Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb – FAKTİKİ HAVA

8a92b9f8 897a 368e af99 1b7228feb699

Mayın 15-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Qerbxeber.com Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə 26 mm, Naxçıvanda … Read more

Blinken: “Konqres Rusiyanın aktivlərini müsadirə etmək hüququ verib, bundan istifadə edəcəyik”

Antoni Blinken

Konqres bizə Rusiyanın ABŞ-dakı aktivlərini müsadirə etmək səlahiyyəti verib və bundan istifadə etmək niyyətindəyik. Qerbxeber.com “CNN“ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəməlidir. Blinken bildirib ki, ABŞ dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı digər G7 ölkələri ilə müzakirələr aparır. “G7 milyardlarla dolların … Read more

İsveç Ukraynaya qoşun göndərmək məsələsini nəzərdən keçirə bilər

6643d799dbcf16643d799dbcf217157221376643d799dbcee6643d799dbcef

İsveç hazırda Ukraynaya hərbi personal göndərmək fikrində deyil, lakin NATO üzvü olan ölkələr bu məsələdə razılığa gələrsə, bunu nəzərdən keçirə bilər. Qerbxeber.com “Breaking Defence” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson jurnalistlərə bildirib. “Anladığım qədərilə bu ilin əvvəlində Paris sammitində görüşən ölkələr arasında bununla bağlı (Ukraynaya hərbi personal göndərmək – … Read more

Blinken: “Ukraynaya hərbi yardımın verilməsində gecikmələr qəbuledilməzdir”

Indir 2024 05 14T112621.397

Qərb ölkələri başa düşürlər ki, Ukraynaya hərbi yardımın verilməsində gecikmələr qəbuledilməzdir. Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Kiyev Politexnik İnstitutunda çıxış edərkən deyib. “Bu gün biz sizinləyik. Ukraynanın təhlükəsizliyi, suverenliyi və öz yolunu seçmək imkanı təmin olunana qədər sizinlə olacağıq. Biz bilirik ki, çətin zamanlardır. Amma biz onu da … Read more

Dövlət Departamenti: Gürcüstan hökuməti öz kursunu dəyişməlidir

Abş dövlət departamenti

ABŞ Dövlət Departamenti hesab edir ki, Gürcüstan hökuməti öz kursunu dəyişməlidir. Qerbxeber.com xəbər verir ki, bunu qurumun mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib. “Biz Gürcüstanla 30 ildən çoxdur mövcud olan münasibətlərimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk və bu əməkdaşlığı dərinləşdirmək istəyirik. Əməkdaşlıq üçün hələ də vaxt var. Lakin bizim fikrimizcə Gürcüstan hökuməti hazırkı kursunu … Read more

Putin hökumətin yeni tərkibini təsdiqləyib

Putin

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası hökumətinin yeni tərkibini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, müvafiq fərman Kremlin saytında dərc olunub. Kremlin sözçüsü Dmitri Peskovun “TASS” agentliyinə verdiyi məlumata görə, Vladimir Putin mayın 14-də axşam Nazirlər Kabinetinin yeni tərkibi ilə görüş keçirəcək.

Zurabişvili “xarici təsir” haqqında qanun layihəsinə veto qoyacağını təsdiqləyib

Zura

Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici təsir” qanun layihəsinə veto qoyacağını bir daha təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, Zurabişvili bunu CNN-ə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Gürcüstan üçün həlledici məqamdır. Prezident polisin Tbilisidə “xarici təsir” qanununa etiraz edən nümayişçilərə müdaxiləsini “rus metodu” adlandırıb.

