Daşkəsənə yağan dolu fəsadlar törədib

E2d07017 5f9b 36a5 80e5 4f52817ec4e9

Daşkəsən rayonuna dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib. “Qərb Xəbər”in məlumatına görə, səhər saatlarında yağan dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub. Həmçinin avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Ceyhun Bayramov Böyük Britaniya kralı ilə görüşüb

24271446 75f8 3b95 919d a21f8dbbbd5c

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında məlumat paylaşılıb. Qeyd edək ki, C.Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün Birləşmiş Krallıqda səfərdədir.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə birgə təlim başlayıb

95eb5da1 b226 387b bb6a 24e81e719883

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Alpan-2023” birgə təlimi keçirilir. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq … Read more

Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb – SİYAHI

Images 2023 06 22T093236.371

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. İyunun 28 və 29-da bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. AQTA-dan … Read more

Səhiyyə Nazirliyi dərmanların içlik vərəqələri ilə bağlı yeni təklifə münasibət bildirib

Dfbb4ae8 d65b 38e6 b168 b1d22595cb2f

“Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır”. Bu barədə “Qərb Xəbər”ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraq göstərmirlər: “Bu baxımdan, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus … Read more

“Turan Tovuz” Azərbaycan millisinin futbolçusunu transfer edib

57ffb5e4 9ab5 39bc 867f 29b926e1c898

“Turan Tovuz” Azərbaycan millisinin futbolçusu Sertan Taşkını heyətinə qatıb. Klubdan “Qərb Xəbər”ə verilən məlumata görə, 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, təcrübəli oyunçunun son klubu “Zirə” olub. Ötən mövsümün sonunda “qartallar”dan ayrılan Taşkın daha əvvəl “Keşlə” və “Sumqayıt”ın da formasını geyinib.

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər 20 il müddətinə azadlıqdan məhrum edilib

12f7a6a6 ab56 3aed b33e 5a088fcd4032

Ermənistanda əsir saxlanılan, guya “qətldə ittiham olunan” azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. “Qərb Xəbər” xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb. Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb. Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu … Read more

Aİ: Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Indir 2023 06 22T091652.194

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu barədə “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir. Sanksiyalar siyahısına 30 hüquqi şəxs, 70 rusiyalı daxil edilib. Bundan başqa, “Drujba” kəmərinin cənub qolu ilə daşımalara qarşı sanksiyalar tətbiq olunub.

Azərbaycanın dövlət sərhədini pozan ermənilərin məhkəməsi başlayır

5cdc062b b5fd 3360 b30c 651feaa7fc9f

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması ilə bağlı cinayət işinin istintaqı tamamlanıb. Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq … Read more

Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasında iştirak edəcək

Baff9249 4697 305c 9b42 e0564630ade1

Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasında iştirak edəcək. “Qərb Xəbər” Ukraynanın Prezident Ofisinin saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevi qəbul edərkən deyib. Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. … Read more

Dövlət Departamenti: Biz danışıqların irəlilədiyinə inanırıq

0b4451b6 c2f1 30ac 9365 14fa8bd8512d 850 (2)

“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”. “Qərb Xəbər” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib. “Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa … Read more

Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

Soyudlu

Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye … Read more

Azərbaycana iribuynuzlu heyvan idxalı 56% artıb

6492de7c1fb416492de7c1fb4216873468126492de7c1fb3f6492de7c1fb40

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 4 milyon 914 min dollar dəyərində 15319 baş diri iribuynuzlu heyvan idxal edilib. “Qərb Xəbər” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56.3% və ya 5 min 515 baş çoxdur. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 3 … Read more

İnfeksionist əhalini yay mövsümündə qidalanma məsələsində diqqətli olmağa çağırıb

Indir (8)

“Yay mövsümündə qida və su ilə əlaqəli baş verən mədə-bağırsaq infeksiyaları daha geniş yayılır. Dəniz mövsümü də açıldığından buna diqqət etmək lazımdır”. “Qərb Xəbər” xəbər verir ki, bu fikirləri həkim-infeksionist Əminə İsmixanova deyib. Onun sözlərinə görə, infeksion xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində yer alıb: “Xəstələrdə ağırlaşmaların sayı azalıb. Mikrobiologiyanın inkişafı uzunmüddətli qızdırma … Read more

Zelenski F-16 qırıcılarının Ukraynaya nə vaxt təhvil veriləcəyini açıqlayıb

761aa30d a4c3 3488 8154 a30bc7363df3

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ istehsallı F-16 qırıcı təyyarələrinin nə vaxt təhvil veriləcəyini açıqlayıb. “Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, o, pilotların avqust ayında təlimlərə başlayacağını bildirib. Zelenski deyib ki, F-16-ların ilk partiyası qarşıdakı 6-7 ay ərzində Ukraynaya təhvil verilə bilər.

Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb, monitorinqlər aparılacaq

Indir (7)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Nazirlər Kabinetindən “Qərb Xəbər”ə verilən xəbərə görə, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.   Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin … Read more

Ermənistanda müxalifət lideri xalqı Paşinyanı devirməyə çağırıb

120efd8e 7e5e 3505 9b0c 75b0879f1997

Ermənistanda “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. “Qərb Xəbər” xəbər verir ki, o, müxalifətin “küçə döyüşləri”nə hazırlaşdığını bildirib. Ancaq H.Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını vurğulayıb. Müxalifət lideri xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib.

Konfrans Liqası: “Sabah”, “Neftçi” və “Qəbələ”nin rəqibləri bəlli olub

7c8739d3 0c67 30d8 b840 1c6f11378de7

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. “Qərb Xəbər”in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub. Bu raundda “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Qəbələ” “Omoniya” (Kipr), “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Bakı klubları ilk matçlarını … Read more

Himalaylardakı buzlaqların ərimə sürəti artıb

61763b8645d2a03848760667

Qlobal istiləşmə nəticəsində bu əsrin sonuna kimi Hindukuş və Himalay dağlarında buzlaqların 75 faizi əriyə bilər. Bu, barədə regional üzv ölkələri bir araya gətirən hökumətlərarası ICIMOD qurumunun son hesabatında deyilir. Bu hesabata əsasən, buzlaqların ərimə sürəti son onillikdə 65 faiz artıb. “100 ildən sonra buzlaqları itirəcəyik”,- hesabatın aparıcı müəllifi Filipp Vester bildirib. Buzlaqların əriməsi dağlıq … Read more

Sabah ölkədə havanın temperaturu 30 dərəcəyədək artacaq

Hava

Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək artacaq. Bu barədə “Qərb Xəbər”ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi … Read more