Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq
Misli Premyer Liqasında komanda sayı artırılacaq. Qerbxeber.com məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb. 2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.