Gəncə-Mingəçevir-Ağstafa marşrutu ilə ilk səfər

Qatarr

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib. 28 sentyabrdan başlayaraq müasir elektrik qatarları ilə bu marşrut üzrə ilk dəfə olaraq regiondaxili sərnişindaşıma xidmətinə başlanacaq. Qatarlarda … Read more

Prezident Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib

Ilham eliyev bmt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Qerbxeber.com dövlət başçısının çıxışını təqdim edir. Prezident İlham Əliyevin çıxışı: -Xanımlar və cənablar. Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində … Read more

Baş nazir Frederiksen: Rusiya Avropa üçün əsas təhlükədir

Mette frederiksen daniya premier

Avropanın təhlükəsizliyinə əsas təhlükə Rusiyadır”. Qerbxeber.com xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib. Baş nazir Rusiyanın ölkəsinə PUA hücumu ilə bağlı bildirib: “Bunlar bizim zəifliklərimizi üzə çıxaran və qeyri-müəyyənlik və parçalanma yaratmaq məqsədi daşıyan hücumlardır”. Frederiksen qeyd edib ki, Danimarka hazırlıq səviyyəsini yüksəldib, belə hallara qarşı lazımi tədbirlər tətbiq olunacaq. Danimarka hava məkanının … Read more

Bakı-Ağstafa -Bakı istiqamətinə əlavə qatar reysləri tətbiq ediləcək

Agstafa qatari

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 27 sentyabrda Bakı–Ağstafa, 28 sentyabrda isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək. ADY-dən Qerbxeber.com-a verilən verilən məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur. “Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya … Read more

Tramp: Ərdoğanla bir çox məsələrdə raziliğa gəldik

Tramp erdogan

“Ərdoğanla birlikdə nahar etdik və bir çox mövzuda səmərəli müzakirələr apardıq”. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi zirvə görüşündən sonra deyib. Tramp görüşün möhtəşəm keçdiyini bildirərək, bir çox mövzuda razılığa gəldiklərini qeyd edib. “Bugün Prezident Ərdoğan buradaydı və möhtəşəm bir görüş keçirdik. Bir çox fərqli mövzuda … Read more

Tramp:Rusiya hər şeyi riskə atıb, iqtisadiyyatı cəhənnəmə gedir

Tramp yeni 3

“Rusiya prezidenti Vladimir Putin səbəbsiz yerə insanları öldürür. Bu arada, Rusiya iqtisadiyyatı da cəhənnəmə yuvarlanır”. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. “Onlar hər şeyi riskə atıblar. İqtisadiyyatları cəhənnəmə yuvarlanır. Hər yeri bombardman edir və çox az ərazini ələ keçirirlər. Əslində, ərazilərinin bir hissəsini itirirlər. Bu müharibə bitməlidir. Əgər bu bizim müharibəmiz olsaydı, … Read more

Hava ilə bağlı xəbərdarlıq-Külək və yağış

Kulek

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, … Read more

İlham Əliyev Antonio Quterreşlə görüşdü

əliyev quterreş

BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb. Qerbxeber.com  xəbər verir ki, əvvəlcə Prezident  BMT-nin fəxri qonaqlar kitabını imzalayıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.

Ukrayna Kurskda AES-i vurdu

Kursk aes

Ukrayna Silahlı Qüvvələri Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına (AES) hücum etmək üçün PUA-dan istifadə edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernator Aleksandr Xinşteyn məlumat verib. “Bu gün Ukraynaya məxsus pilotsuz uçan aparat Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına hücuma cəhd edib. İtki yoxdur. Kursk Atom Elektrik Stansiyası normal rejimdə işləməyə davam edir”, … Read more

Vens: Ruslar danışıqlardan imtina etsələr, onlar üçün pis olacaq

January 2025 official vice presidential portrait of jd vance

ABŞ Prezidenti Donald Trampın bu həftə Rusiya ilə bağlı mövqeyini dəyişməsi Vladimir Putinə və yerdəki duruma qarşı artan səbirsizliklə bağlıdır”. Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib. “Həm ruslar, həm də ukraynalılarla olduqca yaxşı danışıqlar apardıq. Düşünürəm ki, prezident ruslara qarşı getdikcə səbirsizləşir. Əgər ruslar yaxşı gedən danışıqlardan imtina etsələr, məncə, bu, onların ölkələri üçün … Read more

Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını səbirsizliklə gözləyir

Kobaxidze

“Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın yenidən başlanmasını və bərpasını səbirsizliklə gözləyir”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Onun sözləirnə görə, Gürcüstana münasibətin dəyişməməsi “dərin dövlət”in hələ də güclü olduğunu göstərir. “Dərin dövlət” mübarizədə məğlub olsa, münasibətlər normallaşacaq, qalib gələcəyi halda isə çətinliklər qalacaq, amma biz çətinliklərə öyrəşmişik”, – İ.Kobaxidze … Read more

