Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək

665d88f57cb24665d88f57cb2517174059419981d33a83e31948bee6a0b610b40dc3

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, tərəflər hər il bakalavriat proqramları … Read more

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Yagıslı hava

Azərbaycanın rayonlarında iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bu barədə Qerbxeber.com Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Ünvanlı dövlət sosial yardımı alanların sayı açıqlanıb

Indir 2024 06 03T180156.328

Bu günə olan məlumata görə, 270 minə yaxın şəxs ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Qerbxeber.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün keçirilən brifinqdə deyib. “Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilməkdə davam etdirilir”, – deyə o qeyd edib.

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul, fəlsəfə doktoru imtahanları keçiriləcək

Dim

İyunun 9-da doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Qerbxeber.com verilən xəbərə görə, imtahanlar iki mərhələdə keçirilir. İştirakçılar birinci mərhələdə (iyunun 9-da) test tapşırıqlarının cavablandırılması və yazı bloku (esse və vizual məlumatın yazılı təsviri) üzrə, ikinci mərhələdə isə (11-15 iyun tarixlərində) danışıq bloku üzrə imtahanlarda iştirak … Read more

Ünvanlı sosial yardıma müraciət sadələşdirilir

Indir 2024 06 03T103119.691

Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub. Bu barədə Qerbxeber.com nazirlikdən məlumat verilib. Qeyd olunub ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq: Ailə üzvlərinin – pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, … Read more

Tovuzda minik maşını Kürdə batıb, ölənlər var

Images 2024 06 03T091218.279

Tovuzda bədbəxt hadisə baş verib. Qerbxeber.com məlumatına görə, hadisə Hunalılar kəndində qeydə alınıb. Belə ki hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub. Hazırda onların axtarışları … Read more

Türkiyədə illik inflyasiya 74,9%-ə çata bilər

Stock photo calculator standing on and turkish lira or tl banknotes

Türkiyədə illik inflyasiya may ayında təxminən 75 faizə çata bilər ki, bu da son 18 ayın ən yüksək göstəricisidir. Qerbxeber.com xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazıb. Türkiyə Statistika İnstitutunun rəsmi məlumatına görə, bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da ölkədə may ayı üçün illik inflyasiya ilə bağlı təqdimat keçirilməsi planlaşdırılır. Hökumət nümayəndələri, o … Read more

Suriya MN: İsrailin Hələbə endirdiyi zərbələr nəticəsində bir neçə nəfər ölüb

665d035782003665d0357820041717371735665d035782001665d035782002

İsrail ordusunun Hələb şəhərinin kənarına endirdiyi zərbələr nəticəsində bir neçə nəfər həlak olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb. Bundan öncə Suriyanın “Sham FM” radiostansiyası İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Suriyanın Hələb yaxınlığındakı hərbi mövqelərə raket zərbələri endirdiyinə dair məlumat yayıb.

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ecovelofest” keçirilib

665cb5d5207aa665cb5d5207ab1717351893665cb5d5207a8665cb5d5207a9

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti, Azerbaijan Cycling Federation, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Bank Respublika və “Bookzone” kitab evinin dəstəyi ilə Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ecovelofest” keçirilib. Qerbxeber.com xəbər verir ki, yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, … Read more

Ukrayna MN: Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib

665cad9c3cc32665cad9c3cc331717349788665cad9c3cc30665cad9c3cc31 (1)

Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar həcmində yardım edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində yaponiyalı həmkarı Minoru Kihara ilə görüşündən sonra bildirib. “2022-ci ilin fevral ayından Yaponiya Ukraynaya humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsini əhatə edən 7 milyard dollardan çox … Read more

“Hizbullah” İsrailin şimalına 50-dən çox raket atıb

665ca44da80b2665ca44da80b31717347405665ca44da80b0665ca44da80b1

“Hizbullah” təşkilatı İsrailin şimalında yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb. Məlumata görə, təşkilat üzvləri reaktiv yaylım atəş sistemlərindən istifadə edərək İsrail ərazisinə 50-dən çox raket atıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Gədəbəydə minik maşını körpüdən aşıb, xəsarət alanlar var

Qəzadd (1)

Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com məlumatına görə, hadisə rayonun Düzyurd kəndinin girişində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı 1 ailənin 3 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 39 yaşlı Elbəyi Cəfərov, 29 yaşlı Aysel Cəfərova və ailəni 5 yaşlı övladı Kamil Cəfərovdur. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

665c72735b4ed665c72735b4ee1717334643665c72735b4eb665c72735b4ec

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib. Bu barədə Qerbxeber.com  Energetika Nazirıiyindən bildirilib. İclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar “OPEC plus” ölkələrində … Read more

Qəzzada 36,4 mindən çox fələstinli həlak olub

Israil partlayis

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 36,4 mindən çox fələstinli ölüb, 82,6 minə yaxını isə yaralanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi bu barədə öz Telegram kanalında məlumat yayıb. Departamentin xülasəsində belə deyilir: “Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzadakı əməliyyatları nəticəsində qurbanları sayı 36 439 … Read more

BU gündən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

Dim dovlet imtahan merkezi 110417 (1)

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan 20 şəhər və rayonda təşkil olunub. Dövlət İmtahan Mərkəzindən Qerbxeber.com verilən məlumata görə, iyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə … Read more

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib

D73c2d81 2ca7 3d9b ab68 79e3c2686451

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib. Qerbxeber.com xəbərinə görə, bununla bağlı fərman “Resmi Qezete”də dərc olunub. Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də … Read more

Ötən ay sərhəd rеjim qaydalarını pоzduqlarına görə 809 nəfər saxlanılıb

Dsx lacin

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin may ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qerbxeber.com  verilən xəbərə görə may ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 126 nəfər saxlanılıb, оnların 83-ü Azərbaycan, 30-u Pakistan, 5-i İraq, 3-ü İran, … Read more

Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Indir 2024 06 01T111750.326

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Qerbxeber.com xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. … Read more

Şəmkirdə iki nəfəri ildırım vuraraq öldürüb

Bd082f24 3369 3a25 91a7 3c904611e2f4

Şəmkirdə iki nəfəri  ildırım vuraraq öldürüb. Qerbxeber.com məlumatına görə, Şəmkir rayon Zəyəm və Yeni Həyat kənd sakinləri D.Qurbanova və 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub. İldırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.  

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Fb3e4991 d29f 3ac8 bba9 e4e45cfb6cb0

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real” klubu ilə Almaniya təmsilçisi “Borussiya” üz-üzə gələcək. Qerbxeber.com məlumatına görə, oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq. Turnirin ən titullu klubu “Real”dır. Komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışının finalında … Read more