bbc418e3be

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktiki konfrans keçirilmişdir. “Qərb Xəbər” bildirir ki, qoruğun yaradılmasının 15 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni … Read more

Almaniyada “Reyxin vətəndaşları” hərəkatını dəstəkləyənlərin sayı kəskin artıb

01 nazi paаr usa

Almaniyada sağçı “Reyxin vətəndaşları” hərəkatı üzvlərinin sayı son bir ildə 2 min nəfər artaraq 23 min nəfərə çatıb. Onların 10%-nin zorakılığa meylli olduğu bildirilib. Bu barədə bazar günü Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazir Nensi Fezerin sözlərinə görə, hərəkatın tərəfdarları 2022-ci ildə 239 cinayət törədiblər. Onun sözlərinə görə, cinayət törədənlərin hamısı təcridxanalardadır. Hərəkat üzvlərinin … Read more

Gəncədəki kütləvi davada xəsarət alan şəxs ölüb

60dc9ef2 dbc8 35ac acc6 256532533b23

Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri – 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib. Bu barədə”Qərb Xəbər”ə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.

Heydər Əliyevin anım günüdür

639637606a966639637606a9671670788960639637606a963639637606a964

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 19 il keçir. “Qərb Xəbər”in məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi … Read more

İranda etirazlarda ölənlərin sayı 488-ə çatıb

127346534 mediaitem127346528

İranda etirazlarda 488 nəfər həlak olub. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 259 nəfər həbs olunub. Onlardan 3 784 nəfərin kimliyi və saxlanılma yeri … Read more

12 Dekabr Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür

C54558B6 1B4F 4A26 A5A9 A85FE04BE3AD w1200 r1

Bu gün Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür. “Qərb Xəbər”“Report”a istinadən xəbər verir ki, 77 il öncə – 1945-ci il dekabrın 12-də (21 azər) Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi Böyük Britaniya və SSRİ-nin İran adlanan ərazidə əlini gücləndirmişdi. Sözügedən tarixdə Rza şah Pəhləvinin süquta uğrayan istibdad rejimi … Read more

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb

1646482404 ceyhun bayramovjpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb. Bu barədə “Qərb Xəbər”ə Xarici İşlər Nazirliyindən bildirilib. Nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.

Şəmkirdə 2 avtomobil toqquşub

Indir 2022 11 14T090237.402

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində avtomobil qəzası olub, xəsarət alanlar var. “Qərb Xəbər”in məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Cəfərova və daha 3 nəfər xəsarət alıb. Məlumata görə, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Rusiyaya nota təqdim edib

Xin1

Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib. “Qərb Xəbər” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin … Read more

Qazaxda DSX əsgəri vəfat edib

Dsx

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

Avropa İttifaqı Ukraynaya 18 milyard avro yardım ayıracaq

318419539 531143252229003 6107489536726734507 n

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib. “Qərb Xəbər” bildirir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, Ukraynaya verilən 18 milyard avroluq kreditin 10 illik güzəşt müddəti olacaq. Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyanın maliyyə naziri Zbınek Stanyura qeyd edib ki, Avropa … Read more

ABŞ İran PUA-larının alınmasında iştirak edən Rusiya qurumlarına sanksiyalar tətbiq etdi

FotoJet 2022 12 10T105710.840

ABŞ hökuməti İran istehsalı olan PUA-ların alınmasında iştirak edən Rusiya qurumlarına qarşı sanksiyalar tətbiq edib. Xüsusilə Rusiya Federasiyasının Aerokosmik Qüvvələri və 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi sanksiyalara məruz qalıblar. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. Ümumilikdə üç Rusiya qurumuna sanksiya tətbiq edilib. Kirbi sanksiyalara məruz qalan üçüncü … Read more

Fransa İngiltərəyə qalib gələrək yarımfinalda Mərakeşə rəqib oldu

FotoJet 2022 12 11T005205.855

Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub. Fransa 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb – 2:1. Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə … Read more

Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçirilir

167057899058000675 750x500

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi keçirilir. “Qərb Xəbər” bildirir ki, dekabrın 8-dən 10-dək davam edəcək Konqres ənənəvi olaraq gənclər təşkilatlarının bir araya gətirilməsi, onların problem və təkliflərinin dinlənilməsi, birlikdə bir çox innovativ layihə və fəaliyyətlərin təşkili, həmçinin … Read more

Xarici diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb

C4186253 da02 320c bc58 e709ff51985f

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb. “Qərb Xəbər” xəbər verir ki, səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri – səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə … Read more

Ermənistan 4-cü bənddən rəsmən imtina etdi! – Müharibə 45-ci günə keçə bilər

C7ec718e18fd60f1cf02e64328c3764c

İrəvandan yeni həyasız bəyanatlar; kapitulyant ölkə 2-ci Qarabağ savaşından öncəki havaya köklənir… Sülhlə bağlı ifrat nikbin proqnozlara rəğmən, Azərbaycan-Ermənistan sülh müqaviləsi bu il də imzalanmayacaq. Bunun ən çox hansı tərəfə zərəri olacağı isə yəqin ki, qaranlıq deyil. Təbii ki, altını hələ də blokada şəraitində yaşayan, dünya okeanına çıxışı olmayan, yoxsul və “izqoy” Ermənistan çəkəcək. Zaman … Read more

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb

C194cd8e806afdc23276ab41e5e9cc1f

Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa-Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb. “Qərb Xəbər”xəbər verir ki, bu barədə Şuşa Dövlət qoruğu idarəsinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə sədri Alinur … Read more

Britaniya səfiri Zəngilanda: “Burada Günəş parlayır” – YENİLƏNİB + FOTO

Y9gjbrRN2s6UrXyu4ZI64vSGG4uKilt3nGq6Ks1K

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Zəngilan Hava Limanından paylaşım edib. O “Twitter” hesabında bununla bağlı foto paylaşıb. “Zəngilanın yeni hava limanında Günəş parlayır”, – deyə britaniyalı diplomat qeyd edib. 09:06 Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Zəngilan və Qubadlıya yola düşüb. Bu barədə britaniyalı diplomat özünün “Twitter” hesabında məlumat verib. “Zəngilan və Qubadlıya ilk … Read more

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Indir 2022 11 14T090237.402

Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun “Kraz yolu” adlanan ərazidə qeydə alınıb. “VAZ” markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. İlkin məlumata görə, … Read more