Tovuzda anbarda yanğın olub

Yanginsonduren

Tovuzda soyuducu anbarda yanğın olub. Qerbxeber.com bildirir ki,Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 850 m² olan soyuducu anbarın içərisində 1 ədəd soyutma qurğusu, 5 paq.m elektrik kabeli və şüşə-pambıq üzlük 9 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ABŞ Konqresi işinə başladı

1666689832 1666688794 1545031021 KONGRESI

ABŞ-da yanvarın 3-də işə başlayan ikipalatalı qanunverici orqan olan Konqresə seçkilər 2024-cü ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda baş tutub. Respublikaçılar Partiyası hər iki palataya nəzarət edəcək. Senatda Respublikaçılar 100 yerdən 53 yerə sahibdirlər, yəni bu,əksər qanunları irəli sürmək üçün lazım olan 60 səsdən azdır. Respublikaçıların cüzi çoxluğa sahib olduğu Nümayəndələr Palatasında Demokratlar 215, … Read more

Uşaqlar arasında virus-Səhiyyə Nazirliyindən xəbərdarlıq

Uşaq qızdırma

Hər il olduğu kimi, bu ildə mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. Qerbxeber.com xəbər verir ki, bunu APA-ya Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib. Onun sözlərinə görə, əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz … Read more

Zelenski rus dilində müsahibə vermədiyinin səbəblərini açıqladı

Zelenski yeni

“Mən Rusiya Prezidenti Vladimir Putinə bizim bir xalq olduğumuzu və eyni dildə danışdığımızı yenidən bəyan etməyə icazə vermək istəmirəm”. Qerbxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski bloqqer və podkaster Leks Fridmana müsahibəsində deyib. O bildirib ki, Rusiya liderinə və xalqına hörmət etmir. Müsahibə üç saatdan çox davam edib. Söhbət ingilis, ukrayna və … Read more

Ukrayna cəbhədə rusları şoka salır

Rem

Ukrayna ordusu Kurskda hücum zamanı Rusiya dronlarına qarşı yeni radioelektron mübarizə vasitələri (REM) tətbiq edir. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya hərbi Teleqram kanalları məlumat yayıb. “Rusiyalı hərbçilər REM-in tətbiqindən şikayət edirlər. Çünki yeni sistem çox güclü və keyfiyyətli işləyir və dronların görüntülərini pozur”, – məlumatda qeyd olunub. Hətta Ukrayna texnikasını vurmaq istəyən dronların … Read more

Ukrayna ordusu Kurskda genişşiqyaslı hücuma başlayıb

Ukrayna ordusu

Ukrayna ordusu Sucanın şimal-şərqində – Bolşoye Soldatskoye istiqamətində hücuma keçib. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxinə istinadla məlumat yayıb. “Düşmənin Sucadan Bolşoye Soldatskoye istiqamətində hücumu başlayıb, baxmayaraq ki, bu istiqaməti düşmən üçün ən çətin hesab edirdik. Hücumda düşmən minatəmizləmə trallarından, tanklardan və digər … Read more

Qazaxda narkotik satan şəxslər saxlanılıb

Qazax polis sobesi

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlərlə narkokuryerlik edən 33 yaşlı Müsabi Piriyevi saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com-a verilən məlumata görə, onun üzərindən 2 kiloqram marixuana aşkarlanıb. Eyni zamanda, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əhmədov da saxlanılıb. Onun üzərindən … Read more

Ukrayna dronları Rusiyanın 5 bölgəsinə gecə boyu hücüm edib

War drone savaş sihası pua

4 yanvar gecəsi Ukrayna dronları Rusiyanın müxtəlif bölgələrinə hücum təşkil edib. Qerbxeber.com Musavat.com -a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri ümumilikdə 16 dronu məhv edib: 10 dron Bryansk vilayətində, 3-ü Smolensk vilayətində, 1-i Belqorodda, 1-i Leninqradda, və 1-i Pskovda zərərsizləşdirilib. Leninqrad vilayətinin rəhbəri isə iki ayrı dron hücumunun baş verdiyini bildirib. … Read more

Almaniya, Fransa və Polşa Gürcüstan hökumətinə yeni seçkilərlə bağılı çağırış edib

