Kanada Ukraynaya HHM vasitələrinin alınması təşəbbüsünə 56 milyon dollar sərf edəcək

Hava huc.Mudafie

Kanada Almaniyanın Ukrayna üçün hava hücumundan müdafiə sistemləri almaq təşəbbüsü üçün təxminən 76 milyon Kanada dolları (55,7 milyon dollar) ayıracaq. Qerbxeber.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Kanadnın müdafiə naziri Bill Bler almaniyalı həmkarı Boris Pistoriusla keçirdiyi mətbuat konfransında bildirib. “Kanada Almaniyanın Ukrayna üçün hava hücumundan müdafiə təşəbbüsünə 76 milyon Kanada dolları verəcək”, – … Read more

Bayramov və Mirzoyan bu gün görüşəcək

Ceyhun mirzoyan

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. Qerbxeber.com bildirir ki, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq. Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.

Paşinyan Rusiyaya getdi

Pasinyan masin 900x506

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib.  Qerbxeber.com xəbər verir ki, mayın 8-də Paşinyanın sədrliyi ilə Moskvada Avrasiya İqtisadi İttifaqının sessiyası keçiriləcək. Səfər çərçivəsində baş nazirlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş nəzərdə tutulub. Qeyd edək ki, Paşinyan ötən gün mətbuata açıqlamasında Rusiya prezidenti ilə görüş zamanı bir çox məsələlərin müzakirə ediləcəyini bildirib.

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi  səfərə gəlib

Aliyev radev

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rəsmi qarşılanma mərasimindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevlə, Bolqarıstan Prezidenti Rumen Radev arasında təkbətək görüş keçirilib. Daha sonra, Nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub. Prezidentlər … Read more

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

663a0ba46f9c3663a0ba46f9c41715080100663a0ba46f9c1663a0ba46f9c2

Ukraynanın əks-kəşfiyyatı və Dövlət Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Prezidenti Vladimir Zelenski və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinə qarşı sui-qəsdi hazırlayan agent şəbəkəsini ifşa edib. Qerbxeber.com “Ukrinform“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılanlar arasında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki də var. Qeyd olunub ki, bu … Read more

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər

663a0557d3899663a0557d389a1715078487663a0557d3897663a0557d3898

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfansında bildirib. Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini … Read more

NATO Baş katibi Belarusun müxalifət liderini qəbul edib

6639fe121ed1a6639fe121ed1b17150766266639fe121ed186639fe121ed19

NATO Baş katibi Yens Stoltenberq Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. “Baş katib Yens Stoltenberq Şimali Atlantika Şurasında çıxış edən belaruslu Svetlana Tixanovskayanı NATO qərargahında salamladı. Baş katib onun demokratiya və insan haqları müdafiəsində göstərdiyi cəsarət və liderliyini yüksək qiymətləndirdiyini vurğuladı”. Qeyd olunub … Read more

ADY 9 may tarixinə Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin edib – CƏDVƏL

6639f67d90f416639f67d90f4217150746856639f67d90f3f6639f67d90f40

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. ADY-dən Qerbxeber.com verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri 9 may tarixinə və həftəsonu günlərinə təyin edir. Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz. Foto

Azərbaycan-Slovakiya sənədləri imzalanıb

6639fd8e22ad86639fd8e22ad917150764936639fd8e22ad66639fd8e22ad7

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Qerbxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzaladılar. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri … Read more

ABŞ səfiri Rusiyanı tərk edib

6639e25b6b26b6639e25b6b26c17150695316639e25b6b2696639e25b6b26a

ABŞ səfiri Linn Treysi müəyyən müddətə Rusiyanı tərk edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, Vladimir Putinin inaqurasiya mərasiminə qeyri-dost ölkələrin nümayəndələrinin dəvət olunmasını Moskvanın protokola riayət etməsinin “müəyyən siqnalı” adlandırıb. Qeyd edək ki, dünən Fransa səfiri Pyer Levinin Putinin andiçmə mərasiminə qatılacağı haqqında məlumat yayılıb.

Almaniya haker hücumuna etiraz olaraq Rusiyadakı səfirini geri çağırıb

Indir 2024 05 07T124238.968

Almaniya bazar ertəsi kansler Olaf Şolzun partiyasına haker hücumundan sonra Rusiyadakı səfirini Berlində məsləhətləşmələr üçün geri çağırdığını bildirib. Almaniya keçən həftə Rusiya hərbi agentlərini Şolzun Sosial Demokrat Partiyasına, digər həssas hökumət və sənaye obyektlərinə müdaxilə etməkdə ittiham edib. Berlin Rusiyanın kiber-casusluğunun nəticələrinin olacağı barədə xəbərdarlıq edən NATO və digər Avropa ölkələrinə qoşulub. Berlin Xarici İşlər … Read more

ABŞ səfiri Şuşaya səfər edib

Indir 2024 05 07T123938.978

Mayın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidməti məlumat yayıb. “Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, … Read more

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir

6638de9f23def6638de9f23df017150030396638de9f23ded6638de9f23dee

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir. Qerbxeber.com xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda … Read more

Hərbi qulluqçunun vəzifələri artırılır

Mm bina

Hərbi qulluqçunun vəzifələri artırılır. Qerbxeber.com xəbərinə, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda … Read more

Ermənistan Qazaxla sərhəddə minaları zərərsizləşdirilib

Mina partlayish

Bu gün saat 12:00-da Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) partlayış işləri aparılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Partlayış işləri kəndin minalardan təmizlənməsi məqsədilə həyata keçiriləcək. Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası … Read more

Mayın 12-də Azərbaycan dili imtahanı keçiriləcək

Indir 2024 05 07T112248.360

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. DİM-dən  Qerbxeber.com verilən xəbərə görə, mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin … Read more

ŞUŞA- RUHUMUZUN ŞƏHƏRİ -Bəxtiyar Hidayətlə tariximizin izində 2-ci yazı

Indir 2024 05 06T092304.009

  Əvvəli “Qərb Xəbər”in  “Yazarlar” bölümündə: Gəlin,əvvəlcə bu Ar(t)sak məsələsinə diqqət yetirək. Çox qəribə haldır, qədim coğraiyada iki Arsak adlı yer olub. Biri ermənilərin dediyi Ar(t)sak, biri də indiki İranın Rey şəhəri. Bəs nədər ermənilər bu barədə heç nə yazmayıblar? Olmaya İrandan qorxurlar deyə? Oysa Türkiyədən daha çox qorxurlar və hətta konstitusiyalarında belə Türkiyəyə ərazi … Read more

Şolts: Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin 90%-ni Ukrayna üçün istifadə etməyə razılaşıb

663998d51369b663998d51369c1715050709663998d513699663998d51369a

Avropa İttifaqının (Aİ) üzvləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-nin Ukraynanın hərbi ehtiyacları üçün istifadə edilməsi ilə bağlı konsensusa gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts mayın 6-da Latviyada Baltikyanı ölkələrin hökumət başçıları ilə birgə mətbuat konfransında bildirib. “Yeri gəlmişkən, biz Avropada konsensusumuz var ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan … Read more

Rusiya hökuməti bu gün istefa verəcək

66397e7af36f066397e7af36f1171504396266397e7af36ee66397e7af36ef

Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti bu gün dövlət başçısı Vladimir Putinin andiçmə mərasimindən sonra istefa verəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə “Russia Today” məlumat yayıb. Bildirilib ki, inauqurasiyadan dərhal sonra hazırkı Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam veriləcək.

Rusiya XİN: Ukraynada F16-ları nüvə daşıyıcısı kimi qəbul edəcəyik

Rusya xin

Rusiya F-16 təyyarələrinin Ukraynada peyda olmasını onların modifikasiyasından asılı olmayaraq nüvə silahının daşıyıcıları kimi qəbul edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Yaxın vaxtlarda Amerika istehsalı olan çoxfunksiyalı F-16 təyyarələrinin Ukrayna hərbi əməliyyatlar teatrında görünəcəyi gözlənilir. Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, biz bu təyyarələrin ikili təchizatlı platformalara – … Read more