Qida zənciri – sadəcə diyetik yemək deyil, düzgün ardıcıllıqdır…-Elnur Nemətovun yazısı

Elnur nemətov 4

İnsan çox vaxt düşünür ki, pəhrizdə əsas məsələ yalnız “diyetik” adlanan məhsulları yeməkdir. Guya şəkərsiz yoqurt, quru çörək, diyetik batonlar, salatlar ,peçenye və s yesək çəki azalacaq. Amma əslində bu, ən böyük yanlışlardan biridir. Cünki qida zənciri deyilən bir anlayış var ki, onsuz hecnə alınmayacaq! Bəs nədir bu qida zənciri? Qida zənciri – bizim bədənimizin … Read more

İlham Əliyev Marta Kosu qəbul edib

Eliyev qebul

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa Birliyinim Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Qerbxeber.com xəbər verir ki, Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Qonaq deyib ki, Avropa Birliyi regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə … Read more

Neft ucuzlaşsa Rusiya-Ukrayna münaqişəsi tez bitə bilər-Tramp

Trump Tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində onu məyus etdiyini vurğulayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. “Birləşmiş Ştatlar yeddi müharibəni nizamlayaraq həll edib. Prezident Putinlə münasibətimə görə bunun (Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutur – red.) ən asan variant … Read more

AİH Məhkəməsinin qərarı: Koçaryan və Ohanyan cinayətkar kimi tanındı

Kocaryan ve ohanyan

“Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu gün dərc olunan qərarı erməni cəmiyyətinin illərdir söylədiklərini təsdiqlədi: 2008-ci il 1 mart hadisələri zamanı dövlət öz vətəndaşlarının yaşamaq hüququnu pozub”. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib. Partiya sədri bildirib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini … Read more

Tromblara,qəfil ölümlərə qarşı təbii çözüm-Alman həkim açıqladı

Sarıkok zencefil

Qəfil ölümlərin əsas səbəblərindən biri tromboz, tromb qopmasıdır. Qerbxeber.com“Medicina” -ya istinadən xəbər verir ki, alman həkim nevroloq, professor Klaus Rixter 35 illk təcrübəsinə əsaslanaraq, qəfil tromb səbəbindən insanların niyə öldüyünü və bundan necə qorunmağın yollarını açıqlayıb. Tromb damarlarda illərlə formalaşır, heç bir siqnal, əlamət vermir. Sonra birdən ani olaraq qopur, ürəyə, beyinə gedir və insulta … Read more

Tovuzda bu gün ikinci meyit tapıldı

Teleqraf.com1411032963thumb meyid

Tovuzda su arxında kişi meyiti aşkarlanıb. Qerbxeber.com “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Əyyblu kəndində qeydə alınıb. Belə ki, 55 yaşlı Elxan Kərim oğlu Məmmədovun meyiti su arxından tapılıb. Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb edilib. Xatırladaq ki, bu gün səhər saatlarında rayonun Qalaboyun kəndində 17 yaşlı yeniyetmənin meyiti tapılmışdır.

Trampın şərəfinə 47 metrlik ziyafət masası

47 m süfre

ABŞ Prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra Böyük Britaniyaya ikinci səfəri səmimi görüntülərlə yadda qalıb. Qerbxeber.com Publika.az-a istinadla xəbər verir ki, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun qonağı olan Trampa dəyərli hədiyyələr təqdim edilib. Ən diqqətçəkən məqamlardan biri isə Tramp ailəsi üçün Vindzor sarayında qurulan, uzunluğu 47 metrdən çox olan dəbdəbəli şam yeməyi masası … Read more

Von der Lyayen: Aİ ABŞ-dən asılılığa son qoymalıdır

Ursula von der leyen 170723

Avropa İttifaqı ABŞ-dan asılılığını azaltmalıdır. Qerbxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib. O, ABŞ-ın yüksək tariflərinin Avropa İttifaqını öz əlaqələrini şaxələndirməyə məcbur etdiyini bildirib. Von der Leyen bu il Hindistanla ticarət razılaşmasının imzalanacağını və Baş nazir Narendra Modinin bu məsələyə sadiq olduğu vurğulayıb. “Biz Cənubi Afrika, Malayziya, Birləşmir Ərəb Əmirlikləri … Read more

Paşinyandan II Qaraginlə əlaqədar tapşırıq

PaŞİnyan qaragİn

Ermənistan Baş naziri Nikol Paşinyanın kilsəni daxildən dağıtmaq qərarına gəlib.  Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Nikol Paşinyan kilsəyə və katolikos II Qareginə qarşı mübarizə taktikasını dəyişib. Açıq kampaniya ilə katolikosun istefasına nail ola bilməyən baş nazir kilsəni daxildən dağıtmaq qərarına gəlib. Məlumata görə, hökumət rəsmiləri arasında cihad başlayıb”, – məlumatda bildirilib. Nəşr yazıb ki, … Read more

