Türkiyədə zəlzələ nəticəsində dağılan binaların sayı açıqlanıb
Türkiyədə zəlzələ nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir. Bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib. Onun sözlərinə görə, vətəndaşlar həmçinin “e-devlet” və “hasartesbit.csb.gov.tr” saytları vasitəsilə zəlzələ nəticəsində zərər görən evlərin vəziyyətinə dair məlumat ala biləcəklər. Mənbə: NTV