Hadisə

Qazaxda qumbara aşkar edilib – FOTO

4 fevral / 10:05 1 dəq
67a1ac9fdc51067a1ac9fdc511173864873567a1ac9fdc50d67a1ac9fdc50e
4 fevral / 10:05
Burada sizin reklamınız ola bilər

Qazax şəhərində əl qumbarası aşkar edilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, fevralın 3-də axşam radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib. Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.

“Agentlik bir daha vətəndaşlara çağırış edərək bildirir ki, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat versinlər.

Unutmayın, partlamamış hərbi sursatlar da minalar qədər təhlükəli və ölümcüldür. Partlayıcı sursatlara yaxınlaşmayın, toxunmayın, onlara müdaxilə etməyə çalışmayın!”, məlumatda deyilir.

67a1ac9fe7a3e67a1ac9fe7a3f173864873567a1ac9fe7a3b67a1ac9fe7a3d67a1ac9fd104267a1ac9fd1043173864873567a1ac9fd104067a1ac9fd1041

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər