SEPAH-ın daha iki generalı öldürüldü

Sepah yeni

İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) raket sənayesinin rəhbəri general Mahmud Baqeri və hazırkı müharibədə komandir kimi iştirak edən Cavad Baqeri İsrail tərəfindən öldürülüb. Qerbxeber.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Xatırladaq ki, bundan öncə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin öldürülməsi barədə məlumat yayılıb. İsrail … Read more

Kaya Kallas:Gürcüstan hökuməti düzgün istiqamətdə getmir

Kallas

“Gürcüstan hökuməti düzgün istiqamətdə getmir. Avropa İttifaqı (Aİ) bu fonda nə edə biləcəyimizi düşünür”. Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl deyib. “Əlbəttə, bu gün Gürcüstan məsələsini də müzakirə edəcəyik. Gürcüstanda vəziyyət daha da ciddiləşir. Diplomatlar üçün viza qadağası martın 6-dan qüvvədədir. Başqa nə edə biləcəyimizi müzakirə … Read more

Əli Laricaninin ölümü təsdiqləndi

Laricani

İsrail müdafiə naziri İsrael Kats İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hava hücumu zamanı öldürüldüyünü təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, İranın “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin də məhv edildiyini açıqlayıb. “Laricani və “Bəsic” komandanı məhv edilib, Xamenei və bütün məhv edilmiş şər qüvvələrinin üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndəriliblər. ABŞ Prezidenti Tramp İran … Read more

İran ordusunda 5 min ölü, 15 min yaralı

Iran ordusu

İsrail və ABŞ-nin hava hücumu zamanı indiyədək İran Silahlı Qüvvələrinin ən azı 5000 hərbçisi ölüb, 15000-dən çoxu yaralanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb. Bildirilib ki, itkilərin böyük miqyasına baxmayaraq, İran rəhbərliyi və yerli media məsələ ilə bağlı hələlik heç bir rəsmi statistika dərc etməyib. Məlumata görə, İranın canlı qüvvəsinin əhəmiyyətli hissəsi … Read more

Zelenski: Rusiyanı dayandırmaq, bir çox müharibələrin qarşısını almaq deməkdir

Zelenski (1)

Ukraynada Rusiyanın qarşısını almaq bir çox müharibələrin qarşısını alacaq, çünki Moskvanın maraqları Avropadan Yaxın Şərqə qədər uzanır” Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Dəfələrlə izah etməyə çalışmışam ki, Rusiya dörd il davam edən genişmiqyaslı işğal zamanı döyüş meydanı, yeni texnologiyalar, uzunmüddətli quru müharibəsi və hərbi-sənaye bazası baxımından ciddi təcrübə qazanıb”, – o bildirib. Zelenski vurğulayıb … Read more

KİV: Əli Laricanı öldürüldü

Laricani

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricanı gecə saatlarında Tehranda İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalan hədəflər arasında olub. Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaniyə qarşı da sui-qəsd cəhdi edilib. Əli Laricani və Qulamrza Süleymaninin hücumdan salamat çıxıb-çıxmadıqları dəqiqləşdirilməyib, əməliyyatın nəticələrinin araşdırıldığı bildirilib. … Read more

Bu gün Novruzun sonuncu-İlaxır çərşənbəsidir.Qulaq falı və digər qədim inanclar bu gecədə

Torpaq çerşenbesi

İlaxır çərşənbə Novruz bayramının ən sehrli, ən həyəcanlı axşamlarından biridir. Bu dörd çərşənbənin sonuncusu Torpaq çərşənbəsi sayılır və o, həm də İlaxır çərşənbə adlanır. “İlaxır” sözü “ilin axırıncı çərşənbəsi” deməkdir. Yəni Novruzdan əvvəl gələn son çərşənbə məhz budur. Qerbxeber.com xəbər verir ki, Qədim inanclara görə, Torpaq çərşənbəsində torpaq artıq tam oyanır, təbiət dirçəlir və baharın gəlişi tam … Read more

Tramp: Putin bizdən qorxur,o Avropadan qorxmur

Put tramp

Tramp bildirib ki, məhz ABŞ sayəsində Rusiyaya təsir göstərə və onu cilovlaya bilirlər. ABŞ prezidenti Donald Tramp NATO-nun Amerika gücünə əsaslandığını bildirib. O, həmçinin Kremlin təcavüzünün qarşısını alan əsas amilin ABŞ-ın gücü olduğunu bildirib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tramp qeyd edib ki, ABŞ-ın iştirakı olmadan Şimali Atlantika Alyansı Rusiyanın gözündə əhəmiyyətini itirəcək. “NATO … Read more

QHT sədrinə hökm oxundu

Mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə QHT işi üzrə ittiham olunan “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə hökm oxunub. Qerbxeber.com  xəbər verir ki,  hökmə əsasən, Asiman Qocayevə 3 il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub. Təqsirləndirilən Asiman Qocayev Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2-ci … Read more

İlham Əliyev Qazaxıstanlı həmkarını təbrik etdi

Ilham Əliyev və Tokayev

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Qerbxeber.com -un məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm. Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan … Read more

