bolgeninsesi
Cıdır düzündə “Xarıbülbül” festivalının açılış konserti olub
Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub. “Qərb Xəbər” xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib. Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər. Konsertdə … Read more
Zurabişvili: “Totalitarizm məğlub edilməyənədək, bütün işğal olunmuş ərazilər azad edilməyəcək”
“Totalitarizm məğlub olana qədər bütün işğal olunmuş ərazilər azad edilməyəcək, qələbə olmayacaq”. “Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili “Avropa Günü” çərçivəsində Tbilisidə keçirilən tədbirdə çıxışı zamanı deyib. Prezident çıxışında bildirib ki, Gürcüstanın gələcəyi avropadadır: “Avropa sabitlik deməkdir. Kimlərinsə “ikinci cəbhə” kimi təmamilə anlaşılmaz açıqlamalarına baxmayaraq, bu belədir. Bizim … Read more
Ukrayna 2022-ci ilin fevralından bəri Aİ-dən 20 milyard dollar yardım alıb
Ukrayna 2022-ci ilin fevral ayından ölkənin iqtisadi və maliyyə sabitliyini dəstəkləmək üçün Aİ-dən 20 milyard dollar alıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal hökumət üzvlərinin iclasında bildirib. O, görüşün videosunu “Telegram” kanalında yerləşdirib. Qeyd olunub ki, Aİ Ukrayna büdcəsinin əsas donoruna çevrilib. Onun sözlərinə görə, Kiyev Aİ ilə “nəqliyyat … Read more
Ukrayna SQ Priqojının Rusiya hərbçilərinin qaçması barədə məlumatını təsdiqləyib
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Rusiya Silahlı Qüvvələrinin 72-ci motoatıcı briqadasının Baxmutdan qaçdığını açıqlayıb. Ukrayna hərbçiləri işğalçıların iflasını təsdiqləyiblər. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü ayrı hücum briqadası teleqramda məlumat yayıb. “Rəsmi. Priqojının Rusiyanın 72-ci motoatıcı briqadasının Baxmutdan qaçması və orada qalan rusiyalıların “500 cəsədi” ilə bağlı xəbəri … Read more
ABŞ konqresmenləri İranın dron və raket istehsalı proqramlarına qarşı sanksiyalar tətbiq etmək istəyirlər
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol (respublikaçı, Texas ştatı) və hər iki partiyanın bir neçə digər konqresmenləri çərşənbə axşamı günü ABŞ administrasiyasının İranın pilotsuz uçuş aparatları və raketləri hazırlamaq və istehsal etmək proqramlarını dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq etməsini tələb edən qanun layihəsini təqdim ediblər. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Makkolun mətbuat … Read more
Avroviziyada Azərbaycan finala çıxa bilməyib
“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsinə yekun vurulub. “Qərb Xəbər” xəbər verir ki, səsvermənin nəticəsinə görə, 10 ölkə finala yüksəlib. Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib. Qeyd edək ki, növbəti yarımfinal mayın 11-i keçiriləcək. Final mərhələsi isə mayın 13-də keçiriləcək. Foto
İranın xarici işlər naziri Moskvaya səfər edib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvaya səfər edib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. İranın xarici işlər naziri Suriya məsələsinin nizamlanması üzrə sabah keçiriləcək dördtərəfli danışıqlarda iştirak etmək üçün Moskvaya səfər edib Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli və regional gündəliyin aktual məsələlərini də müzakirə … Read more
Aİ Peqova sanksiya tətbiq edə bilər
Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasından olan 12 şəxsə və üç KİV-nə Ukraynadakı münaqişə ilə bağlı məlumat yaydıqlarına görə sanksiya tətbiq etməyi təklif edir. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “EUobserver” məlumat yayıb. Qeyd olunub ki, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri Sergey Karaqanov və “WarGonzo” layihəsinin hərbi komandiri Semyon Peqov sanksiyalar … Read more
İran anklav kəndlərin Azərbaycana qaytarılmasına niyə qarşı çıxır?
Ermənistan mətbuatında yer alan məlumatlara görə, Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndinin Azərbaycana qaytarılması yenidən gündəmdədir. Məlumatda bildirilir ki, XİN başçılarının Vaşinqton görüşündə bu məsələ müzakirə olunub. Ermənistanın Baş naziri Nikol Paşinyan da ötən gün “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanın işğal altında olan kəndlərindən söz açıb. O bildirib ki, ölkəsi işğal edilmiş … Read more
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib
Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. “Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub. Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət … Read more
Paşinyan Moskvadakı parada qatılacaq
Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyaya səfər edərək mayın 9-da paytaxt Moskvada keçiriləcək paradda iştirak edəcək. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Qeyd edək ki, Putin bundan əvvəl Tacikistan və Türkmənistan prezidentlərini də Moskvaya dəvət … Read more
Ürək xəstəliyi və diabet riskini azaldan ədviyyat
Ürək xəstəliyi və diabet riskini əhəmiyyətli dərəcədə azaldan ucuz ədviyyatların adı açıqlanıb. “Qərb Xəbər“xarici mətbuata istinadən xəbər verir ki, həkimlər qidaya az miqdarda xardal əlavə etməyi məsləhət görürlər. Xardal dünyada ən çox yayılmış ədviyyatlardan biridir və həkimlər onun çox az qiymətləndirildiyini deyirlər. Bu ədviyyat ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər. Buna görə … Read more
Avropa Komissiyasının Prezidenti mayın 9-da Kiyevə səfər edəcək
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen mayın 9-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. “Qərb Xəbər” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının tviter səhifəsində bildirilib . Məlumata görə, mayın 9-da Avropa Günündə Prezident fon der Lyayen Kiyevə səfər edərək Prezidenti Volodimir Zelenski ilə görüşüb, Avropa İttifaqının Ukraynaya dəstəyini təsdiqləyəcək. Xatırladaq ki, prezident … Read more
Gəncədə ƏMƏLİYYAT: 6 nəfər tutuldu – FOTO
Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən xəbərə görə, Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ümumulikdə … Read more
Pensiyaçıların nəzərinə!
Mayın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə “Qərb Xəbər”ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər. “Qərb Xəbər” xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.