Böyük Britaniyanın keçmiş şahzadəsi polis tərəfindən saxlanıldı

Kralin qardashi

Böyük Britaniya polisi,Birləşmiş Kralğın keçmiş şahzadəsi, Kral Çarlzın qardaşı, Endryu Mountbatten-Vindsoru saxlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Kralın qardaşı Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Cefri Epşteyn ilə gizli məlumatları paylaşmaqda ittiham olunur. Polis keçmiş şahzadənin həbs olunduğunu, Berkşir və Norfolkdakı ünvanlarda axtarış aparıldığını açıqlayıb.

Rusiya Ermənistanı dəmir yollarına görə hədələdi

Railway demir yolu dəmir yolu

Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər. Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış düşünülmüş qərardır. Şoyqu hesab edir ki, bu baş verəcəyi təqdirdə, onların qurduğu sistem bir gecənin içində çökə bilər: “Təxminən … Read more

Zelenski: Rusiya yeni çar axtarışına başlayıb

Zelenski (1)

Rusiyanın, xüsusilə də Putinin tarixlə bağlı bəyanatları vaxt uzatmaq taktikasından başqa bir şey deyil. Qerbxeber.comxəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb. Zelenski vurğulayıb ki, müharibəni bitirmək və diplomatiyaya keçmək üçün ona tarixi müzakirələr lazım deyil. Onun sözlərinə görə, o, Putin qədər, hətta ondan da çox tarix kitabı oxuyub və Rusiyanı … Read more

Axios: 90% ehtimalla bir neçə həftəyə İrana qarşı müharibə başlayacaq

Trumpportrait

Son saatlarda ABŞ Avropadakı bazalarda yerləşən yanacaq dolduran, erkən xəbərdarlıq və kəşfiyyat idarəetmə təyyarələrini Yaxın Şərqdəki ABŞ hərbi bazalarına göndərir. Cenevrədə İranla aparılan danışıqlar uğursuzluqla nəticələndiyi üçün ABŞ İrana qarşı güc tətbiqinə hazırlaşır və bunun üçün regionda çox ciddi qüvvə cəmləşdirib. Axios nəşrinin mənbələri ehtimal edir ki, bu, böyük ehtimalla ABŞ və İsrailin birgə kampaniyası … Read more

Elnur Nemətov: Ramazanın Taleyini Həll Edən İki Düymə – İftarın İlk 60 Dəqiqəsi

Elnur hoca

 On bir ayın sultanı Ramazan bu gün başlayır. Hamı hazırlaşır: mənəvi planlar, ailə süfrələri, ibadət niyyətləri. Bəli, Ramazan ayının həm fiziki, həm də mənəvi tərəfdən böyük xeyir və hikmət daşıdığını çoxumuz bilirik. Bu ay bədəni dinlədir, metabolizm üçün bir fasilə verir, aclığı və toxluğu düzgün idarə etməyi öyrədir. Ramazan ayı – yenilənmək, düşünmək və həyatımızı … Read more

Putinin köməkçisi Ukrayna ilə qapalı görüş keçirdib

Medinski

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Cenevrədə Ukrayna tərəfi ilə iki saatlıq qapalı danışıqlar aparıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olan Vladimir Medinskinin özü bildirib. O, qapalı görüşün üçtərəfli görüşdən sonra olduğunu deyib. Qeyd edək ki, üçtərəfli danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.

Abbas Əraqçı ABŞ ilə nüvə danışıqlarında irəliləyiş olduğunu bildirib

Araqçı

İran və ABŞ Cenevrə danışıqlarında əsas prinsiplər üzrə anlaşma əldə ediblər, amma bu heç də tezliklə saziş əldə olunacağı anlamına gəlmir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Fərqli ideyalar təqdim olunub, bu ideyalar ciddi müzakirə edilib, yekunda bəzi əsas prinsiplər üzrə ümumi anlaşma əldə edə bilmişik. Bundan sonra həmin prinsiplər üzrə hərəkət edəcək, … Read more

Zalujni 2023-cü il əks-hücum planının iflasa uğramasında Zelenskini günahlandırıb