Tramp: Neft qiymətləri kəskin düşəcək

Tramp yeni 3

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın vaxtlarda başa çata biləcəyini və bundan sonra neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini düşünür.  Qerbxeber.com xəbər verir ki, bunu “PBS”in müxbiri Liz Landers bildirib. O, ABŞ lideri ilə qısa telefon müsahibəsindən sonra qeyd edib ki, Tramp müharibə başa çatdıqdan sonra neft qiymətlərinin “daş kimi düşəcəyi”nə əmindir. Jurnalistin sözlərinə … Read more

İran artıq raket istehsal edə bilmir- İSRAİL KƏŞFİYYATI

Raket iran 900x506

İran istehsal bazasına uğurlu zərbələr endirdiyi üçün artıq yeni raketlər istehsal edə bilmir. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail hərbi kəşfiyyatı məlumat yayıb. Bildirilib ki, İranın raket buraxıcı qurğularının təxminən 70% məhv edilib. Bəzi buraxıcı qurğular İsrail hava hücumlarından sonra tunellərdə basdırıldıqdan sonra istifadəyə yararsız hala düşüb. Kəşfiyyat həmçinin İranın 100 zenit batareyasını və … Read more

ABŞ Mərkəzi Komandanlığı(CENTCOM): İran qonşu ölkələrə 300-dən çox uçuş həyata keçirib

Dron divarı

ABŞ Silahlı Qüvvələri İranda “Epik Qəzəb” hərbi əməliyyatlarını davam etdirir. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasında bildirilib. Qeyd olunub ki, ABŞ qüvvələri ötən sutka ərzində Xarq adasında 90-dan çox hərbi hədəfi (dəniz minaları, raketlər anbarlarını və digər hərbi infrastruktur) dəqiq zərbələrlə məhv edib. ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının … Read more

Bred Kuper: Biz İranın 100-dən çox hərbi gəmisini məhv etdik

Bred kuper

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper elan edib ki, 28 fevralda hərbi əməliyyatının başlamasından bəri ABŞ silahlı qüvvələri İran Hərbi Dəniz Qüvvələrinin 100-dən çox gəmisini məhv edib. Bu barədə o “X” sosial şəbəkəsində məlumat yayıb. “16 gün ərzində İranın dərinliklərinə dağıdıcı zərbələr endirdik. Ötən cümə günü Xarq adasına dəqiq zərbələr endirdik və dəniz mina, … Read more

Tehran hava limanı vuruldu-Xamneyinin təyyarəsi yandı

Iran teyyare

İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanına hava zərbələrindən sonra irimiqyaslı yanğın baş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Məlumata görə, hücum zamanı İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəqliyyat donanmasının böyük bir hissəsi, eləcə də İran liderlərinin xüsusi rəsmi təyyarəsi tamamilə məhv edilib. İsrail Ordusu da Mehrabad hava limanında məlumatı təsdiqləyib. … Read more

İsrail SEPAHın 7yüksək rütbəli komandirini öldürüb

Sepah yeni

İsrailin Livanda keçirdiyi əməliyyatlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin yeddi yüksək rütbəli rəsmisi məhv edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisi “Fox News” telekanalına verdiyi açıqlamada bildirib. Bundan əlavə, İsrail rəsmisi İranın regiondakı logistik imkanlarına ciddi ziyan dəydiyini qeyd edib. Məlumata görə, “Qüds” qüvvələrinə məxsus 20 hərbi nəqliyyat … Read more

İran müharibəyə davam deyir-BƏYANAT

Tramp yeni

“İran ABŞ və İsrailə qarşı sona qədər müharibə aparmağa hazırdır və atəşkəs axtarışında deyil”. Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib. “Düşünürəm ki, artıq düşmən yaxşı dərs alıb və tərəddüd etmədən özünü müdafiə etməyə, müharibə hara aparır-aparsın, sona qədər davam etdirməyə hazır olan xalqla qarşılaşdığını başa düşüb”, – nazir qeyd … Read more

Quru sərhədlər yenə bağlı qaldı: Baş nazir qərar imzaladı

Esedov qerar

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılıb. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.  

Abbas Əraqçı: Yaxın günlərdə müharibədə qələbəmizi qeyd edəcəyik

Araqçı

“Qürurverici müqavimət göstəririk və bunu tərəddüdsüz davam etdirəcəyik. Əminəm ki, yaxın günlərin birində müharibədə qələbəmizi qeyd edəcəyik”. Qerbxeber.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib. “Düşünürəm ki, son bir il İran tarixi üçün misilsiz oldu. Bu müddətdə bir müharibəni geridə qoyduq, indi başqa bir müharibənin içindəyik. Geridə qoyduğumuz il çətin il oldu, … Read more

İsrail ordusu İrana qarşı əməliyyatın vaxtını açıqladı

62260170b18e3 raket hücumu müharibə ordu

İsrail ordusu İrana qarşı başladığı hərbi əməliyyatı ən azı daha üç həftə davam etdirməyi planlaşdırdığını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Effie Defrin bildirib. Onun sözlərinə görə, İsrail ordusunun qarşısında minlərlə hədəf var və əməliyyat planları ABŞ ilə koordinasiya əsasında hazırlanıb. Defrin qeyd edib ki, mövcud planlar ən azı yəhudi bayramı olan … Read more