Xankəndidə partlayış: 20 ölü, 290 yaralı
Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində çənin partlaması nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumat yenilənib. “Qərb Xəbər” bildirir ki, rus sülhməramlılarının tibb mərkəzi də daxil olmaqla, 3 tibb müəssisəsinə ümumilikdə müxtəlif xəsarətlərlə 290 nəfər gətirilib. 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlarla şəxs ağır vəziyyətdədir, 13 meyitin isə şəxsiyyəti tanınmayıb və morqa yerləşdirilib. İtkin düşənlərin olduğu bildirilir.