Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Zurab Çxaidze: Mixeil Saakaşvili huşunu itirməyib

Zurab çxaidze

“Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidzenin sözlərinə görə, tibb işçiləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin huşunu itirməsi epizodunu təsdiqləmir. Bunu Zurab Çxaidze Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib. Mixeil Saakaşvilinin başını dəmir stola vurması ilə bağlı açıqlamasına gəlincə, Zurab Çxaidze qeyd edib ki, “lüks” palatada dəmir stol yoxdur. “Dünənki epizoda gəlincə, sizə deyə … Read more

Aİ Ukraynada müharibənin genişlənməsindən narahatdır: “Rusiya buna yol verməməlidir”

Ai rusiya

“Rusiya Krımdakı hücumu bəhanə edərək müharibəni genişləndirməyə çalışmamalıdır”. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Aİ Şurasının Brüsseldə keçirilən iclasında deyib. O bildirib ki, ukraynalılar öz torpaqlarını müdafiə edirlər: “Onlar ancaq öz torpaqlarında döyüşürlər. Ukraynalılar Rusiya torpağına hücum etmirlər. Bunu Prezident … Read more

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

15702077 4dba 4168 9deb 01d6fdf2c9e1 850 (1)

Aprelin 28-də və mayın 2-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Bu barədə “Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, uğur qazanan … Read more

Vəkil: “İlkin Süleymanovun günahsız olduğunu sübuta yetirə bildik, lakin məhkəmə…”

Ilkin

“2 ilə yaxın idi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu istintaq işi davam edirdi. İlkin Süleymanova qarşı heç bir sübut-dəlil olmadığına görə biz hesab edirdik ki, yekunda onunla bağlı bəraət hökmü çıxarılmalıdır. Bun ümidli idik”. “Qərb Xəbər” bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev prokurorun Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 … Read more

Aİ Rusiyanı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb

Ai rusiya

Avropa İttifaqı Rusiyanı Ukraynadakı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb. Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün Brüsseldə Aİ-nin inkişafı məsələlərinin müzakirəsi üçün nazirlərin görüşündə bildirib. Borrell deyibb ki, Rusiyanın hücumları dayandırması və Ukraynanı tərk etməsi üçün Aİ Kiyevi silahla təmin edir və dəstəkləyir. Onun sözlərinə … Read more

Prezident Fazil Mustafanın güllələnməsindən danışdı – Video

Ilham əliyevvv

“Azərbaycanın parlament üzvünün (Fazil Mustafa nəzərdə tutulur – red.) birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında səsləndirib.

Prezident qeyd edib ki, bir neçə gündən sonra həmin qrup yaxalandı:

“Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar.

Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub. Bu əməlin kiminsə törətdiyi ilə bağlı verilmiş hər hansı bəyanatı biz tamamilə yersiz hesab edirik. Xeyr”.

Ölkə başçısı vurğulayıb ki, buna görə, biz tələb edirik: birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutsun:

“Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Beləliklə, təsəvvür edə bilərsiniz ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.

Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq.

Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

Big 1504598670 meyit

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb. Hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Vaqif İsa oğlu Qəhrəmanov idarə etdiyi QAZ-2410 markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Valeh Vahid oğlu Mustafayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Nəticədə sürücülər – V.Qəhrəmanov və V.Musayev, … Read more

İlham Əliyev Zəngilan rayonuna səfər edib

Edb2f409 4673 3c05 8a29 cc8e8bc7f913

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib. Qərb Xəbər bildirir ki, dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.

Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib

Həps

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevə höküm oxunub. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan M.Atakişiyev 11 il azadlıqdan məhrum edilib. Qeyd … Read more

Baydenin müşaviri: “Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq”

7cc28ca7 6d32 3316 963c 9e37d3ec2b0a

“Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edir. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra tviterdəki hesabında yazıb. “Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq … Read more

Bakı-Ağstafa qatarının bəzi stansiyalarda dayanmamasının səbəbi açıqlanıb

7c376 qatar

Bakı-Ağstafa dəmir yolu xəttinin üzərində yerləşən Dəllər, Şəmkir, Qovlar, eləcə də digər stansiya və dayanacaqlarda platformalar sürət qatarları üçün nəzərdə tutulmuş platformadan fərqli olduğu üçün qatarların bu stansiyalarda dayanması hazırda texniki olaraq mümkün deyil. Qərb Xəbər “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, “Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların yalnız 1 100 … Read more

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı birbaşa dialoqa çağırıb

Ag ev

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib. O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır. V.Patel ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı … Read more

Prokuror İlkin Süleymanova 20 il cəza istəyib

Ilkin nermin

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir. “Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib. Prokuror İlkin Süleymanovun ittihamda göstərilən cinayət əməllərini törətməkdə … Read more

Zelenskinin Ofisi: Ukraynanın Kremlə hücumlarla əlaqəsi yoxdur

64525e0735cac64525e0735cad168311962364525e0735caa64525e0735cab

Müharibədə Ukrayna dövlətinin vəzifəsi işğal olunmuş əraziləri azad etməkdir, Moskvaya zərbələr endirmək deyil. Bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov BBC-yə Kremlə hücum cəhdinə dair məlumata münasibət bildirərkən deyib. Nikiforovun sözlərinə görə, onlarda Kremlə gecə hücumları ilə bağlı informasiya yoxdur, amma Prezident Zelenski dəfələrlə deyib ki, Ukrayna bütün gücünü başqalarına hücuma deyil, öz … Read more

İlham Əliyev: “Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi”

Ilhamki

“Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. “Buna … Read more

Zelenski və Sauli Niinistö Ukraynanın müdafiəsinin gücləndirilməsini müzakirə ediblər

Fd97e497 0711 3c3f ac6d a02acab30022

Finlandiya Prezidenti Sauli Niinistö ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. “Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə S.Niinistö tviterdə yazıb. “Biz Ukraynanın müdafiəsi, Finlandiyanın Ukraynaya dəstəyi və qlobal geosiyasi vəziyyətlə bağlı yaxşı və hərtərəfli müzakirə apardıq”, – dövlət başçısı bildirib. Qeyd edək ki, V.Zelenski Finlandiyada səfərdədir.

Prezident: Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır

645248fd0ae36645248fd0ae371683114237645248fd0ae33645248fd0ae34

Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Bu fikri Azərbaycan Prezidenti … Read more