Atəşkəs rejimi pozulub

C1735703 0cd3 47a1 99d3 84ed9b7b734c

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Naxçıvan iqtisadiyyatı böyüyüb

73ef08bb 923a 4343 8e4d 243294db1039

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da 1 803,67 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur. Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM isə 1,9% artaraq 3 945 manat olub. Naxçıvan iqtisadiyyatında ilk yeri sənaye tutur. Bu sahədə 742,933 milyon … Read more

Qazaxda Üzeyir Hacıbəyovun 134 illiyi qeyd olunub

21 44 04 70650284 2473401652937851 917803956757856256 o

Bu gün Qazax GİKM, Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi məktəblərinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun anadan olmasının 134 illiyinə həsr olunmuş konsert keçirilib. Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə musiqi məktəblərinin şagird və müəllim kollektivi dahi bəstəkarın əsərlərini ifa ediblər. Həmçinin “Leyli və Məcnun” operasından, eləcə də, “O olmasın, bu olsun” və … Read more

Vurğun Əyyub dəfn olunub

403881908

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyası sədrinin birinci müavini olmuş filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyub bu gün 62 yaşında vəfat edib. Okoloji xəstəlikdən əziyyət çəkən və bir neçə gün öncə komaya düşən V.Əyyub Hövsan Qəsəbəsindəki “Dədə Qorqud” qəbirstanlığında torpağa tapşırılıb. “Bölgənin Səsi” saytının kollektivi mərhumun ailəsinə, silahdaşlarına, yaxınlarına başsağlığı … Read more

Məktəblərdə şagird sıxlığının səbəbi açıqlanıb

90c15e84 45bc 479b 98f1 5fd080e547aa

Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəblərini açıqlayıb. Nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə, hazırda bir çox məktəblərdə şagird sayı normativə uyğundur. Qeyd olunub ki, lakin bəzi məktəblərdə sinif otaqlarının çatışmazlığı səbəbindən uşaqların sıxlığının müvafiq normadan artıq olduğu müşahidə edilir: “Sıxlığın aradan qaldırılması istiqamətində ümumi təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir, məktəb … Read more

Abituriyentlərin seçdikləri nüfuzlu ixtisaslar – Siyahı

Db6569a6 ff52 48f3 adb3 10b50bc5831e

Hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə birinci yerdə daha çox göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Məlumata görə, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılan plan yerlərinin … Read more

Milli Məclis nələri müzakirə edəcək?

Trend azerbaijan parliament

Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı təsdiq olunub. İşlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan, o cümlədən “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, … Read more

BQXK Azərbaycan əsgərinin nəşinin qaytarılması üçün danışıqlara başlayıb

Dfde68ba ca6c 497f 92e1 fd01d55c2d15

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən təhlükəsiz təxliyyəsi üçün məlumatlandırılıb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi məsələdən xəbərdardır və bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq … Read more

Toxumluq kartof tədarükünə başlanıb

197470 src

Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bölgə təcrübə stansiyalarında və dayaq məntəqələrində yüksək reproduksiyalı toxum istehsalı həyata keçirilir. İnstitutun Şəmkir Dayaq Məntəqəsində artıq bir neçə gündür toxumluq kartofun yığımına başlanıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Şəmkir Dayaq Məntəqəsinin rəhbəri İsaq Həsənovun iştirakı ilə aparılan tədarük zamanı … Read more

Elmlə məşğul olan qadınların sayı artıb

E17d141e f804 4792 a04d 5f4e61e3028a

Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb. 2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb. 2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, … Read more

Milli Məclisin payız sessiyası başlayır

8949eb80 92b7 44c9 89f7 244cb9fa808e

Gələn həftə – sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək. Sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə baxılacaq, o cümlədən 2020-ci ilin büdcə zərfi müzakirə olunacaq. Payız sessiyası dekabrın 30-dək davam edəcək. Xatırladaq ki, parlamentin komitələri sentyabrın 11-dən fəaliyyətə başlayıb.

Azərbaycana payız fəsli daxil olub

488157

Azərbaycana payız fəsli daxil olub. Payız fəslinin daxil olması saat 11.50-də qeydə alınıb. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu zaman Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Qış fəsli … Read more

İranda Azərbaycan dilinin tədrisi bu gündən başlanır

Iran school

Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq. Bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib. C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib. Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq. … Read more

Məzənnə

B6f983eb 7973 49ad 90f4 d471a1cc818e

Azərbaycan Mərkəzi Bankı 23 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, sentyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8739 manat təşkil edir. 1 türk lirəsi 0,2962 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü … Read more

Bu iki rayonda qaz olmayacaq

C6b25308 adba 4e67 a5a7 8511a3df7355

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq. Bundan başqa, “Qaz İxrac” İdarəsi sentyabrın … Read more

Tovuzda könüllülük mövzusunda təlim keçirilib

IMG 20190922

Sentyabrın 18-19-da Tovuz Gənclər Evi və Tovuz Dövlət Sosial-İqtisad Kollecində yeni açılacaq Tovuz Regional ASAN xidmət mərkəzində könüllü fəaliyyət göstərmək istəyən gənclər ilə görüş keçirilib. Təlimdə “Könüllülük Nədir?” mövzusu müzakirə olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

“Qarabağ”ın yeni transferi həftənin oyunçusu olub

E2808ab3 1c10 4c25 91df 1b8190be4f34

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turunun rəmzi komandası bəlli olub.  Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “InStat”ın təhlilinə əsasən “11-liy”ə “Qarabağ”dan 5, “Zirə”dən 3, “Keşlə”dən 2, “Səbail”dən isə 1 futbolçu düşüb. Qapıçı: Asmir Beqoviç – 359 (“Qarabağ”) Müdafiəçilər: Ailton Silva – 264 (“Qarabağ”)-2, Turan Manafov – 314 (“Səbail”), Bədavi Hüseynov – 295 … Read more

Sabah hava necə olacaq?

19257c64 5dfc 43ec 83fc 74114e372e32 (1)

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda … Read more

Rayonların işsizlik səviyyəsi açıqlanıb – Rəsmi

Emek yarmarkasi

Dövlət Statistika Komitəsi 2019-cu il sentyabrın 1-nə 70 min 947 nəfərin rəsmi işsiz statusu aldığını açıqlayıb. Onların 638 nəfərinə sığorta ödənişi verilib. Rəsmi işsizlər ən çox bu şəhər və rayonlarda qeydə alınıb: Bakı – 28 min 980 nəfər Sumqayıt – 5017 nəfər Şəmkir – 4199 nəfər Abşeron – 1555 nəfər Ağdam – 1467 nəfər Masallı … Read more

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub

Fire forest

Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib. Hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib. Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb. Yanğının hansı səbəbdən baş verməsi … Read more