Zelenski zalujni

2023-cü ilin əks-hücum planı düzgün həyata keçirilməyib, çünki Prezident Volodimir Zelenski və digər rəsmilər bu məqsəd üçün lazım olan resursları ayırmayıb. Bu fikirləri Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna ordusunun sabiq baş komandanı Valeriy Zalujnı “Associated Press“ə müsahibəsində bildirib. Zalujnı NATO tərəfdaşları ilə birlikdə hazırladığı əks-hücum planının Zelenski və digər dövlət rəsmilərinin lazım olan resursları təmin … Read more

Azərbaycan neftinin qiyməti 68 ABŞ dollarına endi

Neft (2)

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Qerbxeber.com xəbər verir ki, neftin 1 barelinin qiyməti 1.44 ABŞ dolları və ya 2,05% azalaraq 68.92 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə … Read more

Bakı-Ağstafa-Bakı istiqamətinə əlavə qatar reysləri təyin edilib

Agstafa qatari

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Qerbxeber.com ADY-yə istinadən xəbər verir. “Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir. Qeyd edək ki, … Read more

Gürcüstanda 3-minə yaxın Azərbaycan vətəndaşı işçi miqrant kimi qeydiyyatdan keçib

Flag of Georgia background. Vector illustration.

Statistikaya əsasən, Gürcüstanda 164 ölkənin 107 307 vətəndaşına yaşayış icazəsi verilib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, həmin şəxslər arasında Azərbaycan vətəndaşları 6,3% ilə üçüncü yeri tutur. “Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin vaxtilə Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına … Read more

Şəmkirdə Qərb bölgəsi arıçılarının 10-cu yığıncağı keçirilib

Arı semk

Qərb bölgəsində fəaliyyət göstərən arıçıların ənənəvi aylıq yığıncağı bu gün Şəmkir rayonunda baş tutub. Qerbxeber.com xəbər verir ki, sayca onuncu olan bu görüşdə əsasən Arıxanalara mövsümə uyğun qulluq,yeni innovasiyalar, dərman pereparatları barədə məlumat verildi. Azərbaycan Kredit və İnkişaf Agentliyinin və “Bank Respublika”nın nümayəndəsi Elman Kərimov arıçılara və fermerlərə güzəştli və sərfəli sərtlərlə aqrar kreditlərin verilməsi … Read more

Tramp: Ukrayna ən qısa zamanda danışıqlar masasına əyləşsə yaxşı olar

Tramp zelenski 2

BŞ Prezidenti Donald Tramp Ukraynanın mümkün qədər tez danışıqlar masasına əyləşməsinin vacib olduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib. O deyib ki, Kiyevin qarşıdan gələn danışıqlar prosesində fəal iştirak etməsini gözləyir və Ukraynanın Rusiya ilə mümkün qədər tez bir zamanda razılığa gəlməsinə ümid edir. “Ukrayna üçün ən qısa zamanda danışıqlar … Read more

Şəmkir xəstəxanasının direktoru işdən çıxarıldı

Samir xəst Şəmk

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. Qerbxeber.com APA-nın məlumatına  istinadən xəbər verir ki, xəstəxananın direktoru Samir Namazov TƏBİB rəhbərliyinin müvafiq əmiri ilə vəzifəsindən azad edilib. Qeyd edək ki, S.Namazov bu vəzifəyə 2025-ci ildə təyin edilib. O, direktor təyin olunmazdan öncə xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bu gün Günəş tutulacaq

Günes tutulması

Bu gün ilin ilk Günəş tutulması baş verəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, bu, halqalı Günəş tutulması olacaq. Tutulma saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi … Read more

Paşinyan seçkilərə Annasız qatılacaq-Anna Akopyandan açıqlama

Paşinyan teze

“Mənim və Baş nazir Nikol Paşinyanın vətəndaş nikahı başa çatıb”. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan sosial mediada yazıb. “Əziz həmvətənlər, nəzərinizə çatdırıram ki, mənim və Baş nazir Nikol Paşinyanın vətəndaş nikahı başa çatıb. Hər kəsdən xahiş edirəm, bu mövzu ilə bağlı təmkinli və etik davransın. Təşəkkür edirəm”, … Read more