Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası bu gün keçiriləcək

352400087 157886653812167 7186992552048031699 n

Bu gün Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək. İclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. Prioritet mövzulardan iqtisadiyyatdakı son vəziyyət, inflyasiyanın birrəqəmli həddə endirilməsi üçün atılacaq addımlar, seçki dövründə evdar qadınlara pensiya, vergisiz telefon, faizsiz evlilik krediti kimi vədlərlə bağlı planlaşmanın müzakirə ediləcəyi gözlənilir. Nazirlər Kabinetinin iclasında xarici siyasətlə bağlı digər mövzular, həmçinin … Read more

Son 6 ildə 8 000 müəllimin iş yeri dəyişdirilib

Nurlan

Son 6 ildə 8 000 müəllimin iş yeri dəyişdirilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli məlumat verib. Onun sözlərinə görə, ötən ildən tətbiq edilən müəllimlərin qarşılıqlı olaraq iş yerlərinin dəyişdirilməsi çərçivəsində bu ilin sonunadək iş yerlərini dəyişdirmiş müəllimlərin sayı 300 nəfərə çatacaq.

Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə edilir

Millimeclis1

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir. Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində … Read more

Cərimələr artırılır

Population

Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır.   “Qərb Xəbər” “Bakupost.az”a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bildirilib ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər … Read more

Ukrayna ordusu Baxmutda 1600 metr irəliləyib

Anna malyar

Ukrayna ordusu şərq cəbhəsində hücum əməliyyatları həyata keçirir. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O qeyd edib ki, Ukrayna müdafiəçiləri Baxmut bölgəsindən müxtəlif istiqamətlərdə irəliləyiblər. Nazir müavininin sözlərinə görə, bəzi yerlərdə hərbçilər 1600 metrə qədər ərazini ruslardan təmizləyib. “Sərt müqavimətə və rusların işğal olunmuş xətləri, mövqeləri saxlamaq cəhdlərinə baxmayaraq, döyüşlər zamanı bölmələrimiz … Read more

Kəlbəcər və Gədəbəy rayonu müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub

Trend karabax soldier

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən … Read more

Azərbaycanda avtomobilləri narkotik vasitələrin təsiri altında sürənlərlə bağlı yeni cəzalar tətbiq ediləcək – SİYAHI

Images (96)

Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur. “Qərb Xəbər”in xəbərinə görə, … Read more

Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi qaydaları dəyişib

49772546 9fe2 3984 85bd 72ff78152f7e

Prezident İlham Əliyev 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişikliklər edib. “Qərb Xəbər” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, ərizəyə əlavə olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) … Read more

Azərbaycanda tikintiyə icazə verilməsi qaydası dəyişib

F9dacfed 913b 3489 8e89 a10b489bf73e

Prezident İlham Əliyev 2018-ci il 28 dekabr tarixli 460 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda dəyişiklik edib. “Qərb Xəbər” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi … Read more

Bəzi rayonlarda yağış yağıb, dolu düşüb

Yagisli hava

Bəzi rayonlarda yağış yağıb, dolu düşüb. Bu barədə “Qərb Xəbər”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 5-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Goranboy, Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb. Tovuz rayonunun Kirən məntəqəsində saat 14:55-15:07 radələrində diametri 20 mm, Goranboy rayonunun Börü, Buzluq və Erkeç kəndlərinə … Read more

Yolda sürət həddini aşmağa görə cərimələr artırılır

09427a4b a48a 3ca1 ac29 d2d4020d633b

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində … Read more

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır

A61be35e 9b67 3bd1 85b7 3e853d0af45d

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin hazırkı variantında qeyd edilib ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və … Read more

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək

8f0c95d7 0a60 387a 906b 1a611a99d6e8

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının … Read more

Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılır

38680e2b d7de 3776 a658 d50dc352ab89

Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılır. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin hazırkı variantında qeyd edilib ki, 332.2-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini … Read more

Aİ: 11-ci anti-Rusiya sanksiyalar paketini razılaşdırmaq üçün yenidən toplanacaq

Cbc9ee20 8b9f 3f73 89e1 8cda92a52a84

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) iyunun 7-də keçiriləcək iclasın gündəliyinə yenidən Rusiyaya qarşı 11-ci məhdudlaşdırıcı tədbirlər paketinin razılaşdırılması məsələsini daxil edib. “Qərb Xəbər”“İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə dərc olunmuş sənəddə deyilir. Orada bildirilir ki, Avropa səfirləri təsdiqlənməyə hazırlıq olaraq, növbəti dəfə Aİ Şurasının reqlamenti, icra tənzimləməsi və Ukraynanın ərazi … Read more

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Indir 2023 06 06T085154.822

Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2007-ci il təvəllüdlü Məhəmməd Quliyev və 1998-ci il təvəllüdlü Orxan Allahverdiyev xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağır, digərinin kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

AK Ukrayna taxılının tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb

Taxıl

Avropa Komissiyası Ukrayna taxılının Şərqi Avropa ölkələrinə tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatında deyilir. “Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan kimi məhsulların Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan başqa bütün ölkələrə istehlak və ya emal üçün Aİ ərazisinə idxal edilməsi hələ də zəruridir”, … Read more

Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır

B80f695c fbe7 34d9 b559 19e835a79282

Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır. “Qərb Xəbər”in xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Məcəllənin mövcud variantında qeyd edilib ki, 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə … Read more