Ukrayna və Rusiya “6000-in 6000-ə” formatına razılıq veriblər

Indir 2025 06 03t084730.716

Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərinin mübadiləsinə dair razılığa gəliblər. Qerbxeber.com “unian“a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib. Onun sözlərinə görə, Ukrayna və Rusiya ağır yaralı və yaşı 25-dən aşağı olan əsirlərin dəyişdirilməsini də razılaşdırıb. Nazir bildirib ki, ölkəsi Rusiya tərəfinə 20-30 iyun tarixləri arasında növbəti görüşün … Read more

Rustem Umerov: Rusiya atəşkəsə razılıq verməyib

Indir 2025 06 03t084201.374

Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib. Onun sözlərinə görə, yalnız məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub. Ukrayna Rusiyaya bu ayın sonuna qədər daha bir görüş keçirməyi təklif edib.

İstanbul danışıqlarından sonra Ukrayna və Rusiya yeni əsir mübadiləsinə hazırlaşır

Zelenski unufirmda

İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi üçün yeni mərhələyə hazırlıq barədə razılığa gəliblər. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Zelenskinin sözlərinə görə, tərəflər arasında sənədlərin mübadiləsi Türkiyənin vasitəçiliyi ilə baş tutub. O, həm də təsdiqləyib ki, konkret … Read more

Ukrayna qanunsuz deportasiya edilən uşaqların siyahısını qarşı tərəfə təqdim edib

Ukrayna

Ukrayna tərəfi İstanbulda danışıqlar zamanı qanunsuz deportasiya edilən ukraynalı uşaqların siyahısını rəsmi şəkildə Rusiyaya təqdim edib. Qerbxeber.com “Unn”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib. Onun sözlərinə görə, söhbət Rusiyanın qanunsuz olaraq deportasiya etdiyi, zorla köçürdüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı yüzlərlə uşaqdan gedir. Yermak Rusiyadan … Read more

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fhn

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Qerbxeber.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan sel və daşqın keçəcəyi və … Read more

Ukrayna nümayəndə heyəti İstanbula gedib

Istanbul

Ukrayna nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gedib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb. Rusiya-Ukrayna danışıqlarının Çırağan Sarayında yerli vaxtla saat 13:00-da başlaması planlaşdırılır. Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edir. Danışıqların birinci … Read more

Kəlbəcərdə mülkü şəxs minaya düşüb

Indir 2025 06 02t110431.359

Kəlbəcərdə traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti normaldır. Qerbxeber.com-un məlumatına görə, rayonun Susuzluq kəndi ərazisində, kəndarası yolun çəkilişi zamanı “Avtoqreyder” markalı traktorun minaya düşməsi nəticəsində xəsarət alan 32 yaşlı Rəşadət Əsədov Kəlbəcərdə yerləşən xəstəxanada müacilə alır. Xəsarət alan R.Əsədov sözü gedən tibb müəssisəsində müalicə olunur. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək … Read more

Azərbaycanda maqnit qasırğası müşahidə olunur

Indir 2025 06 02t105937.848

İyunun 2-də səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Bu barədə Qerbxeber.com-a BDU-nun Astrofizika kafedrasından bildirilib. Qasırğanın gözlənilən gücü Bildirilib ki, saat 9:00-dan sonra qasırğanın gücü 5, saat 12:00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür. Maqnit qasırğalarının gedişatı Yüksək coğrafi enliklərdə: … Read more

Azərbaycan dili imtahanında iştirak üçün qeydiyyat davam edir

Indir 2025 05 19t115145.710

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat davam edir. Bu barədə Qerbxeber.com-a DİM-dən bildirilib. Azərbaycan dili imtahanına qeydiyyat davam edir Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan … Read more

Ağstafada avtomobil aşıb

Agstafa rayonu

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə hadisə rayonun Poylu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil, yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1964-cü il təvəllüdlü A. Hacıalıyeva, 1979-cu il təvəllüdlü G. İsayeva və 1970-ci il təvəllüdlü N. Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ABŞ İrana qarşı sanksiyaları yüngülləşdirir

