Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Vardanyan Rusiyadan qaçdı, Qarabağa gəldi ki… – Petrov

Ruben vardanyan

Qarabağda azərbaycanlı ekofəalların etiraz aksiyaları davam edir. Gəlin, aksiya barədə faktlara və yayılan saxta məlumatlara diqqət edək. Etirazların kökündə Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada qanunsuz mədən işlərinin aparılması dayanır. Söhbət ilk növbədə Qızılbulaq qızıl yatağının və Dəmirli mis-molibden yatağının talanmasından gedir. Yük maşınlarının nəzarətsiz olaraq Laçın yolu ilə bu yataqlardan çıxarılan … Read more

“Əsrə bərabər 44 gün” layihəsi başa çatıb

IMG

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsrə bərabər 44 gün” layihəsi başa çatıb.

Qərb Xəbər” bildirir ki, layihənin icrasına 10 sentyabr tarixində başlanılıb və 10 dekabr tarixində yekunlaşıb. Layihənin məqsədi, Vətən müharibəsi şəhidlərinin tanıdılması ilə yanaşı, gənclərin intellektual inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinə töhfə vermək, eləcə də, yaradıcı gənclərin aşkar edilərək, öz potensiallarını reallaşdırmalarına dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində ilk olaraq, 2 noyabr tarixində Qazax Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsi təşkil olunub. Müsabiqədə 20-yə yaxın gəncrəssamın “Vətən müharibəsi”, “Qəhrəmanlarımız”, “Doğma diyarımız Şuşa” mövzularında əl işləri mübarizə aparıb. Yekun nəticələrə əsasən, Aida Nəsibli
I yeri tutaraq müsabiqənin qalibi adına layiq görülüb. Ruhin Xasməmmədov II, Anar Bənnayev III pillənin sahibi olublar. Qalib və mükafatçılar müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Bunlardan başqa, Yusif
Məmmədov və Sitarə Əsgərovaya həvəsləndirici diplomlar təqdim olunub. Layihə çərçivəsində həmçinin 15, 16 və 17 noyabr tarixlərində intellektual yarış keçirilib. Yarışda ümumilikdə 16 komanda iştirak edib. “A” və “B” qrupları
üzrə ən yaxşı nəticə göstərən ümumilikdə dörd komanda finala vəsiqə qazanıb. Final görüşünün nəticələrinə əsasən, məktəblilərdən ibarət müstəqil “GFG” komandası qalib olub. BDU Qazax filialının “Hürufilər” komandası II, müstəqil “Drakarys” komandası isə III pillələrdə qərarlaşıblar. Qalib komanda kubokla, həmçinin ilk üç yeri tutan komandaların üzvləri müvafiq diplomlar və medallarla təltif olunublar. Bunlardan başqa, layihə çərçivəsində Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş “Xüsusi Təyinatlı Həkim” adlı qısametrajlı sənədli film də hazırlanıb. Filmdə şəhidin həyatı və döyüş yolu əks olunub.

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪-𝐪𝐮𝐫𝐮𝐜𝐮𝐥𝐮𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐭𝐝𝐢𝐫𝐢𝐥𝐢𝐫

9eab1c704e287ab40ab5b9b91da9f119

Şəmkirin yolları təmir olunur, küçələr yenidən qurulur. “Qərb Xəbər” bildirir ki, Şəmkir şəhərinin M.C.Paşayev, İ.Məmmədov, R.Rəhimov, M.Ə.Rəsulzadə, F.Əhmədov küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Görülən işlər çərçivəsində fərdi yaşayış evlərinin, hasarların fasadlarında bərpa və rənglənmə işləri görülür, aşağı hissələrə aqlay və təbii qaya daşları vurulur. Həmçinin Şəmkir rayonunda əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində … Read more

İlham Əliyev: “ASAN xidmət” brendə çevrilib

Ilham aliyev president 291217

Prezident İlham Əliyev “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumunun iştirakçılarına müraciət ünvanlayıb. “Qərb Xəbər” bildirir ki, müraciətdə deyilir:   “Hörmətli forum iştirakçıları! Sizi – “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” mövzusunda keçirilən beynəlxalq forumun iştirakçılarını səmimi-qəlbdən salamlayır, forum çərçivəsində səmərəli müzakirələr və faydalı əməkdaşlıq arzulayıram. … Read more

Ağstafada sərnişin mikroavtobusu minik maşını ilə toqquşub

639abee4b6af3639abee4b6af41671085796bda14e1c899ebc8ed480313d1b159916

Ağstafa rayonunda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub. “Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobusun havanın dimanlı olması səbəbindən “Opel” markalı avtomobillə toqquşduğu bildirilir. İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.  

