UEFA Konfrans Liqası: Finalçılara aydınlıq gələcək

UEFA

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Qerbxeber.com xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olacaq. “Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə üz-üzə gələcək. UEFA Konfrans Liqası Yarımfinal mərhələsi, cavab görüşləri 8 may 23:00. “Fiorentina” (İtaliya) – “Betis” (İspaniya) İlk oyun – 1:2. 23:00. “Çelsi” (İngiltərə) – “Yurqorden” … Read more

UEFA Avropa Liqası: Finalçılar məlum olacaq

Official uefa europa league logo 2F7FRTR

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək. Qerbxeber.com xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. “Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gələcək. “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olacaq. UEFA Avropa Liqası Yarımfinal mərhələsi, cavab görüşləri 8 may 23:00. “Budyo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) … Read more

Lahor şəhərində bir neçə partlayış olub

Indir 2025 05 08t085936.792

Hindistanla artan gərginlik fonunda Pakistanın Lahor şəhərində ard-arda güclü partlayış səsləri eşidilib. Qerbxeber.com xəbər verir ki, bu barədə “SAMAA TV” telekanalı məlumat yayıb. Hazırda polis partlayışların xarakterini müəyyənləşdirməyə çalışır. İlkin ehtimallara görə, partlayış səsləri Hindistana məxsus pilotsuz uçuş aparatının məhv edilməsi ilə bağlıdır.

Pentaqon: Çində 600-dən çox nüvə başlığı var

Indir 2025 05 08t085400.666

ABŞ Hərbi Hava Qüvvələrinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə rəis müavini Endryu Gebara bildirib ki, Çin Xalq Respublikası 600-dən çox nüvə başlığına malikdir. Qerbxeber.com xəbər verir ki, bu barədə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib. “Çin ABŞ müdafiəsi üçün əsas təhlükə olaraq qalır. O, nüvə qüvvələrinin genişləndirilməsi, modernləşdirilməsi … Read more

Bakıda Azərbaycanın vasitəçiliyi ilə iki ölkə arasında danışıqlar keçiriləcək

Indir 2025 05 08t084721.181

Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Qeyd edək ki, bir müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılm Lakin bu səfər regionda, xüsusilə Qəzza zolağında genişlənən hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb. … Read more

Yeni Roma Papası seçilməyib

681bb28a460fe681bb28a460ff1746645642681bb28a460fc681bb28a460fd

Vatikanda Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib. Qerbxeber.com xəbər verir ki, Sistina Kapellasının bacasından çıxan qara tüstü bunu təsdiqləyib. Bu o deməkdir ki, 133 kardinaldan ibarət Konklav üzvləri ilk səsvermə zamanı yekdil qərara gələ bilməyiblər və Papa seçkisi prosesi davam edəcək. Sabahdan etibarən və yeni Papa seçilənədək gündə maksimum dörd səsvermə keçiriləcək. Qeyd edək … Read more

Azərbaycanın iki güləşçisi Türkiyədə medal qazanıb

111905f3 d3f6 3f9e 8a8b 0fbced6d9983 850

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir. Qerbxeber.com xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb. İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıblar. Ayxan Cavadov gümüş, Vədat Qasımlı bürünc medalı boynundan asıb. Sabah 63, 82 … Read more

Çempionlar Liqası: PSJ finala yüksəldi

Indir 2025 05 08t083041.365

Fransanın “Pari Sen-Jermen” komandası İngiltərənin “Arsenal”ını məğlub edərək Çempionlar Liqasının ikinci finalçısı olub. Qerbxeber.com xəbər verir ki, cavab qarşılaşması Parisdə “Park de Prens”də baş tutub. Oyun qonaqların kəsərli hücumları ilə başlasa da, hesabı açan tərəf “qırmızı-mavilər” olub: 27-ci dəqiqədə ispaniyalı Fabian Ruis qapıçı David Rayanı məyus edib. 69-cu dəqiqədə “topçular”ın qapısına 11 metrlik cərimə zərbəsi … Read more

Vyetnam Sosialist Respublikasının Dövlət başçısı Azərbaycana rəsmi dövlət səfərinə gəlib

Vyetnam

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub. Qerbxeber.com  President.az-a istinadən xəbər verir ki,hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi … Read more

Ukraynaya məxsus 8 PUA Moskva yaxınlığında vuruldu

Vurulmus pua

 Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 pilotsuz uçuş aparatı Moskvaya yaxınlaşarkən Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Qerbxeber.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Ukraynaya məxsus PUA-ların yerə düşdüyü ərazidə artıq xüsusi xidmətlərin əməkdaşları işləyir.

Məhkəmə Ülviyyə Əli barəsində həbs hökmü çıxarıb

Indir 2025 05 07t094407.639

Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib. Qerbxeber.com– un məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, bundan əvvəl “Meydan TV”nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), … Read more

Hindistan-Pakistan toqquşmasında şok detallar-Asif Nərimanlı

Indir 2025 05 07t163331.441

Azərbaycanın da yaxından izlədiyi Hindistan-Pakistan toqquşmasında təməl problem Kəşmir münaqişəsi, motiv isə terror aktı olsa da, hadisələrin eskalasiya həddinə çatmasını və məhz indi baş verməsini iki amil üzərindən dəyərləndirmək olar. Birincisi, baş nazir Narendra Modinin daxili siyasətdəki şərtlərdən qaynaqlanan Kəşmir planıdır; Kəşmir məsələsinə sərt yanaşması ilə seçilən Modi Pakistana qarşı təcrid xəttini izləyir. Bu, onun … Read more

İrakli Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Indir 2025 05 07t152921.849

Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasına rəhbərlik edəcək. Qerbxeber.com  xəbər verir ki,Tbilisidəki “Paraqraf” oteldə baş tutan hakim partiyanın qurultayında İrakli Kobaxidze yekdilliklə partiya sədri seçilib. O, bu vəzifəyə ikinci dəfə seçilib. Hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi “Gürcü Arzusu”nun 9-cu qurultayı sədrin seçilməsi ilə başlayıb və tədbir cəmi 18 dəqiqə davam edib. … Read more

İki ölkə arasında uçuşları bərpa etməliyik

Indir 2025 05 07t152252.444

İraq Azərbaycanı iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. İraqlı nazir bildirib ki, Azərbaycan hökumətini iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb. “Biz Azərbaycan vətəndaşı olan qadın İŞİD üzvlərinin mövcudluğunu və onların … Read more

Magistraturaya mayın 11-də qəbul imtahanı keçiriləcək

Dim dovlet imtahan merkezi 110417 (1)

Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. Bu barədə Qerbxeber.com-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd edilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 … Read more

Rusyada internet böhranı

Indir 2025 05 07t095350.319

Rusiyanın 30-dan çox şəhərində PUA hücumu təhlükəsi ilə əlaqədar mobil internet kəsilib. Qerbxeber.com xəbər verir ki, kəsindi Yaroslavl, Tver, Moskva, Nijni Novqorod, Tula, Leninqrad, Kaluqa və Kursk vilayətlərində müşahidə olunur. Moskva və Sankt-Peterburqda da bir sıra abonentlər üçün problemlər var. Saranskda və Mordoviyanın bəzi şəhərlərində mobil internet demək olar ki, tamamilə bağlanıb. Əksər istifadəçilər MTS-in … Read more

Daha bir jurnalist saxlanıldı

Indir 2025 05 07t094407.639

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı qeyd olunur.

Azərbaycanın XİN-i İraqa gedib

Ceyhunn

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Nazirlikdən Qerbxeber.com-a verilən məlumata görə səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.