Qıraq Kəsəməndə Kürün səviyyəsi artdı

Kür çayı

Yağıntılı hava nəticəsində ölkə ərazisində bir çox  çaylarda sululuq artıb. Qerbxeber.com Milli Hidrometereologiya Xidmətinə istinadən xəbər verir ki, transsərhəd çay olan Kür-Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil edir.

İran elitası Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir – Sensasiya

Xamnei

İranın ali dini lideri Əli Xameneinin Aparat rəhbərinin müavini Əli Əsgər Hicazi ilə bir neçə digər yüksək vəzifəli məmur lazım gələrsə, ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya hakimiyyəti ilə danışıqlar aparırlar. Qerbxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, belə bir sensasion iddia ilə “İran İnternasional” çıxış edib. Bildirilib ki, yüksək rütbəli bir rusiyalı məmur Hicazi ilə əlaqə … Read more

Gəncə şəhərində 42 yaşlı kişi odlu silahla qətlə yetirildi

Silahla qətl

İyun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Küləkli,yağışlı hava iyunun 18-əqədər davam edəcək

Yağıntılıhava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Qerbxeber.com xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, … Read more

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini imzalayıb

Rus iran

“Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlament sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni prezidentə təqdim edib” – Qerbxeber.com xəbər verir ki,bu barədə İran tərəfdən yayılan rəsmi məlumatda bildirilib. Sənəd xüsusilə tərəflər arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini və genişləndirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın … Read more

ABŞ geri çəkilir, Avropa daha çox söz verir-Ukraynada nələr olacaq

Cityscape kiev ukraine 16x9

ABŞ artıq Ukraynanı öz taleyinin ümidinə buraxmaq niyyətini təsdiqləyib, Avropa isə əməldə deyil, sözdə kömək edir. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb. Bildirilib ki, ötən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Konqresdə keçirilən dinləmələrdə Tramp administrasiyasının Ukraynaya hərbi yardımı azaltmaq niyyətini təsdiqləyib: “Rusiyaya qarşı mübarizə indi Avropanın problemidir. Genişmiqyaslı … Read more

Britaniyada ilk dəfə Mİ6-ya qadın rəhbərlik edəcək

Mİ6 shef

Böyük Britaniyanın baş naziri Keir Starmer Britaniya Xarici Kəşfiyyat Xidmətinə (MI6) ilk dəfə olaraq qadının kəşfiyyat zabiti Bleyz Metrevelinin rəhbərlik edəcəyini açıqlayıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb. Metreveli payızda Riçard Muru əvəz edəcək və xidmətin 18-ci rəhbəri olacaq. 47 yaşlı Bleyz Metreveli hazırda MI6-nın texnologiya və innovasiyaya cavabdeh olan … Read more

SEPAH-ın kəşfiyyat rəisinin öldüyü təsdiqləndi

Sepah kazimi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat rəisi Məhəmməd Kaziminin İsrailin zərbələri zamanı öldüyünü təsdiqləyib. Qerbxeber.com APA-a istinadən xəbər verir ki, bu haqda SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, Kazimi ilə birlikdə onun iki silahdaşı Həsən Mohakak və Muhsen Bağiri də öldürülüb. Onların da yüksək rütbəli kəşfiyyatçı olduqları bildirilir.

İran-İsrail savaşının gərginliyi bu gecə də davam edir-Son Durum

Raket atışları

İranın İsraili ballistik raketlə vurması nəticəsində Hayfa şəhərində növbəti dəfə böyük dağıntılar əmələ gəlib. Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə İran Silahlı Qüvvələrinin yaydığı məlumatına görə, raketlər şəhərdəki hərbi bazalara yönəlib. Hayfa şəhərində “Rafael” aerokosmik şirkətinin zavodu raket atışlarına məruz qalıb. Bu zavodda pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün cihazlar istehsal olunur. Bununla … Read more

Zelenski:Dünya İsrail-İran savaşını izlərkən, Rusiya enerji sistemimizi vurmağı planlaşdırır

Zelenski yeni

“Rusiya Ukraynanın enerji sisteminə zərbələr endirməyi planlaşdırır”. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun fikrincə, Ukraynanın enerji sistemi dünyanın gözünə daha az görünə bilər. Çünki indi Yaxın Şərqdəki vəziyyət daha çox diqqət mərkəzindədir. “Müvafiq məlumatlar partnyorlarımızın kəşfiyyat xidmətlərində var. Xüsusilə, Ukraynadakı nüvə infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri … Read more

İranda panika,əhali böyük şəhərlərdən qaçır

Kütləvi köç

İranda panika başlayıb. Tehran və Şiraz sakinləri kütləvi şəkildə şimala, Xəzər dənizi sahillərinə gedirlər.Bu barədə CNN  məlumat yayıb. Qeyd olunub ki, yollarda kilometrlərlə tıxac yaranıb. Tehranın özündə metro sığınacaq kimi 24 saatlıq iş rejiminə keçib. Bu, artıq təkcə lokal bir böhran deyil. İsrailin müdafiə naziri son çıxışında Tehrana qarşı yeni və daha dağıdıcı əməliyyatların an … Read more

Cennaro Qattuzo İtalya millisini çalışdıracaq

Gennaro gattuso

Futbol üzrə İtaliya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Qerbxeber.com Apasport.az-a istinadən xəbər verir ki, yığmaya Cennaro Qattuzo rəhbərlik edəcək. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, 47 yaşlı mütəxəssis daha əvvəl “Milan”, “Valensiya”, “Marsel” və “Napoli” kimi komandaları çalışdırıb. O, son olaraq Xorvatiya “Hayduk”unun baş məşqçisi olub.

Zaqatala kəndlərinə də dolu yağdı

Dolu nedir nasil olusur 1600x

Zaqatalada qeyri-sabit hava şəraiti davam edir, Qanıx çayı ətrafındakı kəndlərə dolu yağıb. Qerbxeber.com xəbərinə görə, son iki gündür ki, ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bu gün axşam saat 17 radələrində bölgənin Zaqatala rayonunun Qanıx çayı vadisindəki Qandax, Faldarlı, Muğanlı və Dağlı, Yuxarı Çardaxlar, Muxax kəndlərində hava şəraiti kəskin dəyişib. Əraziyə qısamüddətli leysan … Read more

Sabah şimşək çaxacaq, yağış yağacaq

Leysan yagis

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 19-21° isti, gündüz 23-26° … Read more

Rusiyanın itkiləri yeniləndi

Indir 2025 05 25t152534.644

Ukrayna müharibənin 1208-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 003 860 hərbçi, 10 937 ədəd tank, 22 804 ədəd zirehli döyüş maşını, 29 190 ədəd artilleriya sistemi, 1 418 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 … Read more

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fhn

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Qerbxeber.com-a FHN-dən məlumat verilib. Qeyd olunub ki, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır: “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar … Read more