Ceyhun Bayramov Annalena Berbokla görüşdü – FOTO

Ceyhun berbok 1 900x600

Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlər iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək

Images 2024 02 28T140748.545

“Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək”. Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Sədr bildirib ki, 10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq … Read more

Von der Leyen: Rusiyanın dondurulmuş pulu ilə Ukraynaya silah almağın vaxtıdır

65def9bcdf9cc65def9bcdf9cd170911174065def9bcdf9ca65def9bcdf9cb

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi təchizat almaq üçün istifadə etməyi nəzərdən keçirməlidir. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Avropa Parlamentində çıxışında bildirib: “Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən Ukraynaya hərbi texnika almaq üçün istifadə etmək barədə söhbətə başlamağın vaxtıdır. Ukraynanı … Read more

Ermənistan MTX Laçında azan Azərbaycan hərbçisinin saxlanıldığını təsdiqləyib

65deef5d4c74065deef5d4c741170910908565deef5d4c73e65deef5d4c73f

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanılması barədə məlumatı təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib. Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd … Read more

Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb

65dee96ad8d0765dee96ad8d08170910756265dee96ad8d0565dee96ad8d06

Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. … Read more

​​​​​​​Qəzzada İsrail ordusunun itkiləri 580 nəfəri ötüb

Israil ordusu

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 582 nəfərə çatıb. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Qeyd edək ki, ötən gün Qəzza zolağının şimalında İsrailin daha iki hərbi qulluqçusu həlak olub. Bildirilib ki, yeddi hərbi qulluqçu isə ağır yaralanıb.

Qazax-Tovuz bölgəsi erkən nigahda öndədir:-Taliyə İbrahimova

65ded9025873a65ded9025873b170910336265ded9025873865ded90258739

2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Qerbxeber.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Taliyə İbrahimova, həmçinin qeyd … Read more

Su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb

Umayra tagiyeva

Azərbaycanda su ilə bağlı vahid məlumat bazasına 313 su anbarlarından məlumat daxil olmaqdadır. Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. Umayra Tağıyeva bildirib ki, … Read more

Məhkəmənin vaxtı açıqlandı: İrəvanın Bakıya qarşı 4 iddiası

Indir 2024 02 28T093738.091

Ermənistanın Azərbaycana qarşı iddiası çərçivəsində apreldə BMT-nin Beynəlxalq Məhkəməsində dinləmələr keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında Ermənistanın beynəlxalq məhkəmələrdəki nümayəndəsi Yegişe Kirakosyan deyib. O bildirib ki, Ermənistandan əvvəl Azərbaycanın iddiasına baxılacaq. Hər iki müzakirə aprelin 15-dən 26-dək keçiriləcək. Onun sözlərinə görə, Ermənistan BMT məhkəməsinə Azərbaycanın “kütləvi pozuntularına dair” yeni sübutlar təqdim edib. … Read more

Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür

Indir 2024 02 28T084810.858

Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür. Qerbxeber.com xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid … Read more

Dövlət Departamenti: ABŞ hər iki dövləti uzunmüddətli razılaşma əldə etməyə çağırır

65de715fc703565de715fc7036170907683165de715fc703365de715fc7034

ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib. Miller Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bunları deyib: “Heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılaşma əldə etməyə təşviq etməyə davam edirik”, … Read more

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Ceyhunn

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tovuzda qətl törədib, fermanı yandırmağa görə tutulan şəxsin məhkəməsi başlayır

Məhkəme

Tovuzda qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Qerbxeber.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib. Cinayət işinə hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 12-nə təyin edilib. Qeyd edək ki, hadisə Tovuz rayonu Aşağı Öysüzlü kəndinin “Ağ dağ” deyilən ərazidə yerləşən … Read more

Ermənistanda hərbçi yoldaşını pulemyotla güllələyən şəxs saxlanılıb

65dde68416fea65dde68416feb170904128465dde68416fe865dde68416fe9

Erməni əsgərinin öldürülməsində şübhəli bilinən hərbçi saxlanılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, 24 fevral tarixində saat 17:55 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan naməlum şəraitdə ölüb. Bununla bağlı cinayət işi başlanılıb və Zakaryanı qətlə yetirməkdə şübhəli bilinən digər hərbçi saxlanılıb. İlkin … Read more

Ölkəyə xaricdən pul köçürmələri 33% azalıb

Indir 2024 02 27T155056.487

2024-cü ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 166.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 41.4 milyon manata bərabər olub. Qerbxeber.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar ayına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 33.3% … Read more

Əhliman Əmiraslanov: Bədxassəli şişlərin əmələ gəlməsinin 35-40 faizi qidalanma ilə bağlıdır

Indir 2024 02 27T154510.313

Əhali arasında xəstəliklərin əmələ gəlməsində qidalanmanın böyük rolu var. Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında Komitə sədri Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsinin də 35-40 faizi qidalanma ilə bağlıdır.

“Qarabağ”ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olub

Qarabag

Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub. Qerbxeber.com xəbər verir ki, “Qarabağ” bu göstəricidə ilk 50 komanda arasında yer alıb. Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq 10 milyon 482 min avro gəlir əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb. “Qarabağ”ın 1/8 finaldakı rəqibi “Bayer” 13 milyon … Read more

Qazaxıstan Orta Dəhliz ilə bağlı Dünya Bankına müraciət edib

65dd8d5fcb45665dd8d5fcb457170901846365dd8d5fcb45465dd8d5fcb455

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün uzunmüddətli strategiyanın hazırlanması məsələsi ilə bağlı Dünya Bankına müraciət edib. Qerbxeber.com xəbər verir ki, bu müraciəti Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional … Read more