Gürcüstanda “xarici təsir” haqqında qanununun qəbulu Aİ Şurasının iclasında müzakirə olunacaq

66561da5e24c466561da5e24c5171691971766561da5e24c166561da5e24c2

Gürcüstanda “xarici təsir” haqqında qanununun qəbulu Avropa İttifaqı Şurasının iclasında müzakirə olunacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel X hesabında bildirib. “Avropa İttifaqı Şurası dekabr ayında Gürcüstanın müvafiq addımlar atdığını və lazımi demokratik islahatları həyata keçirdiyini nəzərə alaraq, Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul etdi. Parlamentdə şəffaflıq qanununun qəbulu … Read more

Qazaxın azad edilən 4 kəndində bərpa işlərinə başlanılacaq

Indir 2024 05 28T090349.644

Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı nəzərdə tutulan proqram Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən və Azərbaycana yeni qaytarılan 4 kəndində də həyata keçirilə bilər. Qerbxeber.com xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. “Mən tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, … Read more

KİV: Ukrayna Belçika ilə təhlükəsizlik sazişi imzalayacaq

66551e275c57666551e275c577171685431166551e275c57466551e275c575

Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə axşamı Belçikaya qısa səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Belçikanın “Belqa” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna lideri ölkənin baş naziri Aleksandr de Kroo ilə təhlükəsizlik sazişi imzalayacaq və Belçika Kralı Filip tərəfindən qəbul ediləcək. Səfər zamanı Belçikanın Ukraynanı F-16 qırıcı təyyarələri ilə təmin etmək planları və … Read more

BMT-nin baş katibi İsrailin Rəfaha hücumunu pisləyib

6654f85ac69ca6654f85ac69cb17168446346654f85ac69c86654f85ac69c9

BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində onlarla fələstinlinin ölümünə səbəb olan çadır düşərgəsinə endirdiyi zərbəni pisləyib və zorakılığın dayandırılmasını istəyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Baş katib X hesabında bildirib. “Mən bu ölümcül münaqişədə sadəcə sığınacaq axtaran çoxlu sayda günahsız mülki insanın ölümü ilə nəticələnən İsrailin hərəkətlərini qınayıram. … Read more

Moskvaya dron hücumu olub

War drone savaş sihası pua

Moskva vilayətinə dron hücumu olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri Moskva vilayətində kiçik bir hava şarını məhv edib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov saat 21:00 radələrində Balaşixadakı Kuçino mikrorayonunda hava hücumundan müdafiə sisteminin PUA-nı vurduğunu açıqlayıb. PUA-nın hissələri şəxsi evin üzərinə düşüb. Evdəkilər … Read more

İspaniya 3 il ərzində Ukraynaya 5 mlrd. avro hərbi yardım verəcək

6654900b4e4796654900b4e47a17168179316654900b4e4776654900b4e478

İspaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “X” hesabında bildirib. “Bu gün Madriddə Baş nazir Sançezlə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzaladıq. İspaniya bu il Ukraynaya 1 milyard avro, üç il ərzində isə 5 milyard avro hərbi yardım verəcək. Humanitar … Read more

Belarus Rusiya ilə birgə hərbi təlimlərə başlayıb

66548f8700dfa66548f8700dfb171681779966548f8700df866548f8700df9

Belarus Rusiya ilə müştərək hərbi təlimlərə başlayıb. Qerbxeber.com TASS-a istinadən xəbərinə görə, manevrlərdə əsas məqsəd dövlət əhəmiyyətli və hərbi xarakterli obyektlərin hava hücumundan müdafiəsinin təmin edilməsi üzrə tapşırıqların icrasıdır. Belarusun Müdafiə Nazirlyindən manevrlərin mayın 31-dək davam edəcək

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Indir 2024 05 28T083020.646

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. Qerbxeber.com məlumatına görə, 106 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: … Read more

İbrahim Nəbioğlu: QAZAĞA” GEDİN, “QAZAXA” YOX

İbrahim nebioglu

“Qazağa gedirik” deyirik minillərdir. Kim “Qazaxa” deyirsə bilin ki, bilmədən deyir. Bilərək deyənlər isə… Yazılı ədəbiyyatın Qazaxda doğulmuş ən böyük nümayəndələri – Vidadi, Vaqif, Kazım ağa Salik, Əbdürrəhman ağa Dilbazi oğlu, Hacırəhim ağa Vahidi, Abbas ağa Nazir, Şahniyar ağa Rançur, Hacıkərim Sanılı, Abdulla bəy Divanbəyoğlu, Mədinə xanım Qiyasbəyli, Əhməd Seyidov, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Səməd … Read more

