Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub

Mn

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı … Read more

Şəmkirdə itkin düşən 13 yaşlı qız tapılıb

Indir 2023 09 14T090807.817

Şəmkir rayon Dəllər-Cəyir kənd sakini olan 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib. “Qərb Xəbər”in məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü F.M-in yeri müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, o, sentyabrın 10-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşmüşdü.

Kəlbəcər istiqamətində mövqeylərimizə sızmağa cəhd olub

1435128583 esger əsgər

Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Döyüş növbətçiliyi aparan … Read more

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır

Indir 2023 09 13T165716.050

Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayırıq. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə bildirib. “Növbəti addım kimi, BQXK-nin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”, – diplomat qeyd edib.

Türkiyədə mədəndə çökmə baş verib

Indir 2023 09 13T164551.239

Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə baş verib. “Qərb Xəbər”  bu barədə Turkiyə KİV-ə istinadən məlumat yayıb. Əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib. Hadisə ilə bağlı “TRT Haber”ə açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər var, 4 nəfər xəsarət alıb: “Xəsarət almayan bir nəfər xilas … Read more

Ermənistanda koronavirusun yeni növü aşkarlanıb

Mgh koronavirus 230620 01 (1)

Ermənistanda koronavirusun omikron ştamının yeni alt növü aşkarlanıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin sözlərinə görə, son bir həftə ərzində yoluxma hallarının sayı artıb və 12 sentyabra olan məlumata əsasən, koronavirusa 71 yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə çoxdur. Səhiyyə Nazirliyi həmçinin … Read more

Bagiridən Həsənova: Yalan məlumatdır!

Images 2023 09 13T161102.703

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagiri arasında telefon danışığı olub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. General-leytenant M.H.Bagiri öz növbəsində bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq … Read more

Həkim: “Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır”

Images 2023 09 13T154903.579

“Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır”. “Qərb Xəbər” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib. Onun sözlərinə görə, ən çox tövsiyə olunan kürəyə asılan çantalardır: “Bəzən valideynlər ağır, bəzəkli çantalar alırlar. Məktəb çantaları bədən çəkisinin 10 faizindən artıq olmamalıdır. Bu, uşaqlarda assimetrik olaraq yüklənməyə və onurğa probleminin yaranmasına gətirib çıxara bilər”.

Separatçıların keçmiş başçıları Ermənistan İstintaq Komitəsinə çağırılacaq

Images 2023 09 13T153523.184

Azərbaycanın Qarabağ bölgəsində separatçıların tör-töküntülərinin keçmiş “başçısı” Araik Arutyunyan və ermənilərin qanunsuz silahlı dəstələrinin “rəhbəri” olmuş Cəlal Arutyunyan sentyabrn sonunda Ermənistan İstintaq Komitəsinə çağırılacaq. “Qərb  Xəbər” bildirir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası sədrinin müavini Armen Xaçatryan “Hraparak”a müsahibəsində bildirib. Onun sözlərinə görə, separatçılar 44 günlük müharibə ilə bağlı … Read more

Ordumuzun mövqeləri atəşə tutulub

Indir 2023 09 13T135527.516

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan qanunsuz erməni silahlı dəstəsi tərəfindən Ordumuzun mövqeləri atəşə tutulub. “Qərb Xəbər” bildirir ki, erməni mediası Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qanunsuz silahlı dəstə üzvlərindən birinin yaralandığını bildirib.

Bakı ilə İrəvan arasında müharibə ehtimalı… – İran

Ordu təlim

Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalını istisna edirəm. “Qərb Xəbər” bildirir ki, bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib. “Tehran region ölkələrində hər hansı sərhəd dəyişikliyini qəbul etmir. İnanırıq ki, yaxın gələcəkdə regionda ciddi heç nə olmayacaq”, – Aştiani bildirib.

Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində təxribatının qarşısı alınıb

Mudafie

Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub. Bu barədə “Qərb Xəbər” ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb”, – məlumatda qeyd edilir.

Rusiya XİN: “Ermənistanda Vaqner”in 3 min əsgərinin olması barədə məlumatlar mifdir”

Indir 2023 09 13T130640.335

“Ermənistanda dövlət çevrilişi məqsədi ilə 3 min “Vaqnerçi”nin olması ilə bağlı məlumatlar mifdir”. “Qərb Xəbər” bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib. “Bununla bağlı fotolar, sübutlar varmı? 3 min rəqəmini haradan götürüblər?”, – o bildirib. M.Zaxarova bunların saxta məlumatlar olduğunu əlavə edib.

ABŞ sülh razılaşması üçün Ermənistan və Azərbaycanla çalışmağa davam edəcək

650156e6d846d650156e6d846e1694586598650156e6d846a650156e6d846b

Biz Ermənistanla Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün çalışmağa davam edəcəyik. “Qərb Xəbər” bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. “Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib … Read more

Bakı Zəngəzuru ordu ilə açsa, Putin… – “Kommersant”

1600668980 azerbaycan ordusu

Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla münasibətlərində ciddi böhran yaranıb. “Qərb Xəbər” bildirir ki, bu barədə “Kommersant” nəşrində dərc edilən məqalədə bildirilib. “Tərəflər bir-birini ittiham edirlər. Baş nazir Nikol Paşinyan İtaliya qəzetinə müsahibəsində Moskva ilə strateji müttəfiqlik kursunun səhv olduğunu bildirir, onun həyat yoldaşı Kiyevə gedir və Prezident Vladimir Zelenski ilə görüşür. … Read more

Ukrayna sərhədinə Kim Çenin əsgərləri yerləşdirilir?

Images 2023 09 13T092617.031

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna sərhədinə yerləşdirilməsini istəyə bilər. “Qərb Xəbər” bildirir ki, bunu Şimali koreyalı ekspert Sonq Yun Li “Skay Nyus”a açıqlamasında deyib. “Putin Şimali Koreyadan döyüş sursatı, tank əleyhinə artilleriya mərmiləri və ola bilsin işçi qüvvəsi, yəni Rusiya ilə Ukrayna arasındakı sərhəd bölgəsində yerləşdiriləcək Şimali Koreya əsgərlərini istəyir”, – Li … Read more

Ermənistan ordusunun əsgəri öldürülüb

Indir 2023 09 13T091247.365

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aleks Sureni Avanesyan sentyabrın 12-də saat 19:50 radələrində aldığı güllə yarasından ölüb. “Qərb Xəbər” bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

MN: Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması məlumatı tamamilə yalandır

Mn

Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə olunub.

Ağstafa rayonunun 3 kəndində icmalarla görüş keçirilib

Logo

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi ,Azərbaycan  Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Qazax, Ağstafa və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində vətəndaş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsini həyata keçirir. Layihə çərçivəsində bu günlərdə Ağstafa rayonun üç icmasında-Poylu, Qıraq Kəsəmən və Aşağı Kəsəmən icmalarında icma üzvləri arasında təlim keçirilib. … Read more