Kadi Borqes “Qarabağ”a qayıdır

kadi

“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır. Qerbxeber.com Matc.az-a istinadla xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındı. Belə ki, sabiq futbolçu Kadi Borqes “Qarabağ”a qayıtmaq üzrədi. Ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vingerin “Qarabağ”la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil. Qeyd edək ki, … Read more

TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib

20d1e562804fa38c7e0367ed43395420

Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb. Qerbxeber.com bu barədə TANAP konsorsiuma istinadən xəbər verir. “Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü … Read more

“Azərbaycan Dəmir Yolları” sərnişin daşınmasını 15 %-ə yaxın artırıb

ady

Bu ilin yanvar ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 713 699 min sərnişin daşıyıb. Qerbxeber.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur. Son 1 ildə qatarla səyahət etmiş xarici turistlərin sayı isə 40,3 % artaraq 2 123 olub. Ötən ay bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5 355 … Read more

Rus əsgərlərinin toplu məzarlığı

Indir (43)

Qerbxeber.com internet kanallarına istinadən xəbər verir ki, Rusiya hərbçilərinin cəsədlərinin toplu məzarlıqlara basdırıldığı iddia edilən görüntülər yayılıb. Bildirilir ki, dəfn prosesi sənaye miqyasında aparılır. Cəsədlər böyük yük maşınları ilə daşınır və ekskavatorlarla qazılmış çuxurlara yerləşdirilir. Bu praktikanın həm ideoloji, həm də iqtisadi səbəblərlə əlaqəli olduğu iddia edilir: itkilərin miqyasını gizlətmək və ailələrə kompensasiya ödənişlərindən yayınmaq.

Çin ABŞ məhsullarına tarif tətbiq edib

67a1b28239b0f67a1b28239b10173865024267a1b28239b0d67a1b28239b0e

Çin ABŞ tarifinin qüvvəyə minməsindən qısa müddət sonra ABŞ məhsullarına 10%-dən 15%-ə qədər tariflər elan edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Çin Hökuməti bildirib. Məlumata görə, fevralın 10-dan etibarən Çin kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək. Çinin tarif … Read more

Tramp: Ukrayna hər şeyini ABŞ-a verməyə hazırdır

Kiyev (1)

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, o, Ukrayna ilə Amerika yardımı müqabilində nadir torpaq metallarının – elektronikanın və digər yeni texnologiyaların mühüm komponentinin tədarükü ilə bağlı danışıqlar aparmaq istəyir. Qerbxeber.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Biz Ukrayna ilə razılaşma haqqında düşünürük. Onlar bizim onlara verdiyimizi nadir torpaq metalları və digər əşyalarla … Read more

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

67a1ad4fa5a8e67a1ad4fa5a8f173864891167a1ad4fa5a8c67a1ad4fa5a8d

Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı … Read more

Qazaxda qumbara aşkar edilib – FOTO

67a1ac9fdc51067a1ac9fdc511173864873567a1ac9fdc50d67a1ac9fdc50e

Qazax şəhərində əl qumbarası aşkar edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. Məlumata görə, fevralın 3-də axşam radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib. … Read more

KİV: Şolts ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyi planlaşdırır

Dcf589fc 8592 3fe3 A488 338ddff6c53a 850

Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Tramp administrasiyasının Avropa İttifaqına (Aİ) qarşı rüsumlar tətbiq edəcəyi təqdirdə Vaşinqtona qarşı cavab rüsumlarına hazır olduğunu açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb. “Olaf Şolts Avropanın Trampın tətbiq etdiyi istənilən tarifə sərt reaksiya verəcəyini və alternativ ticarət yolları axtaracağını bildirib”, – məqalədə qeyd olunub. Almaniya … Read more

Trüdo: ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandırır

599fc300 804b 4b56 Aa1e C524832fa2bf 850

ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandıracaq. Qerbxeber.com xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo “X”də yazıb. “Təklif olunan tariflərin tətbiqi ən azı 30 gün müddətinə dayandırılacaq”, – Trüdo qeyd edib. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində qanunsuz miqrasiya və narkotik ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Meksika … Read more

Rusiya XİN Ukrayna ilə bağlı danışıqların şərtlərini açıqlayıb

3c0a3584 C1e8 3ca0 B00e A1f1d0eb3f9a 850

Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər. Qerbxeber.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib. O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll … Read more

KİV: Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib

24cd0e5a 4615 3b0b A3ef 89ea5c9214bc 850

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü artıq bərpa edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, tədarük ötən həftənin sonunda bərpa olunub. “Reuters”in əldə etdiyi məlumata görə, Tramp hakimiyyəti əvvəlcə Kiyevə silah tədarükünün tam dayandırılması imkanını nəzərdən keçirib. Qeyd olunur ki, Amerika administrasiyasında Ukraynaya silahların hansı həcmdə … Read more

Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır

Indir (42)

ABŞ Prezidenti Donald Tramp 24 saat ərzində ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr vurğulayır ki, UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərman İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində … Read more

Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

2f7da44f B80d 38bc Bf1d A811d5cf888c 850

Fransa Seneqaldan öz qoşunlarını çıxarmağa başlayıb. Qerbxeber.com “Senego” portalına istinadən məlumatına görə, “Mareşal”, “Sent-Ekzüperi” və “Kont-Admiral Prote” bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib. Portal öz mənbələrinə istinadən bildirir ki, fransız hərbi kontingenti sentyabr ayınadək Seneqalı tam şəkildə tərk etməlidir. Daha əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay bəyan etmişdi ki, ölkəsi xarici dövlətlərlə hərbi əməkdaşlığın yeni … Read more

Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək

22260530 9ed5 3992 89d6 95b4760a0a14 850

ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb. “USAID-in bir çox funksiyaları qalacaq. Lakin onlar ABŞ-nin xarici siyasətinə uyğunlaşdırılmalıdır”, – Rubio bildirib. Bundan əvvəl demokratlar və keçmiş diplomatlar USAID-in ləğvinə etirazlarını bildirərək, agentliyin bütün dünyada insanlara … Read more

Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik

Ukrayna

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Amerikalı lider deyib: “Biz Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik”. Eyni zamanda, Tramp ABŞ-nin yardımı müqabilində Ukraynadan nadir torpaq elementləri almaqda maraqlı olduğunu bildirib.

Meksika ABŞ ilə sərhədə qoşun göndərir

2aa0d6cb D8f6 3349 B7a0 Fc39ff53b6d9 850

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək. Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib. “Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, – Prezident bildirib. Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir. … Read more

Rutte: Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək

328275d2 8316 36ec 9a4a 35bbc2a4f186 850

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib. “NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox … Read more

Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

50df60d8 7f7b 3f9f 923b Dd5dd8958f7b 850

Misli Premyer Liqasında komanda sayı artırılacaq. Qerbxeber.com məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb. 2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb

ərdoğanq

Türkiyə – Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin təzahürüdür. Qərbxəbər.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. O bildirib ki, Türk dünyası böyük mütəfəkkir İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə böyük önəm verir. … Read more