Ermənilərin “milli qəhrəman”ı da saxlanıldı
Separatçı rejimə məxsus “müdafiə ordusu”nun daha bir “general”ı da həbs edilib. “Qərb Xəbər” bildirir ki, Qarabağda “milli qəhrəman”, “general-leytenant” Arşavir Qaramyan da “Laçın” SBM-də saxlanılıb. Məlumata görə, o, Qarabağdan Ermənistana gedərkən sərhədçilərimiz tərəfindən dayandırılıb. Qeyd edək ki, indiyə kimi DSX bu barədə hər hansı məlumat açıqlamayıb.