Son Xəbərlər
Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı

Avqustda 11 gün iş olmayacaq

Calendar

Avqust ayının qeyri-iş günlərinin sayı açıqlanıb. Ay ərzində 11 qeyri-iş günü olacaq.Belə ki, ayın 12-13-ü Qurban Bayramı qeyd ediləcək. 3, 4, 10, 11, 17, 18, 24, 25 və 31 avqust tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, avqustun ayın 10, 11, 12 və 13-ü ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Avqustun ilk gününə olan hava proqnozu

89c7b66a 3565 431c 83e4 ebb3d4586cce

Avqustun 1-də ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında avqustun 1-də hava yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın … Read more

Həqiqi hərbi xidmətə çağırış başa çatıb

Herbi xidmet andicme

Prezident İlham Əliyevin bu il iyunun 3-də imzaladığı “Azərbaycan vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq, iyulun 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, xidmət … Read more

Prezident Administrasiyasının məsul işçiləri rayonlarda olacaq

410009971

Prezident Administrasiyasının məsul işçilərinin 2019-cu ilin avqust ayında ölkənin bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli açıqlanıb.  Qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayır. 8 avqust  1. Astara rayonu 2. İmişli rayonu 3. Ağsu rayonu 4. Qubadlı rayonu 22 avqust  1. Sumqayıt şəhəri 2. Lənkəran rayonu 3. Şamaxı rayonu 4. Şuşa rayonu

Jurnalist olmaq istəyənlər sabah imtahan verəcək

Exam main 220917

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. İmtahanda iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. … Read more

Zəvvarlar avqustun 2-də yola düşür

D08db81e 8bb5 4e4b bf72 00a793e35cac

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 2-də Səudiyyə Ərəbistanına yola düşəcək. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub. Qeyd olunub ki, 180 nəfərlik ilk qrup avqustun 2-də saat 03.34-də, ikinci qrup isə saat 14.50-də yola düşəcək. Bütün kvota dolub … Read more

Atəşkəs rejimi pozulub

D991911a a295 4524 86cc f2cdf64a530c

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində, snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.  Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən, Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən … Read more

Azərbaycan nefti bahalaşır

Dae16dd6 9cb9 4dad a042 ff1f28efe913

“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,71 ABŞ dolları və yaxud 1,08% olub. “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,49 dollar artıb. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Tovuzda “İctimai iştirakçılıq haqqında” qanun təbliğ olunub

5

Tovuz rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının “İctimai İştirakçılıq haqqında” qanununun təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində təlim keçirilib. “Bölgənin səsi” saytının məlumatına görə, tədbiri layihənin rəhbəri, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu açıb. O, qonaqları salamladıqdan sonra “İctimai İştirakçılıq haqqında” qanun … Read more

Qazaxda vətəndaşlar fərdi şəkildə qəbul edilib

1564420778 mg

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Şəhər sakini Məmmədova Sevil Süleyman qızının xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin verilməsi barədə istəyinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi bildirilib. Çaylı kənd sakinləri Məmmədova Yeganə Afiq qızı və Göşşüyev Əli … Read more

Elçin Quliyev Ermənistanla sərhəddə olub

903cf6b9 a32a 4f9f b4a6 b000091607e2

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.  Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. E.Quliyev sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib. Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı … Read more

Nazirlik 132 ailəyə mal-qara verib

5906d575 bfc9 41d1 8a98 0d26c5e71a90

2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib. Vətəndaşlara verilən … Read more

Atəşkəs pozulub

6dc64990 c5b8 440b b71a 2acd11d216ee

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy … Read more

Azərbaycan nefti bahalaşıb

98fb1657 1e08 407b 8c03 e5642e113be8

“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,31 ABŞ dolları və yaxud 0,47% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,78 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Sabah 41 dərəcə isti olacaq

69158f70 dde5 4018 a1cb 9b43a392b3d5

Azərbaycanda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda … Read more

Həcc ziyarətinə getmək üçün əlavə kvota gözlənilir?

Trend main mekka 111212

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciətlər 1400 nəfərlik kvotadan daha çoxdur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. İdarədən bildirilib ki, Azərbaycan üçün qoyulan kvota artıq bir neçə gün öncə dolub, lakin getmək istəyənlər hələ də müraciət edirlər. Əlavə kvotanın ayrılıması üçün müraciət etmək məsələsinə gəlincə isə bunun artıq gec olduğu qeyd edilib. Vurğulanıb … Read more

Dağlıq Qarabağın azərbaycanlı icmasından yenilik

Karabakh

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması həyatlarını ermənilərə qarşı mübarizəyə həsr edən Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri ilə bağlı yeni layihəyə start verib. Trend-in məlumatına görə, indiyə qədər erməni işğalı altında olan ərazilərimizdə tarixi, mədəni, dini abidələrmizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatların rəsmi hesablarına müxtəlif mövzularda video müraciətlər hazırlayıb, ünvanlayan Dağlıq Qarabağın azərbaycanlı icması bu … Read more

Bu rayonlarda qaz kəsildi

9d2d6073dcd48d49d6bd50275d627de2 114382

İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb. … Read more

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

11f16a75 16a0 4f48 b470 3bd6199130cb

2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı … Read more

Atəşkəs bu gün də pozulub

6dc64990 c5b8 440b b71a 2acd11d216ee

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki … Read more