Son Xəbərlər
Ukrayna Krımda PUA bazasını,hərbi təyyarəni və radiolokasiya stansiyasını dağıtdı Məsud Pezeşkian İlham Əliyevə zəng edib SEPAH-ın briqada komandiri general Məhəmməd Əli Fətəlizadə öldürüldü Tramp bu gecə ABŞ-nin qələbəsini elan edəcək Putin Paşinyan görüşündən bir gün keçməmiş Ermənistana sərt xəbərdarlıq edildi Təbrizdə SEPAH-a məxsus raket anbarı vuruldu Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökümət başçılarının görüşü keçirilib İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidentini qəbul edib ABŞ-Aİ münasibətləri gərginləşir.Tramp NATO-nu hədələyir Qarın Piyi Necə Yaranır Və Onun Qarşısını Necə Almaq Olar?-Elnur Nemətovun yazısı Ukrayna Krımda PUA bazasını,hərbi təyyarəni və radiolokasiya stansiyasını dağıtdı Məsud Pezeşkian İlham Əliyevə zəng edib SEPAH-ın briqada komandiri general Məhəmməd Əli Fətəlizadə öldürüldü Tramp bu gecə ABŞ-nin qələbəsini elan edəcək Putin Paşinyan görüşündən bir gün keçməmiş Ermənistana sərt xəbərdarlıq edildi Təbrizdə SEPAH-a məxsus raket anbarı vuruldu Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökümət başçılarının görüşü keçirilib İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidentini qəbul edib ABŞ-Aİ münasibətləri gərginləşir.Tramp NATO-nu hədələyir Qarın Piyi Necə Yaranır Və Onun Qarşısını Necə Almaq Olar?-Elnur Nemətovun yazısı

KİV: Sergey Lavrov İstanbula getməyəcək

Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda baş tutacaq danışıqlarda iştirak etməyəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə məlumatı “kommersant.ru” yayıb. Ötən gün “The Washington Post“ nəşri Rusiya diplomatiyasının rəhbərinin müzakirələrə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla birlikdə qatılacağını iddia edib. Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dövlət katibi Marko Rubio ilə mayın … Read more

Rusiya Sumı vilayətinə zərbələr endirib ölən və yaralanlar var

Indir 2025 05 15t085845.418

Rusiya hərbi aviasiyası Ukraynanın Sumı vilayətinə raket zərbələri endirib. Qerbxeber.com “unian“a istinadən xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeenko məlumat verib. Onun sözlərinə görə, günorta saatlarında sənaye müəssisələrindən birinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Administrasiya rəhbəri yaralılardan ikisinin ağır vəziyyətdə olduğunu açıqlayıb. Əraziyə xilasetmə və tibb … Read more

Müəllimlərin sertifikasiya imtahanlarının CƏDVƏLİ

Imtahan

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Bu barədə Qerbxeber.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. … Read more

Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Imtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Bu barədə Qerbxeber.com-a DİM-dən məlumat verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni … Read more

Gürcüstan Parlamenti ABŞ Konqresinin “MEGOBARI Aktı”nı pisləyən bəyanat yayıb

Images (87)

Gürcüstan parlamenti ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi “MEGOBARI Aktı” (“Dostluq Aktı”) ilə bağlı bəyanat hazırlayıb. Qerbxeber.com xəbər verir ki, bəyanatı Xarici Əlaqələr Komitəsinə parlamentin sədri Şalva Papuaşvili təqdim edib. Bəyanatda deyilir ki, “Dostluq” adlanan akt Gürcüstana, gürcü xalqına və ölkə hakimiyyətinə qarşı düşmənçilik ruhunu əks etdirir, həmçinin çoxsaylı faktiki səhvlər və məntiqi ziddiyyətləri ehtiva … Read more

Müdafiə Nazirliyindən -XƏBƏRDARLIQ

Mn1

14-16 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, məlumatda deyilir.