Avropalı deputatlar Tbilisidə keçirilən aksiyada iştirak ediblər

B7d977551912ab24b5fa52ddfd3d1bde

Tbilisidə səfərdə olan Finlandiya, Almaniya, Litva və Çexiya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri parlament binası qarşısında keçirilən aksiyada iştirak ediblər. Qerbxeber.com xəbər verir ki, Rustaveli prospektinə gələn komitə sədrləri “Xarici təsirin şəffaflığı haqqında” qanununa etiraz edən aksiya iştirakçılarına dəstəklərini ifadə ediblər. Bundestaqın xarici əlaqələr komitəsinin sədri Mixael Rot mitinqdə çıxışı zamanı hakim “Gürcü Arzusu” partiyasını … Read more

ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər

D95d1450750a94e15974a2ce8ab83234

ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər. Qerbxeber.com xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək. … Read more

Rusiya Xarkovda yaşayış binasına zərbələr endirib

Ukrain

Rusiya Xarkovda hündürmərtəbəli yaşayış binasına zərbələr endirib. Qerbxeber.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli binaya və yaxınlıqdakı əraziyə zərbələr nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Növbəti köç karvanı Şuşa şəhəri olub

66437628e724966437628e724a171569719266437628e724766437628e7248

Mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qerbxeber.com verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 136 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət … Read more

Gürcüstandan istiqamətindən sərhədi pozmağa cəhd edən 36 nəfər saxlanılıb

66437440d9f5a66437440d9f5b171569670466437440d9f5766437440d9f59

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qerbxeber.com verilən xəbərə görə, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan … Read more

Ukrayna Ali Radasının sədri Türkiyəyə gedib, həmkarı ilə görüşüb

66433ccd070c166433ccd070c2171568250966433ccd070bf66433ccd070c0

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Türkiyəyə səfər gəlib. Qerbxeber.com verdiyi xəbərə görə, bu barədə məlumatı, o, “X” sosial şəbəkəsindəki hesabında paylaşıb. Stefançuk bu səfərin ölkəsi üçün əhəmiyyətli olduğunu, türkiyəli həmkarı Numan Kurtulmuşla parlamentlərarası əməkdaşlıq, Dostluq Qrupunun fəaliyyəti, iki ölkə parlamentlərinin komitələri arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərini qeyd edib. O, həmçinin, Türkiyəyə Ukrayna regionlarının yenidən … Read more

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək

Indir 2024 05 14T144859.793

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşəcək. Qerbxeber.com xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyan arasında görüş mayın 16-da Cenevrədə keçiriləcək. Görüş mayın 15-18-də parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutacaq. Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü … Read more

Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib

66430e4265da466430e4265da5171567059466430e4265da266430e4265da3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qerbxeber.com xəbər verir ki, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma … Read more

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb – VİDEO

664329553c9c2664329553c9c31715677525664329553c9c0664329553c9c1

Gürcüstan parlamentinin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatları arasında dava düşüb. Qerbxeber.com xəbər verir ki, gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib. Sessiya hazırda davam edir. Qeyd edək ki, bu gün … Read more

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

664302007775b664302007775c17156674566643020077758664302007775a

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qerbxeber.com xəbər verir ki, İan Borq Azərbaycan Prezidenti ilə bu il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını dedi. O, Maltanın … Read more

Putinin Çinə səfər tarixi bilinib

220719145356 putin iran arrival

Rusiya Prezidenti Vladimir Putin Çinə gedəcək. Qerbxeber.com TASS-a istinadən xəbərinə görə, 16-17 may tarixlərində reallaşacaq səfər çərçivəsində Kreml rəhbəri Si Cinpinlə danışıqlar aparacaq. Onun həmçinin paytaxtla yanaşı, Harbin şəhərinə də gedəcəyi, səfərin yekunlarına dair bir sıra sənədlərin imzalanacağı nəzərdə tutulur.

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir

9251675a 14f1 3d15 bafa 65e0a7ac4aa9

Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir. Qerbxeber.com xəbər verir ki, qurultayda təşkilatın nizamnaməsinə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq. Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Həmçinin forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq.

Ermənistandakı etiraz aksiyalarında həbs olunanlar var

6642f9e6df6096642f9e6df60a17156653826642f9e6df6066642f9e6df608

Səhər saatlarından Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları başlayıb. Qerbxeber.com “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, “Vətən Uğrunda Tavuş” hərəkatının fəalları İrəvanın Abovyan küçəsində toplaşaraq, mərkəzə doğru hərəkət ediblər. Polis onların qarşısını kəsdikdən sonra həbslərə başlayıb. Bu saata olan məlumata görə, aksiyanın 7 nəfər iştirakçısı saxlanılaraq, naməlum istiqamətə aparılıb.