Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Aİ Şurasının Prezidenti: “Azərbaycan və Ermənistan “Alma-Ata Bəyannaməsi”nə sadiqliklərini bir daha təsdiqləyiblər”

3f9db91e 9de2 3f14 aaf8 eeb30e7c6147

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiq olduqlarını bir daha təsdiqləyiblər. “Qərb Xəbər”in xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib. “İki ölkənin liderləri 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (86,6 min kvadrat kilometr) … Read more

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub

90e570be c5f3 355c 9c47 61199f2408bd 850 (2)

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.

Quba və Qusara qar yağıb

Images (93)

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb. Xınalıq kəndində  qarın hündürlüyü 2-3 santimetrə çatır. Temperatur ötən günlərə nisbətən aşağı enib.

Ərdoğan: “Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Cümhur İttifaqı qalib gəlib”

040ea85f 3f7f 3b07 a963 3130dc26845a

“Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hazırkı nəticələrlə belə Cümhur İttifaqının qalibiyyəti ilə nəticələnib”. “Qərb Xəbər” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib. O, hazırda parlamentdə çoxluğun Cümhur İttifaqına aid olduğunu vurğulayıb: “Xalqımızın prezident seçkilərində də seçiminin güvən və sabitlik olacağına şübhəmiz yoxdur. Seçki nəticələrinin ölkəmizə … Read more

G7 ölkələri Rusiyanın energetika sektoruna qarşı yeni tədbirlər elan edəcək

60835f51 cae8 38f5 b2dc 13625d91310b

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri növbəti sammitdə Rusiyanın energetika sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi, anti-Rusiya sanksiyalarından yan keçilməsi ilə bağlı yeni tədbirlər elan etmək niyyətindədir. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına əsasən, ABŞ rəsmiləri “Böyük Yeddilik” ölkələrinin Rusiyaya ixracla bağlı qaydaları dəyişdirəcəyini gözləyir. Xatırladaq ki, G7 ölkələrinin liderlərinin növbəti sammiti … Read more

Ərdoğan: “Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı”

Erdogan

“Səsvermə prosesi Allaha şükür demokratiyamıza yaraşan şəkildə tamamlandı”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanTwitter tviterdə bildirib. O, deyib ki, ndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır: “Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!..” Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. … Read more

Şolts Zelenskini Berlində hərbi şərəflə qəbul edib

6460bfd23e3196460bfd23e31a16840621626460bfd23e3166460bfd23e317

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts danışıqlar aparmaq üçün bazar günü Federal Kanslerin ofisinə gəlib. Bundan əvvəl o, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüş keçirib. Qərb Xəbər “APA”ya istinadən xəbər verir ki, Şolts Zelenskini Almaniyaya dövlət səfəri deyil, işgüzar səfərdə olmasına baxmayaraq, onu hərbi şərəflə qəbul edib. Danışıqlardan sonra kansler və Ukrayna prezidenti mətbuata … Read more

Gəncə-Şəmkir avtomobil yolunda subasmadan sonra hərəkət bərpa edilib

6460b6f7da14c6460b6f7da14d16840598956460b6f7da1486460b6f7da14a

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub. Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış … Read more

İsraillə Fələstin raket zərbələri endirməyə davam edirlər

64603c969953364603c9699534168402856664603c969953164603c9699532

Qəzza zolağından atılan raketlərə görə şənbə günü axşam İsrailin cənubunda hava hücumu sirenləri səslənir. Bu barədə “The Times of Israel” nəşri xəbər verib. Məlumata əsasən, zərbələrə görə məsuliyyəti Fələstinin “İslami Cihad” silahlı qruplaşması öz üzərinə götürüb. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağı ərazisinə hava zərbələri endirməkdə davam etdiyini açıqlayıb. Apa.az

Əks-hücuma hazırlaşırıq – Zelenski

Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski əks-hücuma böyük əzmlə hazırlaşdıqlarını, qısa zamanda mühüm addımlar atacaqlarını bildirib. Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra ilk dəfə İtaliyanın paytaxtı Romaya səfər edən Zelenski rəsmi təmaslarını başa vurduqdan sonra axşam saatlarında İtaliya dövlət televiziyasında proqrama qatılaraq italyan jurnalistlərin suallarını cavablandırıb.   Zelenski İtaliya və Fransanın dəstəyi ilə səmalarını qoruya … Read more

Hamısını Allaha tapşırıram – İncə

Ince

Seçkilərə 3 gün qalmış namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə səs verib. “Qərb Xəbər” bildirir ki, İncə jurnalistlərə açıqlamasında haqqında ortaya atılan iftiralarla bağlı danışıb. “Bunları ortaya çıxaran FETÖ-dur. Vəkillərim araşdırma aparır. Hamısı saxtadır. 50 gün ərzində mənə nə yaşatdılarsa, Allah da onlara yaşatsın. Hamısını məhkəməyə verəcəyəm. Şərəfimi və vicdanımı türk ədalətinə əmanət … Read more

Süleyman Soylu: “601 min təhlükəsizlik işçisi vəzifə başındadır”

6460935d550806460935d5508116840507816460935d5507b6460935d5507d

Türkiyədə prezident və parlament seçkilərində səs vermə davam edir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda səs verdikdən sonra jurnalistlərə açıqlama verib.   “Qərb Xəbər” TRT Haber-ə istinadən bildirir ki, nazir Soylu seçki təhlükəsizliyi ilə bağlı bunları deyib: “601 min mühafizəçimiz hazırda vəzifədədir və seçkinin sonuna qədər təhlükəsizliyi təmin edəcək”.

Rəcəb Tayyib Ərdoğan səs verib: “Seçkilər problemsiz keçir”

ərdoğan erdoğan erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib. Bu barədə “Anadolu” məlumat yayıb. Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. … Read more

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

5a9052b6 4c5a 3563 b46c a776e0621c3a

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. Dövlət başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlanıb. Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd … Read more

Türkiyədə seçki başlayıb

Sesverme səs seçki

Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkilərinin startı verildi. Seçkilər saat 17:00-a qədər davam edəcək. Həmin vaxt seçki məntəqələrinin önündə gözləyənlər olarsa, onların da səsvermə hüququ tanındıqdan sonra seçki məntəqələri bağlanacaq və səslərin sayımı başlayacaq. Bu seçkilərdə prezidentlik uğrunda 3 namizəd – Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqının namizədi, CHP sədri … Read more

Ermənilər itkilərini gizlədirlər?

5b468778ed6bb1c8155f87c71e37909bqar ordu jpg

May ayının 11-dən etibarən Ermənistan tərəfinin məqsədli şəkildə sərhəddə törətdiyi təxribatlar nəticəsində hər iki tərəfdən itkilər var. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı bəyanatında Ordumuzun iki hərbçisinin Şəhid olduğunu bildirib. Yaralı sayı isə 1 nəfər təşkil edir. Ermənistan tərəfi isə ölənlərin sayını gizlətsə də, yaralılarının olduğunu açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, son … Read more

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Həps

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Müşfiq Qasımov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 440 … Read more