Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Sərhəddə atışma

465d8d9b8540b77

Ötən gün Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən Azərbaycan ərazisinə doğru diversiya qrup­larının hərəkəti sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.  Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Həmin tarixdə Azərbaycanın sər­həd döyüş məntə­qələri Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə … Read more

Tələbələrin sayı artıb

3850380 c

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib. C.Bayarmov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan … Read more

Neftin qiyməti

2a8f53ae 1f4c 496b b7f9 1bf69af104e1

“Azeri LT CIF” markalı xam neftin qiyməti 1,05 ABŞ dolları və yaxud 1,66% aşağı düşüb. Bir barelinin qiyməti 62,31 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Atəşkəs 22 dəfə pozulub

C1735703 0cd3 47a1 99d3 84ed9b7b734c

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən … Read more

Xocavəndin işğalından 27 il ötür

7d9e053f 28c4 4bb5 a854 cc666b8405c3

Xocavənd rayonunun işğalından 27 il ötür. 1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Xocavənd rayonunu işğal edib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. İşğalçılar 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət … Read more

Bölgə qadınları şəbəkələşir…

IMG 20191001

Gəncə şəhərində yerləşən Ramada otelində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının(AQSİA) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə birlikdə Qadınların İqtisadi və Sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələşməsi” layihəsinin yekun tədbirini keçirilib. Tədbirdə layihə çərçivəsində Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında fəaliyyət göstərən sahibkar qadınlar iştirak edib. Tədbirin əsas məqsədi bölgələrdəki sahibkar qadınların qarşısında duran … Read more

Kənd evləri sahibləri üçün “Bələdçi” hazırlanıb

65c23c76 04ad 44ed a2f2 7e1d262baef5 (1)

Dövlət Turizm Agentliyinin əməkdaşlığı ilə regionlardakı kənd evləri sahiblərini müxtəlif mövzular üzrə məlumatlandırmaq və maarifləndirmək məqsədilə təlimat kitabçası hazırlanıb. Kitabça Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ)  maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində ərsəyə gətirilib. Təlimat kitabçasında … Read more

Builki siyahıyaalma nə ilə fərqlənir?

Tahir budaqov 011019

Oktyabrın 1-dən 10-dək keçirilən əhalinin növbəti siyahıyaalmasında sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. Komitə sədri bildirib ki, builki siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki … Read more

Sabahın hava proqnozu açıqlanıb

19257c64 5dfc 43ec 83fc 74114e372e32 (1)

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə isə, Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü gözlənilir … Read more

Ahıl şəxslərin sayı nə qədərdir?

545747b2 e717 44a0 b887 3eb4cc430ccb

BMT Baş Məclisinin müvafiq qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Sosial xidmət haqqında” qanuna əsasən Azərbaycanda yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkədə ahıl vətəndaşların sayı 400 minə yaxındır. Ahıl … Read more

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir

Mektebeqeder hazirliq 270717 (1)

Bu gündən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir. Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır. Hazırda qeydiyyat prosesi davam edir. Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi … Read more

Əhalinin siyahıya alınmasına başlanılır

Population 310518 (2)

Bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılacaq. Siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək. Hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib. Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 … Read more

Hərbi xidmətə çağırış başlayıb

1b9552f3 86dd 4b79 924c 17c5f7b8178f

Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Çağırış Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də … Read more

Məzənnə

73ef08bb 923a 4343 8e4d 243294db1039

Azərbaycan Mərkəzi Bankı 30 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, sentyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8592 manat təşkil edir. 1 türk lirəsi 0,3000 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü … Read more

Daha 1298 tələbə ödənişsiz təhsil alacaq

659b45f6 f950 4eb5 879c 5f61818bc511

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.  Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil … Read more

Meyvə-tərəvəz yeyənlərin sayı açıqlanıb

Meyv trvz

Azərbaycanda əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yeri süd və süd məhsulları tutur. 2018-ci ildə ölkədə bir nəfərin istehlak etdiyi süd və süd məhsullarının çəkisi 240,2 kq olub. Bu göstərici 2017-ci ildə 238,1 kq, 2016-cı ildə 236,2 kq olub. Ötən müddətdə əhalinin istehlak etdiyi tərəvəz məhsulları və meyvələrin çəkisində də artım olub. 2016-cı … Read more

Parlamentin payız sessiyası başlayır

21e32069 2e86 4c31 b3fb 1bc37cdc96c9

Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək. İclas dövlət himni səsləndirilməklə başlayacaq. Gündəliyə 20 məsələ daxildir. Bunlar “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq … Read more

Cəbhədə vəziyyət necədir?

16cfc08e 170d 43a9 ade2 3837a4052a14

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, … Read more

“Səyyar Gənclər Xidməti” Qazaxda işini başa vurub

71066812 2477745842503432 3086793206088597504 o

“Səyyar Gənclər Xidməti” layihəsinin Qazax rayonunda icrası başa çatıb. Layihənin sonuncu – beşinci günündə Yuxarı Salahlı kəndinə səfər təşkil olunub. Səməd Vurğun Poeziya evində keçirilən tədbirdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, “Səyyar Gənclər Xidməti” layihəsi haqqında ətraflı məlumat verib. Daha … Read more

Qazax gəncləri Birinci Şıxlıda olub

70999997 2476819385929411 7622367374624161792 o

“Səyyar Gənclər Xidməti” layihəsininin dördüncü günündə Qazax rayonunun Birinci Şıxlı kəndinə səfər reallaşdırılıb. M.Həsənov adına tam orta məktəbdə keçirilən tədbirdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, “Səyyar Gənclər Xidməti” layihəsi haqqında ətraflı məlumat verib. Daha sonra Qazax RİH-nin əməkdaşı, rayonun baş … Read more