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Qezaüü

Tovuz rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər” bildirir ki, hadisə rayonun “mal bazarı” adlanan ərazisində qeydə alınıb. Avtomobil qəzası zamanı 5 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan biri göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ordumuzun mövqeləri atəşə tutulub

Mn

Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, … Read more

Gəncədə qadın bıçaqlanıb

Bıçaq

Gəncə şəhərində qadın bıçaqlanıb, əri şübhəli bilinir. “Qərb Xəbər”in əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-ü saat 08:30 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib. Faktla bağlı Gəncə Şəhər … Read more

İranda etirazlarda ölənlərin sayı 494-ə yüksəlib

Indir 2022 12 12T141810.661

İranda etirazlarda 494 nəfər həlak olub. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 68-nin yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 426 nəfər həbs olunub. Onlardan 3 861 nəfərin kimliyi və saxlanılma yeri bəlli … Read more

Gədəbəydə 23 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Db99bc19 c888 38de 9e67 f93c4513efc2

Gədəbəy rayonunda gənc qadın dəm qazından boğularaq dünyasını dəyişib. “Qərb Xəbər””Report”a istinadən xəbər verir ki, hadisə rayonun Köhnəkənd kəndində qeydə alınıb. Kənd sakini 1999-cu il təvəllüdlü R.Şadmanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

DÇ-2022: Fransa finalda Argentinaya rəqib oldu

A1f82d76 28d6 3810 81be 272233a7ba85

Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib. “Qərb Xəbər”xəbər verir ki, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub. Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub. Beləliklə, … Read more

Kəlbəcərdə 8 nəfər minaya düşüb, biri şəhid olub

Opera Snimok 2019 01 02 202314 cdn.oboi7 .com

Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla … Read more

Ermənistan sülh danışıqlarını əngələməyə çalışır – Şərh

1647255046 1644051356 d7aab42e160889052643283157010955328

Brusseldə baş tutacaq görüş təxirə salındı. Sülh danışıqlarının Gürcüstanda keçirilməsi gündəmdədir. Məsələni “Qərb Xəbər”ə dəyərləndirən politoloq Oktay Qasımov Ermənistanın sülh prosesini əngəlləməsi gərginliyə xidmət edən addımlardır və bu bölgədə gərginliyin artmasına gətirib çıxarır deyə vurğulayıb.   – Oktay bəy, Kəsişən maraqlar Tblisidə birləşəcəkmi? “Tblisidə görüş keçirilməsi ideyası ABŞ-a məxsusdu. Keçən il də, bu yay da … Read more

DSX-nin hərbçisi ürəktutmadan vəfat edib

Indir 2022 12 14T171753.638

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi ürəktutmadan vəfat edib. Bu barədə “Qərb Xəbər”ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 14-də saat 12:30-da DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib. Hərbi qulluqçuya intensiv tibbi yardım … Read more

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb

6399c86ecca006399c86ecca0116710227026399c86ecc9fd6399c86ecc9fe

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb. Bu barədə “Qərb Xəbər”ə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun dekabrın 14-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub. … Read more

Saakaşvili yenidən aclıq aksiyası elan edib

4f624dac6c361394c9e21fdda9d6e3ac

Eks prezident Mixeil Saakaşvili aclıq aksiyası elan edib. “Qərb Xəbər”24News.ge  istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin hüquq müdafiəçisi Şalva Xaçapuridze “Vivamed” klinikasında onu ziyarət etdikdən sonra bildirib. Vəkil qeyd edib ki, bu gün məhkəmə iclasında verilən qərardan sonra Saakaşvili buna etiraz əlaməti olaraq aclıq aksiyası elan edib.

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü olub

E80400e4 2d57 3f1c 8cd5 3cc846bbb27f

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub. “Qərb Xəbər” xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib. – Hörmətli Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov. Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Əziz dostlar. Bu il ikinci dəfə qardaş Türkmənistana … Read more