Prezident: Qərbi azərbaycanlılar öz doğma yurdlarına qayıdacaq

Ilham əliyevvv

İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır. Qerbxeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.

AFFA Region Liqası: III yer uğrunda “Qərb Derbisi” “Göyəzən” – “Ağstafa Gəncləri”

Indir 2025 05 21t110711.758

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb. Qerbxeber.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Region Liqası III yer uğrunda oyun 22 may 14:00. “Göyəzən” – … Read more

Bu gecə Avropa Liqasının finalı olacaq

Indir 2025 05 21t101107.489

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək. Qerbxeber.com xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək. Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü almaniyalı referi Feliks Zoyer idarə edəcək. Xatırladaq ki, finalda qarşılaşacaq komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), … Read more

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

F0a5c703 62aa 37ea 8894 f2cce897d2c4 850

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub. Qerbxeber.com “Mizan”a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb. Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub. Xatırladaq ki, hadisə 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı … Read more

Özbəkistan bəzi ölkələrin girişini sadələşdirir

694de868 f8d1 36bc 832c a4ac9a217fc5 850

Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır. Qerbxeber.com xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında” fərmanında öz əksini tapıb. Sənədə əsasən, təşəbbüs … Read more

Ərdoğan Macarıstana gedib

ərdoğan erdoğan erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edib. Qerbxeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.

İsrail Qəzzaya zərbələr endirib,ölənlər var

Indir 2025 05 21t094713.219

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb. Qerbxeber.com xəbər verir ki, bu məlumatı Qətərin “Əl-Cəzira” telekanalı Səhiyyə Nazirliyinə istinadən yayıb. Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb. Nazirliyin statistik məlumatına görə, İsrailin Zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər həlak olub, 9647 … Read more

KİV: İsrail İranın nüvə obyektlərinə zərbələr endirmək istəyir

Indir 2025 05 21t092925.618

İsrail ordusu Vaşinqton və Tehran arasında aparılan danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-ın hakim dairələrindəki mənbələrə istinadən CNN telekanalı məlumat yayıb. “İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb. Həmçinin ABŞ və İranın Tehranın tamamilə uranından imtina etməyəcəyi ilə bağlı saziş bağlaması perspektivi … Read more

Gəncədə hərəkətdə olan avtomobil piyadanı vurub

Indir 2025 05 21t092359.061

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili Kəlbəcər rayon sakini 1961-ci il təvəllüdlü İ.Mirzəyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

Gəncədə qəza olub, ölən var

Indir 2025 05 21t091833.127

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1985 -ci il təvəllüdlü Jalə Nəbiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova və bir neçə azyaşlı uşaq da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP … Read more

Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edir

Indir 2025 05 21t090430.669

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər. Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib. “Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli … Read more

Ağstafada kişi bıçaqlanıb

Bıçaq

Ağstafada bıçaqlanma hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K. Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

682c4e0262907682c4e02629081747734018682c4e0262905682c4e0262906

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib. Qerbxeber.com xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.

Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib

Indir 2025 05 21t083820.561

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. “Aİ 200-ə yaxın kölgə donanma gəmisini hədəf alan Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da toxunur. Rusiyaya qarşı daha … Read more

İran müdafiə naziri Ermənistana rəsmi səfərə gedib

Indir 2025 05 21t083307.434

İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İranın müdafiə naziri ermənistanlı həmkarı Suren Papikyanın dəvəti ilə rəsmi səfər edib.

Prokuror “Abzas işi” ilə bağlı cəza istəyib

Indir 2025 05 21t082813.156

“Abzas Media” əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qerbxeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokurorun çıxışı Prokuror təqsirləndirilən Ülvi Həsənlinin 12, Sevinc Vaqifqızının (Abbasova) 11, Məhəmməd Kekalovun 11, Nərgiz Absalamovanın 11, Hafiz Babalının 12, Elnarə Qasımovanın 11, Fərid Mehralızadənin 12 … Read more

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərarı qüvvədə saxlayıb

Images 2025 05 21t082057.108

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qerbxeber.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu … Read more

Aİ Suriyaya qarşı sanksiyaları ləğv etmək isdəyir

Indir 2025 05 20t122130.404

Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindədirlər. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İttifaqın xarici işlər və müdafiə nazirlərinin görüşünə gələrkən bildirib. “Bu gün biz Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindəyik”, – o qeyd edib.