Atəşkəs rejimi pozulub

Ec80c7b8 9d93 47d9 98e3 65d1fdee5488

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

F086d4c0 9a53 4b23 a1e1 aa65f6c3b254

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.  DİM-dən verilən məlumta görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat iyulun 12-si saat 13:00-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini … Read more

Müəllimlərin keçid balı ilə bağlı – Açıqlama

Imtahanmuellim

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında keçid balının ötənilki səviyyədə olacağı gözlənilir. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə bugündən başlayan test imtahanları iyulun 24-ə kimi davam edəcək. Ümumilikdə, 15 gün ərzində hər gün 3200 namizədin imtahan verməsi planlaşdırılır. İndiyədək namizədlərin davamiyyətinin 83 faiz … Read more

Şəki halvasının istehsalı artırılacaq

Haba2

Şəki halvası, şirniyyat və un məmulatlarının istehsalı ilə məşğul olan “Halvaçı Yəhya” şirkəti istehsal həcmini artırmağı planlaşdırır. Bunu müəssisənin direktoru Ramin Səmədov deyib. Onun sözlərinə görə, müəssisədə gündəlik olaraq 150-160 kiloqram Şəki halvası istehsal olunur: “Bu məhsul istehsalının əsasını təşkil edir və tamamilə daxili bazarda satılır. Müəssisənin gündəlik istehsal həcmi 250 kiloqram təşkil edir. İstehsal … Read more

Sərnişindaşımanın statistikası açıqlanıb

Bus

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 2019-cu ilin iyun ayı ərzində istifadə edən sərnişinlərin sayı açıqlanıb.  BBAK-dən verilən məlumata görə, bu ilin iyun ayı ərzində ümumilikdə 10 min 915 reyslə 287 min 585 sərnişin daşınıb. Sərnişinlərdən 260 mini şəhərlərarası istiqamətlərə, 27 min 585 sərnişin isə beynəlxalq reyslərlə yola düşüb. Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, … Read more

Bu qrupların imtahan nəticələri iki həftəyə açıqlanacaq

F086d4c0 9a53 4b23 a1e1 aa65f6c3b254

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Mərkəz həmçinin imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. Cavablara bu linkdən baxmaq olar.

Sabahın hava proqnozu açıqlanıb

Ee5b3c69 3330 4fa4 b78a 17c235975845

İyulun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 9-da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu … Read more

Müəllimlərin gözlədiyi vaxt çatdı

Imtahanmuellim

İyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlar iyulun 24-dək davam edəcək. Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Müəllimlərin … Read more

Azərbaycan Ordusu beynəlxalq tədbirlərdə təmsil olunur

2f4dd681 53a6 4799 8418 196c84b0a64b

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Münaqişələrin idarə olunması kursu” və Rumıniyanın Buxarest şəhərində “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fövqəladə hallar zamanı yardım kursu keçirilir.

DGK büdcəyə ödənişləri 28% artırıb

B06f80bd 1213 48ea ba7b 2a81face80bb

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2  065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur. DGK-dən verilən məlumata görə, 6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71,79 mln. manat və yaxud 17,4% artaraq 483,958 mln. manat olub. Həmçinin ƏDV üzrə daxilolmalar 309,939 mln. manat və yaxud 27,8% artaraq 1 424,239 mln. manat, aksizlər üzrə daxilolmalar 61,541 mln. manat … Read more

Deputatlar istirahətə gedir

08642947 5890 4737 95b1 46634657cd13

Azərbaycan Milli Məclisinin (MM) deputatları gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə … Read more

Hərbi hissədə baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanılıb

374f45ea 7c80 4a50 9ff0 1aea71920e73

Azərbaycan Respublikası Hərbi Prokurorluğu iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir ki, iyulun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Hərbi Prokurorluğun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gediblər: “Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq … Read more

Sabah şimşək çaxacaq, dolu düşəcək

F2051f7a fbcf 4fbb 959e 9ccf726df004

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, … Read more

Hərbi hissədə bədbəxt hadisə baş verib

Mudafie nazirliyi bina

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və … Read more

Azərbaycan nefti bahalaşır

Oil prices

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur. … Read more

Atəşkəs ara-sıra pozulub

Ec80c7b8 9d93 47d9 98e3 65d1fdee5488

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.  Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Nazirlik işəgötürənlərə müraciət edib

403233677

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərə müraciət edib. Nazirlikdən verilən məlumata görə, “Məşğulluq haqqında” qanunun 20-ci maddəsinə əsasən əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursları təşkil edilir. Bildirilib ki, işəgötürənlər peşə hazırlığı kurslarının … Read more

Hirkan meşələri Dünya İrs Siyahısına daxil edilib

C11c2f81 6f78 4dc7 95f6 56b2a1e95776

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində İranın Hirkan meşələri ilə bağlı təqdim etdiyi nominasiyaya baxılıb. Layihədə meşənin 1.5 milyon ha ərazisinin Dünya İrs siyahısına daxil edilməsi təklifi yer alıb. Qeyd olunub ki, yoxa çıxmaq təhlükəsi ilə üzləşən heyvanlar məhz bu meşələrdə məskunlaşıb. Üç yüzə (300) yaxın cinsin siyahısı tərtib olunub. Vurğulanıb ki, … Read more

“Keşlə” məşqçisi ilə bağlı qərar açıqlanıb

D57158b4 dcb9 4ec7 8491 8a6a8b990ff0

“Keşlə” klubu əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla bağlı qərarını açıqlayıb. Paytaxt təmsilçisinin rəsmi saytı xəbər verir ki, 48 yaşlı mütəxəssis və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb. Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən … Read more