Tovuzda dəm qazından zəhərlənmə

Dem qazı

Tovuz rayon Əbulbəyli kəndində ana və övladı dəm qazından zəhərlənib. Qerbxeber.com “Report”a istinadla xəbər verir ki,, 1982-ci il təvəllüdlü Ü.İsmayılova və övladı 2011-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Müstəqilliyin bərpasından 33 il keçir

18 oktyabr musteqillik

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 33 il keçir. Qerbxeber.com xatırladır ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin … Read more

Gəncədə yaşayış binasında partlayış olub-ÖLƏNLƏR VAR

Gəncədə partlayış

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar  Fövqalədə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Qerbxeber.com xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı … Read more

Küləkli hava ilə əlaqədar sarı və narıcı xəbərdarlıq

Külek

Azərbaycanda oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, … Read more

Gəncədə güclü yağış ciddi fəsadlar törətdi

Gence yagish

Gəncə şəhər Məhsəti qəsəbəsində yağış suları küçələrə dolub, yollarda hərəkət çətinləşib. Qerbxeber.com“Report”-a istinadən xəbər verir ki, gecə saatlarında yağan güclü yağış Gəncə şəhərində bəzi küçələrdə fəsadlar törədib. Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəyə yağış suları dolub. Avtomobil və piyadaların hərəkətində çətinliklər yaranıb. Şəhər ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub

A3a25c5d 7f81 3df5 b434 fd232602d19a

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Malatya vilayətində qeydə alınıb. Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib. Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə “X” hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.

Azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsait məlum olub

Indir (26)

2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət … Read more

Gürcüstanda parlament seçkilərini rekord sayda beynəlxalq müşahidəçi izləyəcək

A2a5653e4e1cf6e5da7cdabe63700b8b

Oktyabrın 15-nə olan məlumata görə, parlament seçkilərini müşahidə etmək üçün 64 beynəlxalq təşkilatı qeydiyyata alınıb. Qerbxeber.com xəbər verir ki, bu da 2008-ci ildən bəri keçirilən bütün parlament seçkilərinin göstəricilərini üstələyib. Statistikaya görə, 2020-ci ildə parlament seçkilərini 48, 2016-cı ildə 55, 2012-ci ildə 61, 2008-ci ildə isə 62 beynəlxalq təşkilat müşahidə edib. Beynəlxalq müşahidə təşkilatlarının qeydiyyatı … Read more

“3+3” platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək

26457555f85963b73da7fae7f4c57bfc

“3+3” regional platformasının növbəti – üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib. O bildirib ki, iclasa Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq. Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci … Read more

Tovuzda dönərdən zəhərlənənlərin vəziyyəti açıqlanıb

670f5a47f2950670f5a47f29511729059399670f5a47f294e670f5a47f294f

Oktyabrın 14-15-də müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: “Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb”.

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fhn

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Qerbxeber.com nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, … Read more

Tovuzda zəhərlənməyə səbəb olan dönərxana bağlandı-AQTA-nın məlumatı

Doner

Tovuz rayonunun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat yayılıb. Məlumatda qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz … Read more

Tovuzda da dönərdən zəhərlənmə oldu

Doner

Tovuz rayonunda kütləvi zəhərlənmə olub. Qerbxeber.com  ” Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir. Zəhərlənən şəxslər bunlardır: Qovlar şəhər sakinləri 2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova; 1995-ci il təvəllüdlü Maarif Arif oğlu … Read more

Putin COP29-a gələcəkmi?

220719145356 putin iran arrival

Vladimir Putinin bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakı ilə bağlı hələlik qərar qəbul edilməyib. Qerbxeber.com xəbər verir ki. bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Buna baxmayaraq, Peskov vurğulayıb ki, prezidentin şəxsən gedib-getməməsindən asılı olmayaraq, Rusiya mütləq tədbirdə təmsil olunacaq. Qeyd edək ki, onlarla ölkənin liderləri Bakıda keçiriləcək tədbirdə birbaşa iştirak edəcəyini … Read more

“Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır” – Simonyan

Alen simonyan

Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib. Qerbxeber.com-Erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib. Simonyan bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb. “Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən … Read more

Aİ İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

Images (7)

Aİ xarici işlər nazirləri bu gün İrana Rusiyaya Ukraynada istifadə üçün ballistik raketlər tədarükünə görə sanksiyalar tətbiq ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb. İranın “Rusiyaya raket tədarükünə” cavab olaraq 7 fiziki şəxs və 7 qurum sanksiya tətbiq edilib. Üç İran aviaşirkəti – “Iran Air”, “Mahan Air” və “Saha”ya da … Read more

NATO 2000 hərbçi və 60 təyyarəsi ilə meydan oxudu

Nato qosunlar 900x600

NATO nüvə təlimlərinə start verib. Qerbxeber.com xəbər verir ki, təlimlərdə ümumilikdə 2000 hərbçi və 60 fərqli tip təyyarə iştirak edir. Əsasən Belçika, Niderland, Danimark, Britaniyada keçirilən təlimə nüvə başlıqları daşıyan reaktiv təyyarələr də cəlb edilib. NATO baş katibi Mark Rütte bildirib ki, bu, alyansın bütün rəqiblərinə öz müttəfiqlərini qoruyacağı ilə bağlı dəqiq siqnaldır.   Mənbə:Globalinfo.az

Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib – VİDEO

670ce8c38b9c6670ce8c38b9c71728899267670ce8c38b9c4670ce8c38b9c5

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib. Qerbxeber.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin … Read more

Qazaxda mina partladı- YARALI var

Mina

Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 14 oktyabr tarixində mina hadisəsi baş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. … Read more