Almanya, fransa, polşa bayraq

“Gürcüstan rəsmilərini yeni seçkilərin keçirilməsi imkanlarını nəzərdən keçirməyə çağırırıq”. Qerbxeber.com   Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə “Veymar üçbucağı”nın Fransa, Almaniya və Polşanın xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub. Bəyanatda Gürcüstan rəsmilərini mövcud vəziyyətin həlli yolunu tapmaq və Gürcüstan demokratiyasına ictimai etimadı bərpa etmək üçün bütün müvafiq aktorlarla milli dialoq aparmağa çağırılır. … Read more

Ukrayna Rusiya qazının Avropa İttifaqına tranzitini dayandırıb

Qaz xetti

Ukrayna hökuməti yanvarın 1-i səhər saatlarında Rusiya qazının Avropa İttifaqına tranzitinin dayandırıldığını rəsmən elan edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, milli təhlükəsizlik maraqları baxımından səhər saat 07:00-da Rusiya təbii qazının Ukrayna ərazisinə nəqli dayandırılıb. Ukrayna bu barədə öz xarici tərəfdaşlarını müəyyən edilmiş qaydada məlumatlandırıb. Bundan əlavə, Ukraynanın energetika … Read more

Polşa Avropa İttifaqı Şurasının sədri seçilib

Polsha ai

Polşa növbəti altı ay ərzində Avropa İttifaqı Şurasının sədri seçilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Polşa Avropa İttifaqının həm şərqdə, həm də cənubda genişlənməsinin tempini və keyfiyyətini təmin edəcək. Qeyd edək ki, Polşa Avropa İttifaqı Şurasına sədrliyi Macarıstandan götürüb.

Ferdi Tayfur vəfat etdi-Sevənlərini yasa boğdu

802177563e630565bc484ef6d4b9b75e

Türkiyənin tanınmış sənətçisi Ferdi Tayfur uzun müddətdir müalicə aldığı Antalyadakı Medical Park Xəstəxanasında 79 yaşında dünyasını dəyişib.  Qerbxeber.com  Türkiyə mediasına istinadən xəbər verir ki, sənət dünyasını dərindən sarsıdan ölüm xəbərinin ardınca ustad sənətkarın vəsiyyətinin təfərrüatları üzə çıxıb. Məlumata görə, ustad sənətçi öldükdən sonra mahnılarından heç bir müəlliflik haqqı alınmaması ilə bağlı vəsiyyət edib. “Həyatda olduğum … Read more

Rusiyanı nələr gözləyir-Budanov

Kirill budanov

Ukrayna üçün 2025-ci il 2024-cü ildən daha yaxşı olacaq. Çoxlu sayda yaxşı hadisələr mümkündür. Qerbxeber.com xəbər verir ki, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. “2025-ci illə bağlı çox nikbinəm. 2025-ci il mütləq bundan daha yaxşı olacaq. Bunun konkret səbəbləri var. Rusiya 2025-ci ilin ortalarına qədər, ölkənin maliyyə-iqtisadi sistemi ilə bağlı çox çətin qərarlar … Read more

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək

E94fcf27 628b 38a1 b87b 72d614c5b382

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək. “Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi … Read more

Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib

8bf6b848 01b6 394f 893d 21e4cc1f4441

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib. Bu barədə “Report” Tarif Şurasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib. Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər: Azərbaycan Dövlət … Read more

Dünya Azərbaycanlılarının həmrəylik günüdür

Azerbaycan bayraqi

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Qerbxeber.com xəbər verir ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. AXC-nin çağırışı və təşkilatçılığı ilə Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu … Read more

Rusiya məsələsi ört-basdır etmək istəyirdi-Prezident İlham Əliyev

Ilham əliyevvv

Füzelyajın dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxardı. Qerbxeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən və Qroznı səmasında hücuma məruz qalaraq zədələnən AZAL təyyarəsinin Akrau yaxınlığında qəzaya uğraması haqda danışarkən deyib. Dövlətmizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa … Read more

Prezident ekipaj üzvlərinə Milli qəhrəman adı verdi

Qehreman pilotlar

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsilə bağlı Sərəncam verib. Qerbxeber.com xəbər verir ki, Sərəncamda deyilir: “2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz … Read more

Daha bir təyyarə qəzası…

Koreya teyyare qezasi

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində çox saylı insan  ölüb. Qerbxeber.com  bildirir ki,  Axar.az bu barədə “Yonhap” agentliyinin məlumatına əsasən xəbər yayıb. “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 … Read more

Qəzada həlak olan ekipaj üzvləri ilə vida..

Ekipaj vida

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Qerbxeber.com  Axar.az -a istinadən xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra təyyarə qəzasında həlak … Read more