Tovuzun dağ kəndində yeniyetmə müəmmalı halda öldü

ölen yeniyetmə

Tovuzda evdən yeniyetmə oğlanın meyiti tapılıb. Qerbxeber.com -un “Unikal”a istinadən məlumatına görə, hadisə rayonun Kirən kənd inzibati ərazi dairəsinin tabeliyində olan Qalaboyun kəndində baş verib. Belə ki, kənd sakini olan 2008-ci il təvəllüdlü İsmət Qismət oğlu Nağıyevin ailə üzvüləri yaşadığı evin həyətində olan çardağın altından meyitini tapıblar. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. … Read more

Kraliça və Birinci xanımdan Rusiyaya mesaj

Kamilla melaniya

Londonda səfərdə olan ABŞ Prezidenti Donald Trampın şərəfinə təşkil olunan ziyafətdə iki ölkənin birinci xanımlarının geyimi diqqət çəkib. Qerbxeber.com xəbər verir ki, ziyafət zamanı Kral III Çarlzın xanımı Kamilla göy, Trampın həyat yoldaşı Melaniya Tramp isə sarı rəngdə paltar geyinib. Analitiklər bunu ABŞ və Britaniyanın Ukraynaya birgə dəstəyi kimi xarakterizə ediblər.

Aİ genişlənmə üzrə Komissarı Ağdama gedəcək

Marta kos

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Marta Kos Azərbaycana gəlib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Komissar Marta Kosun  proqramında Ağdama səfər nəzərdə tutulub. Marta Kos Ağdamda minatəmizləmə işləri ilə tanış olacaq. Eyni zamanda, Marta Kos azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumatlandırılacaq. Qeyd edək ki, Aİ komissarının səfəri Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir … Read more

Braziliya prezidenti: Tramp özünü dünya imperatoru kimi aparmamalıdır

Brazilya prezidenti

“ABŞ prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməli və digər ölkələrlə sivil dialoq aparmalıdır”. Bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva BBC-yə müsahibəsində deyib. “Mənim Trampla münasibətim yoxdur. Çünki Tramp ilk dəfə seçiləndə prezident deyildim. Onun Braziliya ilə deyil, (2019-2022-ci illərdə Braziliya prezidenti olmuş Jair) Bolsonaro ilə münasibəti var”, – o … Read more

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

20250917 234110

Sentyabrın 18-i müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günüdür. Qerbxeber.com xəbər verir ki, bu gün Üzeyir Hacıbəylinin 140 illik yubileyidir. Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Qarabağın Ağcabədi kəndində dünyaya göz açıb. Atası Əbdülhüseyin Hacıbəyov kənd mirzəsi, anası Şirinbəyim xanım … Read more

“Fənərbaxça” xal itirdi

Fenerbahcealanyasporjpg 3afsqbsaoeopvlhviypp6w

Türkiyə Super Liqasında təxirə salınmış I və III turların oyunları keçirilib. Qerbxeber.com xəbər verir ki, “Fənərbaxça” öz meydanında “Alanyaspor”u qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Başakşəhər” səfərdə “Karagümrük”ü 1:0 hesabı ilə məğlub edib. Digər matçda isə “Samsunspor” “Kasımpaşa” ilə qolsuz heç-heçəyə razı olub – 0:0.

Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq

Britaniya

Böyük Britaniyanın baş naziri Kir Starmer bu həftə sonu ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərindən sonra Fələstini dövlət kimi tanıyacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Məlumatda həmçinin qeyd olunur ki, Starmer, bu bəyanatı Trampın gedişinə qədər təxirə salıb. Çünki əks halda bu məsələ cümə axşamı Çekersdə iki siyasətçinin … Read more

Rusiya qüvvələri bu kəndə daxil oldu

Rusiya tankları

Rusiya qüvvələri Aleksandro-Kalinovski istiqamətində – Konstantinovka yaxınlığında döyüşür, artıq Pleşeyevka kəndinə daxil olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Valeri Gerasimov deyib. O bildirib ki, Rusiya qüvvələri bir neçə istiqamətində irəliləyir.

UEFA Çempionlar Liqası: Daha 6 qarşılaşma baş tutub

718. Uefa Empionlar Liqas

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda daha 6 qarşılaşma baş tutub. Qerbxeber.com xəbər verir ki, “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “İnter”lə üz-üzə gəlib. “Liverpul” “Atletiko”nu qəbul edib, “Çelsi” səfərdə “Bavariya”nın qonağı olub. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda “Atalanta” ilə qarşılaşıb. UEFA Çempionlar Liqası Liqa mərhələsi I tur “Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) … Read more

Azərbaycan Prezidenti “Qarabağ” FK-nu təbrik etdi

Qarabag fk

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunu təbrik edib. Bu barədə Azərbaycan dövlət başçsının “X” hesabında paylaşım edilib. “Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər … Read more

İlham Əliyev ABŞ Prezidentinə təşəkkür etdi

Tramp aliyev

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Qerbxeber.com xəbər verir ki, dövlət başçısı bu barədə “X”də yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”,-Azərbaycan Prezidenti qeyd edib. Dövlət … Read more