İsrail BMT-nin yardımına icazə verib
İsrail hökuməti çərşənbə axşamı BMT-nin 93 yardım maşınının Qəzzaya daxil olduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, bu haqda AFP mənbələrə istinadən məlumat yayıb.
Nə axtarırsınız?
İsrail hökuməti çərşənbə axşamı BMT-nin 93 yardım maşınının Qəzzaya daxil olduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, bu haqda AFP mənbələrə istinadən məlumat yayıb.
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib. “Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli … Read more
Ağstafada bıçaqlanma hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K. Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib. Qerbxeber.com xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. “Aİ 200-ə yaxın kölgə donanma gəmisini hədəf alan Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da toxunur. Rusiyaya qarşı daha … Read more
İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İranın müdafiə naziri ermənistanlı həmkarı Suren Papikyanın dəvəti ilə rəsmi səfər edib.
“Abzas Media” əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qerbxeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokurorun çıxışı Prokuror təqsirləndirilən Ülvi Həsənlinin 12, Sevinc Vaqifqızının (Abbasova) 11, Məhəmməd Kekalovun 11, Nərgiz Absalamovanın 11, Hafiz Babalının 12, Elnarə Qasımovanın 11, Fərid Mehralızadənin 12 … Read more
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qerbxeber.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu … Read more
Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindədirlər. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İttifaqın xarici işlər və müdafiə nazirlərinin görüşünə gələrkən bildirib. “Bu gün biz Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindəyik”, – o qeyd edib.
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edərək dövlətə xəyanətdə təqsirləndirilən İqbal Şahin oğlu Əbilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qerbxeber.com-un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, o, 18 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri … Read more
Cari ilin ilk 4 ayı ərzində Rusiya Federasiyası da daxil olmaqla 179 ölkənin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə 735 969 giriş qeydə alınıb. Qerbxeber.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Müvəqqəti yaşama və olma icazələri ilə bağlı qərarlar Bildirilib ki, həmin dövr ərzində Rusiya Federasiyası da daxil olmaqla … Read more
Havalar getdikcə isinməyə başlayır, yay artıq qapını döyür. Soyuq içkilər, açıq havada gəzintilər və yay meyvələri həyatımıza rəng qatır. Amma bir çox insanın ağlında belə bir sual yaranır: “Bu isti havalarda ət yemək olarmı”? Hətta belə qəti fikirlərlə də qarşılaşırıq: “Yayda ət yemək olmaz”, təzə ət zərərlidir”, “istidə balıq yeyilməz” Gəlin, bu mövzuda yaranan mifləri … Read more
Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında zəlzələ olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar mayın 20-də saat 10:11-də baş verib. “Episentr zonasında zəlzələnin gücü 4 bal olub. Bu, Şirak rayonunun Bavra, Sarağyuq və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub”, – deyə əlavə … Read more
Bu il ümumi təhsil müəssisələrində “Son zəng” iyunun 14-ü keçiriləcək. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır. Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkili məzmunlu ifadələr işlədilməməlidir. Təlimata əsasən “Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir.
İran ABŞ-la dolayı danışıqların beşinci raundu üçün təklif alıb. Qerbxeber.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. “Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq və bu, nəzərdən keçirilir”. Təklif olunan danışıqların məzmunu və vaxtı barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, İran-ABŞ danışıqlarının 4 raundu İtaliya və … Read more
Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır. Qerbxeber.com xəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib. “Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq”, – deyə M.Zeynallı açıqlayıb. Qeyd … Read more
Xüsusi Qabiliyyət Tələb Edən İxtisaslar üzrə Qeydiyyat Başlayır 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək təsviri sənət, musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinə aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq. … Read more
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 616 milyon 137 min dollar dəyərində 33 767 ədəd avtomobil idxal olunub. Bu barədə Qerbxeber.com-a Dövlət Gömrük Komitəsindən bildirilib. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21.3% və ya 5 929 ədəd, dəyəri isə 22.6% və ya 113.5 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 502 milyon 620 min dollar dəyərində 27 838 ədəd avtomobil idxal edilib. Qeyd edək ki, hesabat dövründə idxal olunan … Read more
Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Assambleyasının spikeri Alen Simonyan deyib. Simonyanın qeyd edib ki, tərəflər sülh prosesinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Siyasətçi jurnalistlərə bildirib ki, bu müzakirələr iki ölkənin dövlət başçıları və xarici işlər nazirlikləri səviyyəsində davam edə bilər. “Proseslər sülh müqaviləsinin … Read more
Yaponiya və ABŞ arasında gömrük rüsumları ilə bağlı üçüncü danışıqlar raundu mayın 23-də keçirilə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata görə, danışıqlarda Yaponiya tərəfini iqtisadiyyatın bərpası naziri Ryosey Akadzava təmsil edəcək. O, gömrük tarifləri və ticarət siyasəti üzrə Yaponiyanın ABŞ-la danışıqlarına rəhbərlik edir.