Gürcüstanın Borçalı bölgəsini sel basdı

4454033

 Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə yağan güclü yağış səbəbindən Marneuli, Bolnisi, Tetritskaro və Dmanisi rayonlarda bir çox ərazilər subasmaya məruz qalıb. Qerbxeber.com  xəbər verir ki, Marneulinin Kirəç Muğanlı kəndində yerləşən hərbi-kazarma, bir neçə yaşayış evi, əkin sahəsi, kafe və obyektlər sel suları altında qalıb. “24 new.ge”nin məlumatına əsasən, hazırda kazarma ərazisində helikopterlə təxliyə işləri aparılır. … Read more

Qazaxda yağışdan sonra Ağstafa çay daşib

Photo 5375549053443627446 y

Son günlər yağan yağışlardan sonra Qazaxda çaylar daşıb,bəzi kəndlərin ərazisini sel suları basıb. Qerbxeber.com -un məlumatına görə, Xram çayının daşması nəticəsində rayonun İknci Şıxlı kəndində bir neçə kafe , torpaq sahələri suyun alıtnda qalıb. Həmçinin 25 may gecədən səhərə yağan leysan yağışından sonra Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çay daşib.Nəticədə Qazax mal bazarının ərazisini … Read more

Bu gün Gürcüstanda – Müstəqillik Günü qeyd edilir

6bcfd925d09c15583ca76b448da2162e

Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur. Qerbxeber.com xatırladır ki, 106 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Gürcüstan dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib. Qeyd edək … Read more

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Dim

Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən Qerbxeber.com-a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil edilir. İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış … Read more

Qəzzada ölənlərin sayı 36 minə çatıb

Quds

İsraillə son toqquşma başlayandan bəri Qəzzada mülki vətəndaşların ümumi sayı artaraq 35 min 900 nəfərə çatıb. Qerbxeber.com məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. “İsrailin oktyabrın 7-dən Qəzza zolağında davam edən təcavüzündə ölü sayı 35 903-ə, yaralılar isə 80 420-ə çatıb”, – hesabatda deyilir. Departamentin məlumatına görə, son 24 saat ərzində 46 nəfər … Read more

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik – ABŞ Prezidenti

1716627767 1716626301 co bayden

“Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir”. Qerbxeber.com  xəbər verir ki, bunu ABŞ Prezidenti Bayden Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazıb. “Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə … Read more

Zelenski Rusiya ilə atəşkəsdən imtina etdi

Ukrainian President Zelensky's address to the residents of Ukrainian cities

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiyini bildirib. Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Zelenskinin fikrincə, Rusiya belə xəbərlərdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər. Xatırladaq ki, mayın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının bərpasının zəruri olduğunu bildirmişdi.

İlham Əliyev əfv sərəncamı imzaladı

Serencam boyuk

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb Qerbxeber.com xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər: 1.1. Abbasov Ceyhun Məcid oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 19 aprel tarixli … Read more

Dövlət Departamenti: Parlamentin Zurabişvilinin vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq

Abş dövlət departamenti

Gürcüstan parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsir” qanununa vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Amerikanın səsi”nə açıqlamasında bildirib. O, qeyd edib ki, belə bir addımın atılması Gürcüstanın Avropa ölkələri ilə münasibətlərinə, həmçinin ölkənin Avro-Atlantik istəklərinə təsir edəcək. Qeyd edək ki, parlamentin … Read more

ABŞ Gürcüstanla əlaqələrə yenidən baxmağa başlayıb

66502c299a2a666502c299a2a7171653021766502c299a2a466502c299a2a5

ABŞ “Xarici təsir” qanununun qəbul edilməsinə cavab olaraq Gürcüstanla əlaqələrinin hərtərəfli şəkildə nəzərdən keçirməyə başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilib. “Mən bu gün ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli şəkildə nəzərdən keçirilməsini başladıram. Biz Gürcüstan liderlərinin qanun layihəsini yenidən nəzərdən keçirəcəyinə və öz xalqının demokratik və … Read more