Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Tramp: Bazar günü Aİ nümayəndələri ilə ticarət sazişini müzakirə edəcəyik

Tramp von der leyen

Prezident Donald Tramp Şotlandiyaya səfəri çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişini müzakirə edəcəyini bildirib. Bu barədə Tramp Qlazqo hava limanında jurnalistlərə açıqlamasında deyib. “Bazar günü Aİ nümayəndələri ilə görüşəcəyəm, saziş üzərində işləyəcəyik. Görək, nəticədə razılığa gələ biləcəyikmi”, – deyə o vurğulayıb.

Ukrayna Rostovu dronla vurdu

Pua

Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda baş verən dron hücumu nəticəsində iki nəfər həyatını itirib. Bu barədə “TASS”a  vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat verib. Onun sözlərinə görə, Zimovniki–Remontnoye–Elista avtomobil yolunun yaxınlığında pilotsuz uçuş aparatı avtomobili vurub və nəticədə maşın yanaraq külə dönüb. Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir, hadisə yerində müvafiq qurumlar çalışır.

Çin ABŞ-a xəbərdarlıq etdi: Məsuliyyəti Çin tərəfə yönəltməyin

abs cin 1 1

Çin Ukrayna münaqişəsini başladan tərəf deyil və onun iştirakçısı da sayılmır. Bu səbəbdən ABŞ məsuliyyəti Çin tərəfinə yönəltmək və gərginlik yaratmaq cəhdlərini dayandırmalıdır. Qerbxeber.com xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı keçirilən iclasda Çin Xalq Respublikasının dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Gen Şuan bildirib. “Çin nə bu böhranı başladıb, nə də bu … Read more

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

Saxlanılan qadın

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qerbxeber.com-ya verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb. Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Kapitoli təpəsindən Qarabağa uzanan təxribat-ASİF NƏRİMANLININ şərhi

Asif nerimanlı

ABŞ-da 87 konqresmen Tramp Administrasiyasını ermənilərin Qarabağa qayıtmasına dəstək vermək çağırışı edib. Müraciətdə “Dağlıq Qarabağ” ifadəsinin yer alması və Konqresdə Ermənistanla dostluq qrupunun həmsədrləri tərəfindən hazırlanması məqsədin “humanitar” olmadığını aydın göstərir. Təcrübə təsdiq edir ki, erməni lobbisinin Qarabağ üzərindən həyata keçirdiyi kampaniyaların əsas qayəsi həmişə işğala əsaslanan status-kvonun qorunması və Ermənistan maraqlarının müdafiəsi olub. İndi … Read more

“Arıqlasam, dərim sallanar?…” – Görəsən doğrudanmı bu belədir?- ELNUR NEMƏTOVDAN tövsüyyələr

Elnur nemətov 6

Ən çox eşidilən: “Arıqlamaq istəyirəm, amma qorxuram, dərim sallanar.” Gəlin bu məsələyə real yanaşaq. Bəli, bəzi hallarda dəri sallanması ola bilər . Amma nə zaman ? Bildiyimiz kimi, dərinin elastikliyi, əsasən, kollagen və elastin liflərinin möhkəmliyindən və miqdarından asılıdır. Bu liflər dərinin dartılması, bərpası və formada qalmasını təmin edir. Lakin zamanla və bəzi zərərli amillərin … Read more

Tramp Putin və Zelenskinin görüşünü mümkün sayır

Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün mümkün olduğunu deyib. Bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib. “Bu baş verəcək, amma bu, əslində üç ay əvvəl baş tutmalı idi. Bu baş verəcək”, — deyə o, Putin və Zelenski arasında mümkün danışıqlar barədə sualı cavablandırarkən vurğulayıb.