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

Indir 2025 05 14t130746.114

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib. Qerbxeber.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə müraciətə baxılıb. Məhkəmə müraciəti təmin etməyib və Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbiri dəyişdirilməyib. Qeyd edək ki, Hacı Vəliyev aprelin 1-də saxlanılıb. Xətai Rayon Məhkəməsində … Read more

Ağ ev rəhbəri: İranla razılaşa bilərəm, bu şərtlə

Trump Tramp

ABŞ Prezidenti Donald Tramp nüvə silahından imtina edəcəyi təqdirdə, İranla razılaşmaya hazır olduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Tramp ABŞ-Körfəz Əməkdaşlıq Şurasının sammitində deyib. Tramp deyib ki, İran regionda proksi müharibələrinə dəstəyi dayandırmalıdır. O, İran rejiminin nüvə silahı əldə etməyəcəyini vurğulayıb. “Mən İranla müqavilə bağlamaq, mümkünsə nəsə etmək istəyirəm. Amma onlar terrorizmi himayə … Read more

Ər-Riyadda Körfəz-ABŞ sammiti keçirilir

Indir 2025 05 14t124408.401

Səudiyyə Ərəbistanında Körfəz-ABŞ sammiti keçirilir. Qerbxeber.com xəbər verir ki, sammitdə ABŞ Prezidenti Donald Tramp və Körfəz ölkələri liderləri iştirak edir. Bir sıra ərəb ölkələri liderləri və yüksək səviyyəli rəsmilər Qəzzadakı vəziyyət də daxil olmaqla regional məsələlərin müzakirə olunacağı Körfəz-ABŞ sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdədir.

Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

Indir 2025 05 14t121549.933

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. 2025-ci ilin mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından … Read more

Sağlam arıqlamaq üçün nələr etməliyik?- Nutrisoloq Elnur Nemətov-FOTO

Elnur123

Bəzən arıqlamaq üçün tək çıxış yolunu bıçaq altına yatmaqda görürük. Məsələn, arıqlamaq üçün mədəkiçiltmə kimi ağır bir cərrahi müdaxiləyə üz tuturuq. Bəs bu əməliyyatdan sonrakı dövrün – uzun və ağır bir bərpa prosesi, psixoloji və fiziki təsirlər, ömürboyu ciddi pəhriz tələbləri olduğunu bilirsinizmi? İndi sadə bir sual verək özümüzə: Əgər bunu arıqlamaq üçün ediriksə, pəhriz … Read more

Tramp Əhməd əl-Şaara ilə görüşüb

Indir 2025 05 14t114601.996

ABŞ Prezidenti Donald Trampla Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Görüş Səudiyyə Ərəbistanında keçirilir.

Göyəzən böyük hesablı qələbə qazandı

Indir 2025 05 14t102455.579

AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında 1/2 final mərhələsinin ilk oyunu keçirilib. Qerbxeber.com xəbər verir ki, mayın 13-də Qazax Mərkəzi stadionunda “Göyəzən-Şirvanla qarşılaşıb. Oyun Göyəzən komandasının üstünlüyü ilə keçdi və hesab 4-1 oldu. Bu gün isə daha bir oyun olacaq “Ağstafa Gəncləri”-” Xankəndi” ilə qarşılaşacaq

İstanbulda “rus ruleti”ni kim qazanacaq?

Asif

Mayın 15-də İstanbulda gözlənilən Rusiya-Ukrayna danışıqları ərəfəsində tərəflərin – Putin və Zelenskinin diplomatik manevrləri masadakı kəskin mübarizənin aynası kimi qəbul edilə bilər. Rusiyanın İstanbul danışıqlarının davam etdirilməsi təklifi Ukrayna və Qərb ölkələrinin “30 günlük atəkəs” planına qarşı gediş olsa da, əslində Putinin daha geniş hədəfləri var. Birincisi, “30 günlük atəşkəs” təklifini qəbul etməklə danışıqlardan imtina … Read more

Zelenski şərtini açıqlayıb

Vladimir zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib. Qerbxeber.com “Reuters“ə istinadən xəbər verir ki, Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir. Zelenskinin sözlərinə görə, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir. O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir. “Biz … Read more

Tehran uranın zənginləşdirmə üçün konsorsium yaratmağı təklif edib

Tehran iran

Tehran Yaxın Şərq ölkələrinin iştirakı ilə, ABŞ investisiyalarının da cəlb olunduğu uran zənginləşdirmə konsorsiumu yaratmağı təklif edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, bazar günü Omanda İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bu planı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa təqdim edib. Bildirilir … Read more

Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib

Indir 2025 05 14t092835.512

Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Uruqvayın rəsmi mənbələri məlumat yayıb. Xose Muxika 2010-2015-ci illərdə Uruqvay prezidenti vəzifəsini yerinə yetirib. Buna qədər o, kənd təsərrüfatı naziri və digər vəzifələrdə çalışıb. Muxika prezidentliyi dövründə həyata keçirdiyi bir sıra ciddi islahatlarla yadda qalıb.

Gəncədə piyadanı avtomobil vurub

Indir 2025 05 14t092232.034

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Q.Qayıbzadəni vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi olaraq qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.