Mart ayının ilk gününün havası AÇIQLANDI

Mart ayının 1-də Azərbaycanda havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 774 … Read more

AP-dən Bakıya qarşı iki qətnamə: Sanksiya tələb edildi!

Avropa

Avropa Parlamenti xarici, eləcə də AB-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib. Onların hər biri Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsini və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılmasını tələb edir. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Mülki Müqavilə” parlament fraksiyasının katibi Artur Ovannisyan sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib … Read more

Ukrayna SQ Rusiya ordusunun itkilərini açıqlayıb

Rusiya ukrayna

Rusiya Silahlı Qüvvələri 2022-ci ilin 24 fevralından etibarən Ukrayna ərazisində başladığı genişmiqyaslı hücumlar zamanı 413 760 nəfər hərbçi itirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir. Baş Qərargahın bu gün təqdim etdiyi məlumata əsasən, yuxarıda qeyd olunan rəqəmə Rusiya ordusunun ötən sutka ərzində həlak olan 1150 nəfər hərbçisi … Read more

Nazir: Sentyabrda 1000 azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik

Emin

2024-cü ilin ən vacib xəbəri Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq. Qerbxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib. “Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq”, – o əlavə edib. Nazir il üçün ikinci böyük təşəbbüs … Read more

Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağırılacaq

Ermənistan hökuməti aprelin 1-dən iyunun 28-dək ehtiyatda olan hərbçilər üçün təlim toplanışları elan edib. Qerbxeber.com xəbər verir ki, bu barədə qərar Ermənistan hökuməti bu gün keçirilən iclasında qərar qəbul edib. Qərara əsasən, təlimdə ehtiyatda olan ordunun birinci qrupunun birinci və ikinci kateqoriyaları üzrə sıravi hərbi qulluqçular, gizirlər və ehtiyatda olan zabitlər iştirak edəcəklər. Təlim-məşq toplanışında … Read more

Ukraynada Rusiyanın daha bir Su-34 qırıcısı vurulub

Indir 2024 02 29T113618.062

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) Rusiyaya məxsus daha bir Su-34 qırıcı-bombardmançı təyyarəni vurub. Qerbxeber.com “The Kyiv İndependent”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin “Telegram” kanalındakı paylaşımında bildirilib. Qeyd olunub ki, təyyarə fevralın 29-da yerli vaxtla 01:00 radələrində ölkənin şərqində vurulub. Ukrayna KİV-nin məlumatına görə, Rusiya son 10 gün ərzində 7 ədəd Su-34 qırıcısı … Read more

SN: Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq

65e02beaca36d65e02beaca36e170919012265e02beaca36b65e02beaca36c

Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir. Qerbxeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib. Onun sözlərinə görə, elektron resept reseptlərin … Read more

Şagirdlərə köməkçi vasitələrin dövlət hesabına verilməsi təklif edilib

65dfa1a22bdc765dfa1a22bdc8170915472265dfa1a22bdc565dfa1a22bdc6

“Sagirdlərə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə birlikdə məhz dövlət hesabına verilməsi məqsədəmüvafiqdir”. Qerbxeber.com xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Ombudsman qeyd edib ki, tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına verilir. Bununla … Read more

Xaricdə sülhməramlı əməliyyatda həlak olan Azərbaycan hərbçilərinə şəhid statusu verilməsini təklif edir

65df9f2ed0ad965df9f2ed0ada170915409465df9f2ed0ad765df9f2ed0ad8

Ombudsman Azərbaycan Respublikasının sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olmuş və ya ölmüş elan edilmiş hərbi qulluqçulara şəhid statusu verilməsini təklif edir. Qerbxeber.com xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini … Read more

Ombudsman “Alternativ xidmət haqqında” qanun hazırlanmasını təklif edib

Indir 2024 02 29T112011.555

“Alternativ xidmət haqqında” qanunun hazırlanaraq qəbul olunması təklif edilir. Qerbxeber.com xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilib ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla … Read more

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan əsgəri Ermənistanda uydurma ittihamlarla həbs edilib

65e0267f737e165e0267f737e2170918873565e0267f737dd65e0267f737df

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb. Qerbxeber.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbçi Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları … Read more

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində danışıqları bu gün davam etdirəcək

65e01be09512665e01be095127170918601665e01be09512465e01be095125

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək. Qerbxeber.com xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb. Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni … Read more

HƏMAS və İsrail Qəzzaya yardımın çatdırılması üçün prinsipial razılığa gəlib

65dfe619d844365dfe619d8444170917224965dfe619d844165dfe619d8442

Fələstinin Həmas hərəkatı və İsrail Qəzza zolağına humanitar yardımın daşınması ilə bağlı prinsipial razılığa gəlib. “Hərəkatla İsrail arasında Qəzzaya [humanitar] yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub”, – Fələstin hərəkatı rəhbərliyinin nümayəndəsi bildirib. Qerbxeber.com xəbər verir ki, HƏMAS nümayəndəsi münaqişə tərəfləri arasında bu məsələ ilə bağlı razılaşmaların təfərrüatlarını açıqlamayıb.

Azərbaycan Avropa Şurasından tamamilə çıxa bilər – Prezident

Indir 2024 02 29T091300.352

“Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”. Qerbxeber.com xəbər verir ki, bu barədə fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib: “Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini … Read more

Zaxarova: Qərbdən maliyyələşən QHT-lər postsovet ölkələrində sabitliyi pozur

Maria zakharova mariya zaxarova

Qərbdən maliyyələşən qeyri-hökumət təşkilatları (QHT) postsovet ölkələrində sabitliyi pozur və Rusiya ətrafında “qeyri-sabitlik kəməri” yaradır. Qerbxeber.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Russofillər Hərəkatının ikinci qurultayında çıxışı zamanı deyib.Video Telegram kanalında yayımlanıb. “Qərb hər il Rusiyada və digər postsovet ölkələrində QHT və medianın fəaliyyətini maliyyələşdirmək üçün … Read more

Azərbaycanda ilk dəfə Xankəndi – Bakı ultra marafonu start götürüb

Indir 2024 02 29T084657.021

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi – Bakı ultra marafonu başlayıb. “Qərb Xəbər”in məlumatına görə, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul … Read more

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür-Annalena Berbok

Berboki

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür. Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin … Read more

Böyük Britaniya səfiri Qazaxda

British ambasador

Bu gün  Böyük Britaniya və Şimali İrlandiyanın  Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld  Qazax rayonuna səfər edib. Qerbxeber.com  bildirir ki,səfər çərçivəsində Birləşmiş Krallığın Səfiri ilə Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində görüş keçirilib. Görüşdə ADA Universitetinin prorektoru doktor Fariz İsmailzadə, Qazax Mərkəzinin magistr tələbələri, Bir Müəllimin Manifesti ixtisasartırma proqramının məzunları,Bakı Dövlət … Read more

Xarici işlər nazirlərinin görüşü üçtərəfli formatda davam edir

Gorus ucterefli 900x600

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir. Qerbxeber.com xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda davam edir.