Neft ucuzlaşdı

8db61f73 8edc 4398 b32a 73e79a269311

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,64 ABŞ dolları və yaxud 1% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,47 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

DSK: Aqrar sektor böyüyüb

1fdeef86 69d5 4413 9461 dafe27d1c111

Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 952,3 milyon manat təşkil edib.   Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bunun 1 574 milyon manatı heyvandarlıq, 378,3milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Son 1 ildə aqrar sektor 6,7%, o cümlədən heyvandarlıq sahəsi 2,9%, bitkiçilik sahəsi isə 24,9% böyüyüb.

Atəşkəs bu gün yenə pozulub

15601475953693722180 750x500

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, … Read more

DSK: Azərbaycan iqtisadiyyatı böyüyüb

59b610f5 98c2 40da 991e 3291d0a321d8

Bu ilin yanvar-may aylarında ölkədə 30 608,7 mln manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 46%-i sənayenin, 9,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i … Read more

Sabah hava necə olacaq?

N6

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, … Read more

1700 müəllim iş yerini dəyişdi

Teacher

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Nazirlikdən verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən 1775 müəllim iş yerini dəyişib. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib. … Read more

Ana və uşaq ölümü azalıb

32350

Azərbaycanda 2018-ci ildə ambulator tibbi xidmətə təxminən 49 milyon müraciət olunub. Bunu Səhiyyə naziri Elsevər Ağayev deyib. E.Ağayev bildirib ki, bu müddət ərzində 727 min insan stasionar müalicəyə götürülüb ki, bunun da 280 mini müxtəlif səviyyəli əməliyyatlarla nəticələnib. Nazir müavinin sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan 670-dən artıq tibb müəsisəsi əsaslı sürətdə yenidən qurulub … Read more

Sahibkarlar 5 milyondan çox ixrac təşviqi alıb

E67bfed6 c245 4d10 8a00 c5205a619db9

Bu ilin yanvar-may aylarında Azərbaycan sahibkarlarına 5,042 milyon manat ixrac təşviqi ödənilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib. O, həmçinin qeyd edib ki, bu ilin iyul ayında Azərbaycandan İsveçrəyə ixrac missiyası təşkil ediləcək və biznes-forum keçiriləcək. Bundan başqa, gələn ay Rusiyanın Yekaterinburq şəhərində … Read more

Müəllimlərin maaşı üçün büdcədən nə qədər ayrılacaq?

4b4d6cf8 d0c5 4818 ac6c be957470d538

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir. Əmək və … Read more

“Sperantsa” – “Neftçi” görüşünün stadionu dəyişdirilib

A7b73c66 da1a 486f 8a5b ac8c13a24b69

“Neftçi”nin Moldovada “Sperantsa” komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib. Bu qarşılaşma iyulun 11-də Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq. Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin “Petrokub”un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra “Sperantsa” paytaxt stadionunda oynamağa qərar verib. Qeyd edək ki, cavab … Read more

Müəllimlərin orta aylıq maaşı 605 manat olub

Aed16771 e622 4c45 801f 2ca262611c5f

Azərbaycanda aylıq vəzifə maaşlarının artımı orta məktəblərdə çalışan 160 minə yaxın müəllimi əhatə edəcək. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılaraq orta aylıq əməkhaqqı 605 manat müəyyənləşib.

Gənclər arasında atıcılıq turniri keçirilib

FB IMG

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə Ağstafa Gənclər Evində atıcılıq üzrə gənclər arasında turnir keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, yarışda 15 iştirakçı 10 m məsafəyə tir tapançasından atəş açmaqda dəqiqliyini yoxlayıb. 5 atışın cəmində 17 xal toplayan Qazax rayonu S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbinin X sinif şagirdi Şamoyev İsrafil Akif oğlu I … Read more

Atəşkəs pozulub

15601475953693722180 750x500

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam … Read more

Bu günə qədər 588 ton yaş barama təhvil verilib

48d815d5 39f3 4ff5 a9cf 23e5781d6ce9

Bu günə qədər Azərbaycanda kümçülər 588 ton yaş barama təhvil veriblər. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 74 ton çoxdur. Ölkə üzrə ən çox yaş barama Zərdab (65 ton), Ağcabədi (52 ton), Zaqatala (52 ton), Füzuli (50 ton), Balakən (44 ton), Şəki (40 ton), Bərdə (36 ton), Qax (26 ton) … Read more

Sabahın hava proqnozu açıqlanıb

N6

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir … Read more

Uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

2018 02 22 00 58 09ccocc

Ombudsman Aparatı uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlayaraq Milli Məclisə təqdim edib. Bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. E.Süleymanova əlavə edib ki, Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji … Read more

Əli Əhmədov: “Ölkədə savadsızlıq aradan qaldırılıb”

Trend eli ehmedov 1 050519 (2)

Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb. Bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda böyük nailiyyətlər əldə olunub: “Azərbaycanda insanlara səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir. Eyni zamanda, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq”. Ə.Əhmədov deyib ki, bütün bu nailiyyətlər, eləcə də … Read more

İnam Kərimov vətəndaşları qəbul edəcək

Dd12c9a0 35d9 4c82 bfa3 fb5c73cffba5

Kənd Təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də, saat 10:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək.  Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumata görə, bununla yanaşı, həmin gün nazir müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları, digər naziri müavini Seyfəddin Talıbov isə … Read more

Zakir Həsənov: “Erməni nazir yalan danışır…”

Trend herbi telim merkexzi 180619

Müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusunun əsgəri Elşən Xəlilovun vurulması ilə bağlı şəxsən əmr verməsi ilə bağlı bəyanatına münasibət bildirib. Z.Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, bu bəyanat ucuz siyasi xal toplamaq üçündür: “Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə … Read more

Azərbaycan Ordusunun yeni təlim mərkəzi

19f20257 359c 4865 8c07 c5d9b61688e3

İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib. Mərkəz haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və … Read more