Indir 2025 06 02t104443.216

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə verilməsi barədə göstəriş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamentinə, Xəzinədarlıq Departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətlərə fasilə … Read more

“Georgi lent”li Saleh Səmədov saxlanıldı

Saleh səmədov

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. Qerbxeber.com məlumata görə, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir. Qeyd edək ki, mayın … Read more

İlon Mask: “Gələcəyin müharibəsi pilotsuz olacaq”

İlon mask

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyanın strateji hərbi hava bazalarına həyata keçirdiyi dron hücumu dünya mediasında geniş rezonans doğurub. Hücumun texniki effektivliyi və nisbətən az maliyyə vəsaiti ilə nəhəng zərər vurması texnoloji dairələrdə müzakirə mövzusuna çevrilib. Qerbxeber.com xəbər verir ki, ABŞ-lı milyarder və “SpaceX”in qurucusu İlon Mask da bu hadisəyə münasibət bildirib. O, X (keçmiş Twitter) sosial … Read more

Ukraynadan Rusiyaya qarşı xüsusi əməliyyat: Yüzdən çox təyyarə yandırıldı

Dron hücumu

Dünən günorta saatlarından etibarən Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Rusiya aviasiyasına hücum edib. Qerbxeber.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, indiyədək Rusiyanın 110-dan çox təyyarəsinin yandırılaraq zədələndiyi məlumdur.Bundan başqa 3 dəmir yol körpüsü partladılıb.Hücum “Pautino” əməliyyatı çərçivəsində həyata keçirilib. Onların arasında “A-50”, “Tu-95” və “Tu-22 M3” təyyarələri də var. Bildirilir ki, bu xüsusi əməliyyata UTX-nin rəhbəri … Read more

Bu ölkə Rusiya ilə savaşmağa hazır olduğuna dair mesaj verdi

Britaniya ordusu

“Böyük Britaniya yeni fabriklər tikməklə hərbi-sənaye kompleksini inkişaf etdirir və gələcəkdə Rusiya ilə savaşmağa hazırdır”. Qerbxeber.com BBC-yə istinadla xəbər verir ki, bunu Birləşmiş Krallığın müdafiə naziri Con Hili deyib. Onun sözlərinə görə, bu, həm də Moskvaya mesajdır. O, Böyük Britaniya hökumətinin altı silah fabrikinin tikintisinə 1,5 milyard funt-sterlinq (təxminən iki milyard dollar – red.) investisiya qoymağı … Read more

Polşanın yeni prezidenti məlum olub

Indir 2025 06 02t092146.384

Polşada keçirilən prezident seçkilərində mühafizəkar siyasətçi Karol Navroski 51 faiz səslə qalib gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə Polşa Televiziyası (TVP) bülletenlərin 99,95 faizinin hesablanmasından sonra seçki komissiyasının məlumatlarına istinadən məlumat yayıb. Onun rəqibi Varşavanın meri Rafal Trzaskovski 49 faiz səs toplayıb. Birinci turda o, 31,36 faiz, Navroski isə 29,54 faiz səs toplayıb.

Rusiya nümayəndə heyəti İstanbula gedib

Indir 2025 06 02t091652.123

Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gedib. Qerbxeber.com xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır. Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gedib. Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri … Read more

Zelenski əməliyyatın təfərrüatlarını açıqlayıb

Indir 2025 06 02t085920.211

Ukrayna prezidenti Volodimir Zelenski bu gün öz “Telegram” hesabında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukla görüşünü əks etdirən fotoşəkil paylaşaraq keçirilən uğurlu əməliyyata görə ona təşəkkür edib. Qerbxeber.com xəbər verir ki, Zelenski Rusiya aviasiyasının bugünkü kütləvi məğlubiyyətini müharibə zamanı ölkənin ən uzun mənzilli əməliyyatı adlandırıb. O həmçinin Malyuka əməliyyatın açıqlana biləcək təfərrüatları və nəticələri barədə … Read more

Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatıb

Images 2025 06 02t085314.368

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib. Qerbxeber.com xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb. Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və … Read more

Qazaxda maşın yoldan çıxaraq aşıb

Indir 2025 06 02t084437.962

Qazaxda yol qəzası baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1959-cü il təvəllüdlü A.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.