Tramp Makronun Fələstin bəyanatına cavab verdi: “Yaxşı oğlandır, amma bu bəyanatın heç bir çəkisi yoxdur”

Tramp ve makron

ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib. Qerbxeber.com APA xəbər verir ki, Donald Tramp Makronun sözlərinin əhəmiyyət daşımadığını vurğulayıb. “Dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, – Tramp qeyd edib. Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib. ABŞ dövlət katibi Marko Rubio isə qeyd … Read more

Fransa Fələstini rəsmən tanıyacağını elan edib

Emanuel makron

“Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq”. Qerbxeber.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə hesabında yazıb. “Mən qərara gəldim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi bağlılığına sadiq qalaraq Fələstin dövlətini tanıyacaq. Bu təntənəli bəyanatı sentyabrda BMT-nin Baş Assambleyasında verəcəyəm”, – deyə … Read more

Brüssel Bakı və İrəvan arasında sülhün tərəfdarıdır

B1698c75 4fa8 3b34 8cc3 b3aaf4448a60 850

Belçika hökuməti bu ilin martında Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh sazişi layihəsinin tezliklə imzalanmasına çağırır. Bu barədə Avropa bürosuna Belçika Xarici İşlər Nazirliyindən ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamədə ifadə olunan mövqeyə hökumətin yanaşması barədə suala cavab olaraq bildirilib. “Biz BMT-nin ərazi bütövlüyü, suverenlik və insan hüquqlarına hörmət prinsipləri əsasında davamlı sülhü və … Read more

Yunanıstanda keçiriləcək dünya çempionatında təmsil edəcək güləşçilərimiz müəyyənləşib

Bde51bf0 9696 3ee9 878f f21694c262fb 850

Azərbaycanı Yunanıstanın paytaxtı Afinada keçiriləcək U-17 dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışa yunan-Roma güləşçiləri start verəcəklər. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 … Read more

Amerikalı diplomat: Gürcüstan böhran içindədir, o artıq Avropa ölkəsi deyil

Emcode ad7d0839e5a79ab32ecabdd8674e8b00

Amerikalı diplomat: Gürcüstan böhran içindədir, o artıq Avropa ölkəsi deyil “Gürcüstan böhran içindədir, o artıq Avropa ölkəsi deyil, Avropa və Birləşmiş Ştatlar üçün getdikcə daha az maraqlı olur, o, Rusiya orbitinə keçib, Gürcüstan enən spiraldadır”. Qerbxeber.com Aktual.ge yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sabiq yüksək vəzifəli rəsmisi Metyu Brayza “Independence Avenue … Read more

“Turan”ın “Traktor”la oyunu ləğv olundu

Turan traktor

“Turan Tovuz”un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində iyulun 29-da İran çempionu “Traktor”la nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Yoxlama oyununun komandaların hazırlıq planındakı dəyişiklik və klubdan asılı olmayan səbəblərdən keçirilməyəcəyi bildirilib.

İran-AB görüşü

Iran parlamenti

İstanbulda keçirilən “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsində tərəflərin məsələnin həlli üçün yenidən görüşəcəkləri barədə razılaşıblar. Qerbxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İranı təmsil edən xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib. O, İstanbulda avropalı nümayəndələrlə ciddi, açıq və ətraflı müzakirələr apardıqlarını bildirib: “Görüş … Read more

Almaniya Fələstin dövlətini tanımağı planlaşdırmır

Almanya bundestaq

Almaniya qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmır və hazırda onun prioriteti İsrail-Fələstin probleminin həlli yolunda irəliləyişə nail olmaqdır. Qerbxeber.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidmətindən bildirilib. “İsrailin təhlükəsizliyi Almaniya hökuməti üçün mühüm əhəmiyyət kəsb edir, buna görə də biz qısamüddətli perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmırıq”, – bəyanatda deyilir. Bəyanatda o … Read more

Ukrayna ABŞ-a 30 milyard dollarlıq PUA satacaq

Zelenski Yeni

Ukrayna ABŞ-a 30 milyard dollarlıq PUA satacaq. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Trampla razılaşdıq ki, ABŞ bizdən pilotsuz təyyarələr alacaq. Bu müqavilənin 10-30 milyard dollar dəyərində hazırlanması vacibdir”, – Zelenski bildirib.

Dövlət Xidmətində hərbi xidmətlə bağlı iyul çağırışının gedişatı müzakirə olunub

A7f988eb 5d30 4598 9c7e 1e4c08a36b8c 850

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Bu barədə  Xidmətdən məlumat verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək … Read more

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 21% artıb

ady

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu xətti üzrə ümumilikdə 4 milyon 648 min 444 sərnişin daşınıb. Bu barədə Qerbxeber.com ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 798 min 103 nəfər və ya 20,7% çoxdur. Yalnız iyun ayında … Read more