Trampın BMT-də çıxışı mübahisələrə səbəb oldu

Tramp muraciet

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışı qeyri-dəqiqlik və şişirtmələrlə dolu olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf “DW Fact Check” (Almaniya) nəşrinə istinadən xəbər yayıb. “ABŞ lideri çıxışında Asiya, Afrika və Yaxın Şərqdə yeddi münaqişəyə son qoyduğunu iddia edib. Reallıqda onun sadaladığı mübahisələrin bir çoxu həll edilməmiş və ya hələ də qeyri-sabitdir … Read more

2026-cı ilin Dövlət büdcəsi Prezidentə təqdim olunacaq

Prezident Aliyev

Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş … Read more

Fransanın eks-prezidenti Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib

Sarkozi

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Liviya lideri Müəmmar Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaq ittihamı ilə mühakimə olunduğu işdə təqsirli bilib. Qerbxeber.com bildirir ki,hadisə ilə bağlı “Le Monde” xəbərinə görə, məhkəmə bütün digər ittihamlar üzrə keçmiş prezidentə bəraət verib. Lakin “Liviya işinə” görə,Paris məhkəməsi Fransanın sabiq … Read more

Zelenski: Sülh şəraitində Ukraynanı idarə etmək niyyətim yoxdur

Zelenski Yeni1

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəni sülh şəraitində idarə etmək niyyətində deyil. Qerbxeber.com xəbər verir ki, o, bunu “Axios”a müsahibəsində deyib. Zelenski qeyd edib ki, onun əsas məqsədi müharibəni bitirməkdir, hakimiyyətdə qalmaq deyil. “Atəşkəs əldə olunarsa, parlamentdən seçkilərin keçirilməsini təşkil etməyi xahiş edəcəm”,- o qeyd edib. O, təhlükəsizlik vəziyyətinin və Ukrayna Konstitusiyasının müəyyən çağırışlar … Read more

Tusk: Ukrayna münaqişəsinin məsuliyyətini Avropanın üzərinə atır

Tusk

Polşa Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampı Rusiya-Ukrayna müharibəsinin məsuliyyətini Avropanın üzərinə atmaqda ittiham edib. Qerbxeber.comTeleqraf -a istinadən xəbər verir ki, Baş nazir Prezidentin illüziyaya qapıldığını deyib. “Prezident Tramp bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün işğal edilmiş ərazisini geri ala bilər. Bu heyrətamiz nikbinliyin arxasında ABŞ-nin iştirakının azaldılması və müharibənin … Read more

Ərdoğan-Tramp görüşünün gündəliyi məlum oldu

Ərdoğan tramp

Bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Bu barədə “TRT-Haber” məlumat yayıb. Bildirilir ki, görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq, daha sonra isə iki lider birgə nahar edəcək. Bildirilir ki, görüşdə iki ölkənin münasibətləri və regional məsələlər əsas müzakirə mövzusu olacaq. “Anadolu” agentliyinin məlumatına görə,görüş … Read more

Rubio Azərbaycan-Ermənistan sülh prosesindən danışdı

250513 marco rubio ac 956p 007aa1

ABŞ Dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidenti Donald Trampın nailiyyətinin əhəmiyyətini vurğulayıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rubionun təşkil etdiyi Transatlantik şam yeməyi ilə bağlı bəyanatında qeyd edilib. Dövlət katibi sülhün qorunması və rifahın əldə edilməsi üçün transatlantik tərəfdaşlığın əhəmiyyətini, NATO-ya üzv dövlətlərin çəkindirməni gücləndirmək … Read more

Tramp Rusiyanı darmadağın etdi

Trump Putin

ABŞ lideri Donald Trampın Rusiya ilə bağlı son açıqlamaları Kreml və Putinə bağlı təbliğat aparatında rezonans doğurub. Tramp Rusiyanı “kağız pələng” adlandırıb, Ukraynanın 1991-ci il sərhədlərini müharibə ilə bərpa edəcəyini vurğulayıb; Rusiyanın bu müharibədə ciddi hərbi-iqtisadi-sosial-siyasi itkilər verdiyini ilk dəfə bu cür açıq şəkildə etiraf edib. Tramp ilk dəfə elan edib ki, supergüc Ukrayna məsələsini … Read more

Britaniya səfiri Gürcüstan XİN -ə çağrıldı

Garet uordi

Böyük Brinatiya səfiri Haret Uord Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Səfir XİN binasına daxil olarkən jurnalistlərə açıqlama verməkdən imtina edib. Qeyd edək ki, ötən gün Almaniyanın Gürcüstandakı səfiri XİN-ə çağırılmışdı.