Ağstafada 8 nəfər güllələnib – Yenilənib

Elde tapancha

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.  “Report”un xəbərinə görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar. *** 11:07 Ağstafa rayonunda keçmiş məhkum üç … Read more

IX siniflərin buraxılış imtahanı yekunlaşıb

534449b5 a5db 4f4b bade 07a2649b373e

Dövlət İmtahan Mərkəzi iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün imtahanlar keçirib. DİM-in yaydığı məlumata görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, … Read more

Qeyri-neft sektorunda məhsul istehsalı artıb

Socar 180219

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,0 faiz artıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz … Read more

Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

1a

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb. Şəhid Səyyaf Məmmədovun ailə üzvlərinin, Ağdam Tarix Diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 14 saylı filialının işçilərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə … Read more

Peşəyönümlü siniflər yaradılacaq

School 280119

Hazırda orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri aparılır. Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Son illər ərzində Təhsil Nazirliyi tərəfindən tam orta təhsil səviyyəsində müxtəlif istiqamətlər üzrə təmayülləşmə layihələrinin həyata keçirildiyini xatırladan C.Bayramov qeyd edib ki, növbəti ildən yeni istiqamət olaraq tam orta təhsil səviyyəsində peşəyönümlü təmayüllü siniflərin yaradılması nəzərdə tutulur: “Bu istiqamət … Read more

Sabah bölgələrdə yağış yağacaq

305cd7d62b11233

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. … Read more

Atəşkəs yenə pozulub

93b2c193 8d5f 4177 922a 58fd337be785

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Füzuli … Read more

IX sinif şagirdləri imtahan verir

D7a3cc69 15fa 4d06 bef7 745dbae77aed

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirir. DİM-in yaydığı məlumata görə, imtahanlarda … Read more

Çernobıl əlillərinin mənzil təminatı üçün layihə hazırlanır – Eksklüziv

420749764

Azərbaycanda Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bu barədə Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov məlumat verib. M. Həsənov bildirib ki, uzun illər idi ki, Çernobil əlillərinin mənzillə təmin olunmasında fasilə yaranmışdı. Yeni sərəncam layihəsindən sonra Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə yanaşı, Çernobıl əlilləri də mənzillə təmin olunacaqlar: “Azərbaycanda “Çernobıl qəzasının … Read more

Gün ərzində 23 cinayətin üstü açılıb

Trend polis ppx 191012

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil … Read more

499 tondan çox yaş barama təhvil verilib

48d815d5 39f3 4ff5 a9cf 23e5781d6ce9

Bu günə qədər “Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunun 47,66 tonu ötən gün qəbul edilib. Ən çox yaş barama təhvili isə iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər, ümumilikdə, 121,69 ton yaş barama təhvil veriblər. Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. … Read more

Atəşkəs rejimi pozulub

E5eed5eb 5309 4a11 8022 920c6e7b10be

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və … Read more

“Azeri Light” bahalaşdı

9ceb8032 05c9 47d0 87b2 0eefaa014544

“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,61% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,21 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb

Ca80f9b1 52d4 476c 8750 c6b61cfe0c8c

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. Cənazə Azərbaycan bayrağına bürünüb. Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı … Read more

Sabahın gözlənilən hava şəraiti

D9fb583a e0bd 4249 809d d28f9c8341c1

İyunun 16-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm … Read more

Qərb bölgəsində ictimai iştirakçılıq haqda layihə start götürüb

IMG

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərabycan Republikasının “İctimai iştirakçılıq haqqında” qanunun təbliği istiqamətində maarifləndirici tədbirlərinin təşkili” adlı layihənin icrasına başlayıb. “Bölgənin səsi” saytının məlumatına görə, Qazax rayonundan start götürən layihənin əsas məqsədi qərb bölgəsində yaşayan insanlarda Azərabycan Republikasının “İctimai iştirakçılıq haqqında” qanunu barədə … Read more

Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb

Nikah esas

Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı nikahların sayı azalıb. Dövlət Statistika Komitəsindən trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Bu ilin yanvar-fevral ayları ərzində 140 … Read more

Qəbələdə 8 subartezian quyusu qazılıb – Foto

2

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. “Azərsu” ASC-dən verilən məlumata görə, ASC tərəfindən icra olunan layihəyə uyğun olaraq Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su … Read more

XİN: Ermənistan bəyanatına uyğun davranmalıdır

Trend mid azerbaijan main

“Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin trend-ə şərhində deyilir. XİN-in şərhində qeyd edilir: “Təəccüblüdür, Ermənistan müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?! … Read more