Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

“Turan Tovuz” klubu 1600 manat cərimə olunub

AFFA

AFFA İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verilib. “Kəpəz” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. Oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimələnib. “Turan Tovuz” – “Qəbələ” oyununda ev … Read more

Tovuzdakı ölüm hadisəsi ilə bağlı Baş Prokurorluq açıqlama yayıb

Baş prokurorluq

Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən guya Tovuz rayonunda yerləşən mehmanxanaların birində meyiti aşkar edilən qadının hamamda sürüşərək yıxılması nəticəsində başından aldığı xəsarət səbəbindən ölməsi barədə dəqiqləşdirilməmiş məlumatlar ictimailəşdirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində … Read more

Prezident: Bizim qaz təchizatımızın kifayət qədər şaxələndirilmiş coğrafiyası var

640f843792b32640f843792b331678738487640f843792b2f640f843792b30

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.   “Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”, … Read more

Tovuzda yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib

Modern.az yangin easa

Tovuzda yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Düz Qırıqlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyası 30 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 600 kiloqramı yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu gün İlaxır çərşənbədir

Novruz semeni 190315 (1)

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur. Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi tanınır. Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, od və yel … Read more

Rəsmi Bakı Qarabağdakı erməni əhalisinə təklifi ilə hansı gedişləri edir – Analiz

Bakı şəhəri

“Prezident Administrasiyası Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsini təklif edir: gündəm reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsidir” “Qərb Xəbər” bildirir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı bildirib. A.Nərimanlının sözlərinə görə görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. “Rəsmi Bakı bu … Read more

İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb

16787247443500533726 1000x669

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. “Qərb Xəbər”bildirir ki, görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb

Tovuzda qadin piyadani avtomobil vurub

Tovuz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər” bildirir ki, hadisə Tovuz şəhərində, Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Camal Məmmədovu avtomobil vurub. O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev: “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək”

Ilham

“Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək” . “Qərb Xəbər” bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən … Read more

İlham Əliyev Almaniyada səfərdədir

7a8cde80 7cec 3f24 865f 30a882c7e588

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.

Dövlət imtahanı ləğv olundu

Emin

Ali təhsil müəssisələrində dövlət imtahanl ləğv olundu. “Qərb Xəbər” bildirir ki, bu barədə Elm və Təhsil naziri məlumat verib. Nazir bildirib ki, bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır.

Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub

Harop

2018-2022-ci illərdə Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub. “Qərb Xəbər” bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib. Qeyd olunub ki, sözügedən dövrdə İsrailin silah ixracının 9,1%-i Azərbaycanın payına düşüb. 2018-2022-ci illər ərzində İsrailin ən çox silah ixrac etdiyi ölkə isə Hindistan olub. Hindistana silah ixracı İsrailin … Read more

BDU rektoru: “Reytinqlərdə geri qalmağımızın səbəbi digərlərinin çox sürətli inkişafı ilə bağlıdır”

95324dca a8e3 314d adbb f68c08cd00ee

“Reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır”. Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, universitet rəqabət mühitindədir: “Söhbət tək ölkədən yox, regiondan gedir. Artıq reytinqlərdə geri … Read more

Səməd Seyidovdan Qarabağ ermənilərinə müraciət: “Gəlin, daha parlaq gələcək üçün dialoqu davam etdirək”

1666078480 semed seyidov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib. “Qərb Xəbər” bildirir ki, o, bu barədə tviterdə yazıb: “Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs (Ramin Məmmədov – red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya … Read more

Azərbaycanda silahlar haradan əldə edilir?

Silah

Son iki həftədə Azərbaycanda iki silahlı insident olub. Hər iki hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.   Bəzi ölkələrdə silah əldə etmək qanunla mümkün olsa da, Azərbaycanda sadə insanların silah əldə etməsi qanunla qadağandır. Ancaq ov zamanı istifadə edilən müxtəlif növ tüfənglər əldə etmək mümkündür ki, bunun üçün də bir çox … Read more

Qarabağın erməni icmasının nümayəndələri Bakıda görüşə dəvət edilib

Prezident Sarayi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. “Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Prezident Roma Papasını təbrik edib

Ilham aliyev main photo 200320

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, … Read more

Mədəniyyət Naziri Ağstafa, Qazax, Tovuz və Şəmkirdə olub

2cd822f9 adfc 3c3e 91be 54221975ef2d

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti martın 11-də Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub. “Qərb Xəbər” bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ağstafa rayonundakı … Read more

Ağstafa polisi narko-kuryerlik edən şəxsi saxlayıb

2023 03 13

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Qərb Xəbər”ə verdiyi məlumata görə,  Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa … Read more