bolgeninsesi
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da başa çatacaq. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə … Read more
Prezident antiterror tədbirlərinin məqsədlərini açıqladı
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib. “Qərb Xəbər” bildirir ki, bu barədə … Read more
Separatçılar gizlədir, real vəziyyət isə budur: Ordumuz…
Erməni mənbələr antiterror tədbirlərinin getdiyi ərazilərdəki vəziyyəti gizlətməyə, “döyüşdükləri”, “müqavimət” göstərdikləri görüntüsü yaratmağa çalışır. Lakin separatçıların ayrı-ayrı məlumatlarını analiz edəndə real vəziyyət ortaya çıxır: – Onların “təmas xətti” dedikləri, ordumuzun yarıb keçdiyi ərazilərdə qalan terrorçu dəstələrlə Xankəndidəki qondarma rejim arasında koordinasiya itib; – Elektrik problemləri olduğu üçün hərbi müstəvidə təmaslar yaratmaq problemləri də var; – … Read more
Tovuzda avtomobil yanıb
Tovuz rayonunun Düz Qırıqlı kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. FHN-dən “Qərb Xəbər”ə verilən xəbərə görə, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir
Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir. Bu barədə“Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib”, – nazirlik qeyd edib.
ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. “Qərb Xəbər” bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə … Read more
Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar. “Qərb xəbər” “AZƏRTAC” a istinadən xəbər verir. Biz – Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti … Read more
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO
Sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Bu barədə “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mətbuat Şurası: “Media lokal antiterror tədbirləri ilə bağlı məqamlara həssas yanaşmalıdır”
“Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir. Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər”. “Qərb Xəbər” bildirir ki, bu barədə Mətbuat Şurasının müraciətində qeyd olunub. Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində antiterror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, fikirlər səslənməkdədi. Belə hallar əvvəllər, xüsusən 44 … Read more
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti atəş nöqtələri məhv edilib – VİDEO
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektlər bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Bu barədə “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənilərin törətdiyi terror aktı nəticəsində həlak olan AAYDA əməkdaşlarının fotosu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan əməkdaşlarının fotolarını yayıb. “Qərb Xəbər” onların fotosunu təqdim edir. Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan … Read more
Ermənilərin Xocavənddə törətdiyi terror aktı nəticəsində həlak olan polislərin fotoları
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan və Füzulidə yol qəzasında həyatını itirən polislərin fotoları yayılıb. “Qərb Xəbər” həmin fotoları təqdim edir. Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan … Read more
Türkiyənin ordu generalı: “Qardaş ölkə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”
“Qardaş ölkə Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”. “Qərb Xəbər” bildirir ki, bunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə telefon danışığı zamanı deyib. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal … Read more
Rusiya XİN Ermənistan və Azərbaycana çağırış edib
Rusiya Federasiyası Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içərisindədir. “Qərb Xəbər” bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Mariya Zaxarova tərəfləri diplomatik nizamlanmaya çağırıb. O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağdakı vəziyyəti nəzərə alaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir: “Rusiya o mövqedən … Read more
Ermənistan silahlı qüvvələri birləşmələrinin döyüş vasitələri məhv edilir – VİDEO
Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir. Bu barədə “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tevanyan: Azərbaycan ancaq hərbi hədəfləri vurur
“Qərb Xəbər” bildirir ki, bunu “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan deyib. “Onlar (Azərbaycan Ordusu – red.) yalnız “müdafiə ordusunun” mövqelərini bombalayırlar”, – o bildirib. Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan … Read more
“Qarabağdakı qadın, uşaq və qocalara lazımi yardımlar göstəriləcək” – RƏSMİ
Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. “Qərb Xəbər” ə məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar … Read more
XİN: “Erməni silahlı qüvvələri Qarabağdan qeyd-şərtsiz çıxarılmalı, qondarma rejim buraxılmalıdır”
“Erməni silahlı qüvvələri Qarabağdan qeyd-şərtsiz çıxarılmalı, qondarma rejim buraxılmalıdır”. “Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanatında qeyd olunub. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı … Read more