Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

XİN: “Ermənistanda mülki işçilərin hədəfə alınması iddialarını rədd edirik”

Xin1

“Ermənistanda tikiləcək metal əritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik”. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb. “Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”, – Ayxan Hacızadə qeyd edib.

AP: Kaxovka SES-in dağıdılmasını hərbi cinayət kimi tanıyıb

Indir 2023 06 15T090757.665

Avropa Parlamentinin deputatları Rusiya hərbçiləri tərəfindən iyunun 6-da Uraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin partladılmasını hərbi cinayət adlandırıblar. “Qərb Xəbər” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının yekunlarına dair bəyanatında deyilir. Qeyd edilir ki, parlamentarilər Rusiya hərbçilərinin bu hərəkətlərini kəskin pisləyiblər. Deputatlar Avropa Şurasının ayın sonunda Brüsseldə keçiriləcək … Read more

Qərb Paşinyandan Ermənistanın KTMT-dən çıxmasını tələb edir

Nikol paşinyan

Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb edir Bu barədə “Qərb Xəbər”ə Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Paşinyan Vaşinqtonu aldadıb, ABŞ-ın gözləntilərini heç edib. Ermənistan eyni zamanda “Putin əleyhinə nizamnamə”nin ratifikasiyasından imtina edib, habelə anti-Rusiya koalisiyasına qoşulmayıb. Belə olduqda Qərb tərəfindən dərhal ittiham irəli sürülüb. … Read more

Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib

A0c08b86 ce60 3320 b59e d15340949198

Ukrayna hərbçiləri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennaya rayonunda yerləşən diviziyasına hücum edib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir. Rusiya mənbələri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda hücuma keçib. Onlar HIMARS-ın … Read more

Baş Prokurorluğa yeni vəzifə həvalə olunub

6489a9fab4e7c6489a9fab4e7d16867435466489a9fab4e776489a9fab4e79

Strasburq şəhərində imzalanmış “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi dəyişib. “Qərb Xəbər”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli … Read more

Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək

6cfa4b76 74f1 39d8 a593 3838e9591392

Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək “Qərb Xəbər”in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından … Read more

Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Dim dovlet imtahan merkezi

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 18-də hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak … Read more

Aşağı Əskipara kəndinin işğalından 31 il keçir

Images 2023 06 14T150824.701

Bu gün Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalından 31 il keçir Qazax rayonunun Aşağı Əskipara kəndi 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə … Read more

Yerli icra hakimiyyəti başçısının vəzifələri artırılıb

1658472565 ilham eliyev

Yerli icra hakimiyyətinin başçısının vəzifələri artırılıb. “Qərb Xəbər” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.   Fərmana əsasən, yerli icra hakimiyyətinin başçısı yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, … Read more

Ərdoğan: “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması İranla bağlıdır”

ərdoğan

“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”. “Qərb Xəbər” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: “Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram”.

“Azərbaycan Radiosu” ilə “İctimai Radio”ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

648988a4c6e96648988a4c6e971686735012648988a4c6e94648988a4c6e95

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. Şuradan “Qərb Xəbər”ə verilən xəbərə görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə … Read more

Azərbaycanda 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var

Indir 2023 06 14T133549.021

“Hazırda Azərbaycanda 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var”. “Qərb Xəbər” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, ümumi təhsil pilləsində onların 90 faizindən çoxu təhsillə əhatə olunub. “75 faizi heç bir xüsusi … Read more

Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq

Indir 2023 06 14T133549.021

Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. “Qərb Xəbər” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, 2023-2024-cü il üzrə tədris planı təsdiq edilib: “Növbəti tədris ilində şagirdlərin sayı … Read more

Azərbaycanda orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilir

Indir 2023 06 14T133128.557

“Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir”. “Qərb Xəbər” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır: “Azərbaycandakı … Read more

Qazaxda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

8d54e17e 6f37 3ec9 8426 b97f04ce7dd6

Qazaxda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkar olunub. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Qazax şəhəri, Azadlıq küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bədəlov Rüfət Cahangir oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına … Read more

İyunun 17-dən Həcc ziyarəti başlayır

648974d1cae20648974d1cae211686729937648974d1cae1e648974d1cae1f

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən “Qərb Xəbər”ə verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib

C3a47aa7 ba9a 33d7 af90 bde080bb728a

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib. Agentlikdən “Qərb Xəbər”ə bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir. Müsabiqənin yekununda yazılar üçün nəzərdə … Read more

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

A84f7169 81ac 3319 b1c6 3eb7220eeb50 850 (2)

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə … Read more

Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

C4f40e94 6d58 35ba b073 7416b6771ee7

İyulun 3-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək. “Qərb Xəbər” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.